Fatimə (s) ən üstün qadındır
Fatimənin (s) dünya qadınlarından üstünlüyünü bəyan edən bəzi rəvayətlərə müraciət edirik.
İmam Sadiqdən (ə) Peyğəmbərin buyruğu haqqında sual edildi ki, Fatimə (s) öz əsrinin,yoxsa dünyanın ən üstün qadınıdır? Həzrət (ə) cavab verdi ki, öz əsrinin üstünü həzrət Məryəm idi. Fatimə isə əvvəldən axıra bütün behişt qadınlarının üstünüdür.
Həzrət Peyğəmbərdən nəql olunub: «Fatimə dünya qadınlarının üstünüdür. İbadət mehrabınayetmiş min müqqərrəb mələk ona salam verib, söhbət edir». Necə ki, Məryəm danışıb, «Allah səni pak edib, dünya qadınlarından üstün buyurdu» deyə müjdə veriblər.
Bu Zəhranın (s) qeyb sirlərini, fəzilətlərini aşkarlayan vəhy kimidir. Əgər vəhy işartısı olmasaydı, Fatimə fəzilətini kim bəyan edə bilərdi?
Fatimə ülul-əzm peyğəmbərlərdən üstündür
Fatiməni peyğəmbərlərlə müqayisə edək. Əvvəlki hissədə Fatimənin dünya qadınlarındanüstünlüyü haqqında söhbət etdik. Lakin Fatimənin uca məqamını nəzərə alsaq, onu adi insanlarla müqayisə etmək düz olmaz. Çünki müqayisə uyğun səviyyələr arasında aparıla bilər. (Dağı dağla müqayisə etmək olar, amma dağı çökəkliklə müqayisə etmək düz deyil) Fatimə yalnız peyğəmbərlərlə və övliyalarla müqayisə ediləsi şəxsiyyətdir. Əhli-beytin başqaları ilə müqayisə edilə bilməməsi Əhli-beytin özündən nəql olunub. Əvvəlki müqayisə Fatimənin uca məqamının bəyanına görə idi. Hətta peyğəmbərlər və övliyalar cərgəsində yalnız həzrət Peyğəmbər və əlinin (ə) məqamı Fatimədən ucadır. Fatimə hətta Ulul-əzm peyğəmbərlərdən üstündür. Bunu bir neçə dəlillə sübuta yetirmək olar.
Fatimə və Əli (ə) isarının təcəllası
Bəli, o Fatimə, bu isə Əli (ə) isarından bir nümunə. İndi isə vəhy ailəsinin isar dünyasına nəzər salaq.
Əli (ə) evə daxil olub görür ki, həzrət Peyğəmbər (s) əyləşib, Fatimə (s) isə namaz qılır.Onun kənarında ağzı ötrülü tabaq qoyulub. Fatimə namazını tamamlayıb tabağın üstünü açır. Əli (ə) görür ki, tabaqda çörək və ət var.Bunun haradan olduğunu soruşur. Fatimə cavab verir ki, Allah tərəfindən. Allah istədiyinə hesabsız ruzi verər.Digər bir rəvayətə görə Fatimə namaz qılıb dua etdi və Allah dərgahına üz tutdu.Allah onun duasını qəbul edib, qeybi ruzilərlə bəhrələndirdi.
Bu Fatimə və Əli isarının, fədakarlığının təcəllası, vəhy ailəsinin həyat tərzidir.İnsan bu iki nümunənin həyatını görəndə təmtəraqla yaşayanlarla, kiçik sıxıntıya görə ailə mühitini cəhənnəmə döndərənlərlə müqayisə edir. Onda Əhli-beytin nə dərəcədə ideal olması üzə çıxır.
Fatimə o qədər vəfalı və fədakar yoldaş idi ki, Əli (ə) onun haqqında buyururdu:«Yoldaşım Fatimə (s) Allaha itaətdə ən yaxşı köməkçidir». Əli (ə) də Zəhraya (s) bu sayaq səmimi və iftixarlı bir yoldaş idi. Zəhra (s) buyururdu: «Ən yaxşı mənim yoldaşımdır».
Qədr gecəsinin əhəmiyyəti və Fatimə (s)
Qədr gecəsinin əhəmiyyəti hamıya aydındır. İlin gecələri arasında onun tək şərafətlisi yoxdur.Qədr gecəsi bir il üçün talehlərin yazıldığı, ilahi bərəkətin nazil olduğu gecədir. Onun fəziləti min ayın fəzilətindən artıqdır.
Bu gecədə ilahi mələklər haqqın layiq bəndəsinə nazil olar. Bu gecədəAllahın xüsusi mərhəmət qapıları hamı üçün açıqdır. Layiq insan ibadət və bu gecəni oyaq qalmaqla bəhrələnmək ümidindədir.
Gərək özü «Qədr gecəsi» adlanan Fatimə (s) bu gecəni necə keçirir.Fatimə (s) bu gecəyə o qədər əhəmiyyət verir ki, gecə oyaq qalmaları üçün azyaşlı övladlarını əvvəlcədən hazırlayır. İstəyir ki, körpələr sübhədək ibadət edib, öz gələcək səadətlərinə təminat alsınlar. («Bəhar» cild 94).Fatimənin (s) qaydası bu idi ki, Qədr gecəsi ailədən kimsə yuxuya getməsin.Bir gün əvvəldən ailəni azca yedirməklə, istirahətlə gecəni oyaq qalmağa hazırlayırdı. Buyurardı ki, məhrum Qədr gecəsinin xeyr və fəzilətindən əli çıxan şəxsdir.
Deyilənlər o xanımın övlad tərbiyəsində dini əmrlərə nə qədər əhəmiyyət verdiyini göstərir.Aydın və bariz nümunələrdir – hətta körpələri Qədr gecəsində oyaq qalmasına çalışır. Hansı ki, xalqın əksər hissəsi belə bir gecədə öz cavanlarını yaddan çıxarır.
Demək, övlad tərbiyəsi o zaman düzgün olar ki, dini göstərişlərə əməl edilsin. Ailə məsələləri, tərbiyə üsulu bu şərtlər daxilində
əhəmiyyətli olur.