Əmmarə nəfslə mübarizənin əhəmiyyəti
Axirət əhlinin iyirminci xüsusiyyəti odur ki, dünya əhli ömür boyu bir dəfə ölürsə, axirət əhli nəfs ilə hər an mübarizə apardığından, şeytanla savaşa qalxdığından gündə yetmiş dəfə ölür.
Nəfs istəkləri ilə mübarizənin əziyyəti ölümə dözməyin əziyyətindən də ağırdır. Əgər bu iki işin əziyyətini müqayisə etsək, görərik ki, axirət əhli dünyasını dəyişən insanın əziyyətini gündə yetmiş dəfə çəkir. Bu insanlarda Allaha itaət və nəfslə mübarizə istəyi o qədər güclüdür ki, onlar nəfsin güclü istəklərinə və şeytani vəsvəsələrə qarşı bütün vücudları ilə mübarizə aparır, bir an olsun belə Allahı yaddan çıxarmırlar. Onlar gündə yetmiş dəfə ölməyə hazırdırlar, təki nəfs istəklərinə məğlub olmasınlar. Me’rac hədisinin bu cümləsi nəfslə mübarizənin əhəmiyyətini önə çəkir.
Hədisdə şeytanın insana nüfuzu ilə bağlı işlədilən tə’birlər onun insana nə dərəcədə yaxınlaşa bilməsinə bir işarədir. Xalq arasında "Şeytan onun ətində, qanındadır” kimi tə’birlər işlədilir. Bəli, şeytan insana elə bir həddə hakim ola bilər ki, sanki onun qanına qatılıb bütün vücudunda dövr edir.
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi