Həqiqi həyat elm və mə’rifətin sayəsindədir
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
العَالِمُ بَينَ الجُهّال کَالّحیِ بَينَ الاَمَوات
«Cahillərin arasında alimin misalı ölülərin arasında olan diri şəxsə bənzəyir.»
Həzrət Əmirəl-mö’minin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur:
اَلعَالِمُ حَیٌ و إن کَانَ مَيِّتاً وَ الجَاهِلُ مَيِّتٌ وَ إن کَانَ حيَّا
«Alim diridir ölmüşsə belə və cahil ölüdür diriykən belə.»
مَات خُزُّانُ المَالِ وَ هُم أحيَاءٌ وَ العُلَمَاءُ بَاقُونَ مَا بَقِیَ الدَّهُر أعيَانُهُم مَفقُودَةٌ وَ أمثَالُهُم فِی القُلوبِ مَوجُودُة
«Mal-dövlət toplayanlar diri olsalar belə, ölmüşlər, lakin alimlər dünya qaldıqca qalarlar, onların bədənləri (torpaqlar altında) itmişdir, lakin onların oxşarları (məsəlləri) insanların qəlblərində əbədi qalır.»
İncə nöqtələr:
1. Qiyamətə qədər alimlərin vücudları əbədidir və o dünyada da xüsusi bir məqama malikdirlər.
2. Həqiqi həyat o kəslərə məxsusdur ki, ilahi elm və həqiqətlər arxasınca olsunlar. Buna görə də ilahi alimlər həqiqi və real həyata malik olub Onun nurundan və elmi nurundan bəhrələnirlər.
3. Fani və zahiri həyat cahillərə, mal-dövlət toplayanlara və imansız sərmayədarlara məxsusdur. Əlbəttə, mümkündür ki, bə’zi-bə’zi alim və agah şəxslər də qanuni sərmayəyə malik olsunlar və onu islam və müsəlmanlara xidmət etmək üçün işlətsinlər.
4. İlahi alimlər insanların qəlbində özünə yer açır və bütün qəlbləri özlərinə məftun edirlər.
5. İlahi alimlər həmişə diridirlər, çünki ilahi sifətlərdən olan dirilik, əbədilik və alim olmaq kimi sifətlərlə səciyyələnmişlər. Mütəal Allah da qeyb və şühud aləminə alimdir. («Mö’minun» surəs, 92-ci ayə)
8. Cahil ölü bir insan kimi özünü müdafiə edə bilmir, deməli tarix boyu alimlər insan hüquqlarını müdafiə etmişdir.
9. Cahil ölü bir şey kimi şüur və mə’rifətdən bəhrələnmir, özlərinin elm və düşüncəsi ilə həyatı insanlara təqdim edənlər də məhz alimlərdir.
10. Cahillər ölülər kimi hissiyyatını itirmişlər və cəmiyyətin dərdini hiss etmirlər, alimlər isə insanlara şəfa bəxş eləyən, onları müalicə etməyə qüdrəti olan dərdli insanlardır və tarix boyu belə olmuşdur.
11. Müdərrislər, Şeyx Fəzlullah Nurilər, Ayətullah Kaşanilər, Xomeynilər, Nəvvablar kimi alimlər tarix boyu insanların ölümcül vəziyyətə düşmüş bədənlərinə həyat vermiş və islamı, cəmiyyəti diri saxlamışlar.
Kitabın adı: Böyük qeybət dövründə alimlərin məqamı
Müəllif: Ehsan Zahiri