Nəfslə mübarizə
Oğul, ehtiraslar və nəfsi-əmmarəyə
qarşı ciddi müqavimət göstər. Onlara tabe olmaq səni acı zəhər və çarəsiz dərd
kimi həlak edər.
Həzrət Əli (ə) buyurmuşdur:
"Mən sizin barənizdə iki şeydən qorxuram:nəfsi-əmmarəyə tabe olmağınızdan və
uzun-uzadı arzulardan. Birincisi insanı haqdan uzaqlaşdırar, ikincisi isə axirəti
unutdurar”.
Başqa bir hədisdə deyilir:
"Nəfsi-əmmarədən barışmaz düşməninizdən qorxduğunuz kimi qorxun. İnsanlara nəfsani
istəklərin dalınca düşməkdən və öz dillərinin törətdiyi günahlardan qatı bir
düşmən yoxdur.
Oğul, sübh çağı axşamın,
axşam isə sabahın fikrin çəkmə. Arzular insanı qəflətə düçar edər. Həmişə özünü
ölümə və dəfnə hazırlanırmış kimi zənn et.
Kitabın adı: Hidayət
güzgüsü
Müəllif: Ayətüllahül-Üzma
Əbdüllah Mamaqani