Alimlər yer üzünün çıraqlarıdır
Rəsuli Əkrəm buyurur:
ألعُلَمَاءُ مَصَابِيحُ الارض وَ خُلَفَاءُ الاَنبِياء وَ وَرَثَتِی وَ وَرَثَةُ الاَنبياء
«Alimlər yer üzünün çıraqları, Peyğəmbərlərin canişinləri, mənim və bütün Peyğəmbərlərin vərəsələridir.»
İncə nöqtələr:
1. İnsan işıqdan istifadə etmədən öz məişətini və həyatını idarə edə bilməz.
2. Varlıq aləmi gecələr işığa, yə’ni ayın saçmasına, gündüzlər isə günəşin işığına ehtiyaclı olduğu kimi, insan da mə’nəviyyatda və dində mə’nəvi bir çırağa ehtiyac duyur, çünki alimlərin bu nuru tohid, nübüvvət, Qur’an və imamətdən ibarətdir ki, camaat onlardan nur kəsb edərək nurani olmalıdır.
3. İlahi alimlər insanların hər növ qaranlıqlarda, o cümlədən böyük qeybət dövründəki e’tiqadi və ideoloji cəhətdən qaranlıqlardan çıxarırlar və bunlar İmamın ümumi naibləridir.
Kitabın adı: Böyük qeybət dövründə alimlər məqamı
Müəllif: Ehsan Zahiri