Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Fatimə(ə) şəfaəti
Vilayət, Allah dərgahına yaxınlıq məqamına çatanlarınfaydalandığı mərtəbələrdən biri də şəfaətdir. Şəfi’ (şəfaət verən), Allah qarşısında hörmətinə əsasən şəfaətə uyğun günahkarların bağışlanmasını istəyir. Əgər şəfaəti olmasaydı, Allah günahkar insanlarla ədalətə əsasən rəftar edərdi. Amma şəfi’nin bir günahkar üçün istədiyi şəfaətə əsasən Allah öz fəzl və mərhəməti ilə cəzalandırmadan keçir. Şəfaətin əsası budur və ona heç bir eyb tutulmur. Çünki şəfaətin tohid və ilahi elmlə heç bir ziddiyyəti yoxdur.
Şəfaət məqamı peyğəmbərlərə, ilahi övliyalara(İmamlar və Əhli-beyt), şəhidlərə, mələklərə və sabit alimlərə aiddir. Fatimə (s) Əhli-beyt zümrəsindən, ilahi övliyalardan, hətta peyğəmbərlərdən üstün idi. Buna görə də Fatimənin(s) şəfaət məqamının sübutuna ehtiyac qalmır. Bununla belə,bu məqamın əhəmiyyətini qeyd etmək üçün bir neçə rəvayətə müraciət edək.
«Bəhar»da nəql olunur: Həzrət Peyğəmbər(s) buyurmuşdur: «Hərbir qadın beş vaxt namazını qılsa, Ramazan orucunu tutsa, Allah evinin vacib həccini yerinə yetirsə, malının zəkatını versə, ərinə itaət etsə, məndən sonra əlini(ə) imam və rəhbər bilsə, qızım Fatimənin şəfaəti ilə behiştə daxil olcaq. Fatimə dünya qadınlarının seyyidəsi və sərvəridir».
İmam Baqir(ə) həzrət Peyğəmbərdən(s) belə nəql edir: «Qiyamət günü Allah tərəfindən nida ucalar ki, ey Fatimə, nə istəsən, kimə şəfaət istəsən qəbuldur».
Fatimə(ə)isməti
İnsan ömür boyu iki yol ayrıcındadır– fitrətinin də’vəti ilə Allah yolunu seçə bilər, ya da vəsvəsə və nəfsinin havasına tabe olub,günaha batar, Şeytanın ardınca gedər. (Zəlalət və azğınlıqda süqut edər). Ən əsası bu iki yoldan birini seçən insanın iradəsidir. Xəta və günaha düçar olsalar da, mö’minlər xeyr və səadət yolunu seçərlər. Çox az adamlar ömürləri boyu günahdan qorunub,ismət məqamına çata bilərlər. İlahi peyğəmbərlər və imamlar(ə) bu məqama çatanlardandırlar. Lakin ismət yolu təkcə peyğəmbərlərə yox, hamı üçün açıqdır. Çünki nə peyğəmbər, nə də imam olmayıb, bu məqama çatanlar vardır. Qur’an ismət məqamına çatmış, mələklərin nazil olduğu Məryəmi(s) bu zümrədən bilir. «Məryəm»surəsində buyurulur: «Biz öz ruhumuzu Məryəmin yanına göndərdik». Məryəm bütün nöqsanlardan pak təqdim edilir: «Allah həmçinin ismətini qoruyub saxlamış İmranın qızı Məryəmi misal çəkir». («Təhrim»surəsi, ayə 12). O, pak və Allahın seçilmişi kimi tanınmışdır: Yada sal ki, bir vaxt mələklər belə dedilər: «Ey Məryəm, həqiqətən Allah səni seçmiş, təmizləmiş və dünya qadınlarından üstün tutmuşdur».
Mənbə: "İslamda nümunəvi qadınlar” kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |