Nəfslə mübarizə
Oğul, ehtiraslar və nəfsi-əmmarəyə qarşı ciddi müqavimət göstər ki, onlara tabe olmağın səni acı zəhər və çarəsiz dərd kimi həlak edər. Həzrət Əli əleyhissalam buyurubdur: “Mən sizin üçün iki şeyə görə qorxuram” nəfsi-əmmarəyə tabe olmağınızdan və uzun-uzadı arzulardan. Birincisi insanı həqqdən uzaqlaşdırar və ikincisi isə axirəti ona unutdurar” Başqa hədisdə deyilir: “Nəfsi-əmmarədən düşməninizdən qorxduğunuz kimi qorxun. Kişilərə nəfsani istəklərin dalınca düşməkdən və öz dillərinin biçdiyi (hasil etdiyi) günahlardan qatı bir düşmən yoxdur
Oğul, sübh çağı axşamın, axşam isə sabahın fikrini çəkmə ki, arzular insanı qəflətə düçar edər. Həmişə özünü ölmüş və mürdəşirin qarşısındakı meyit kimi hesab et.
Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)
Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.