Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Vəsiyyət
Oğul, həddi-buluğa çatan vaxtdan vəsiyyətlərini yazmağa başla və lazım duyduqda hər vaxt istəsən onları dəyişə bilərsən. Həmişə aldığın, yaxud verdiyin borcları yaz. Çünki dəfələrlə başıma gəlib soyuq qış gecələrində yatağa girdiyim vaxt yadıma düşüb ki, birindən bir dirhəm, yaxud iki dirhəm borc alıb, dilənçiyə vermişəm, amma qeyd eləməmişəm. Ölümün qəfil gəlişindən qorxub həmin gecə soyuqda yerimdən durub lampanı yandırmışam, aldığım borcu yazıb sonra yatağa girmişəm. Oğul, sən də bu cür ol. Çünki əgər borcu yazmayıb vəfat etsən və borc sahibi də sükut edərsə borc sənin boynunda qalacaqdır. Lakin borcun sahibi sənin varislərindən onu tələb edərsə varislər ondan sübut üçün şahid, yaxud and içməyini istəyərlər. Əgər onun şahidi, yaxud əlində bir sübutu olmazsa varislərin ona bir şey verməzlər və borc yenə də sənin boynunda qalar. Amma əgər şahid və sübut gətirərsə onun sənə etdiyi yaxşılığın müqabilində zəhmətə düşməyinə səbəb olduğun üçün insafsızlığa yol vermiş olarsan. Oğul, əgər aldığın ya verdiyin borcun vaxtı təyin olunarsa qeydsiz-şərtsiz Mütəal Allahın buyurduğunu (borcun miqdar və vaxtını yazmaq və şahid tutmaq haqqında olan əmrini) yerinə yetir.
Hər kim şəriətin hər hansı bir hökmünü tərk etsə, Allah onu mütləq həmin işdə möhtac edər. Allahın göndərdiyi hökmlərin Özünə heç bir faydası yoxdur. Çünki Mütəal Allah qənidir və heç bir şeyə ehtiyacı yoxdur. Onları oğul, sənə xatir və sənin düzgün faydalanmağından ötrü göndərib. Hər şeydən xəbərdar olan Allahın sənə nişan verdiyi göstərişləri qənimət bil. Oğul, (Allah sənin ömrünü uzun, işlərini avand, hər iki dünyanın xeyrinə nail və elm-əməl sahibi olmaqda müvəffəq eləsin) həyatının bütün sahələrində dinin hökmlərini” qüsl, yemək-içmək, yatmaq, təharət, cima, ev-eşik, geyim və başqa şeylərin qaydalarına riayət elə ki, şəriətdə bunların mənası var, bihudə deyil, hər iki dünyada da faydası çoxdur və onları özünə ağır yük sanma. Bu qaydalar çox və müxtəlif olduğuna görə (Allahın köməyi ilə) sənin üçün onları bir toplu şəklində cəmləyəcəyəm və sən də gərək onlara əməl edəsən, hər ibadət və işlərini onlar üzrə tənzimləyəsən (inşaallah taala).
Kitabın adı: Miratur-Rəşad (Hidayət güzgüsü)
Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |