Din alimləri və müctehidlərə ehtiram
Oğul, din alimlərinin (Allah onlardan razı olsun) ehtiramını saxlamaq sənə vacibdir. Çünki onlar dinin bayrağı, şəriətin (islam) əmanətdarıdırlar. Onlar Həzrət Höccətin (İmam Mehdi (ə.c)) nümayəndələri və xalqı düz yola hidayət edənlərdir. Lakin onların öz elminə əməl etməyənindən yırtıcıdan qorxub qaçdığın kimi uzaq ol. Çünki belələri İmamların dediyinə görə alim deyil, onların dinə olan zərəri Yezid ibn Müaviyənin (lənətullahi əleyhima) qoşunun vurduğu zərərdən artıqdır.
Sileyri-rəhm
(Qohum-əqrəba ilə səmimi əlaqə saxlamaq)
Oğul, siləyi-rəhmi özünə vəzifə bil ki, bu iş ömrü uzadar, ruzini çoxaldar Allahı razı edər və hər iki dünyada insana fayda verər səninlə rabitəni qıranlarla da əlaqəni kəsmə və bu barədə Həzrət Əlinin buyurduğu kalamı özünə sərlövhə qərar ver: “Sizinlə rabitəni qıranlarla əlaqəni kəsməyin və sizi hər hansı bir şeydən məhrum edənlərlə kəramət və mərdliklə rəftar edin”.
Daha doğrusu oğul, əlaqəni kəsənlərlə siləyi-rəhm etmək insanı Allaha yaxınlaşdırar və nəfsi-əmmarəyə tabe olmağa qoymaz.
Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)
Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani