» » Nəfs istəkləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Nəfs istəkləri
    +5
    Müəllif: Ewqi_Kerbela | 25-06-2015, 14:00 | Baxılıb: 1 513
     
     
    Nəfs istəkləri
     
    İnsanlar nəfs istəklərinə münasibətdə bir neçə qrupa bölünürlər:
    1. Heç bir maneə olmadan qəlb istəyinə əməl edənlər − Bu dəstədən olanlar daim maddi ləzzətlər arxasınca qaçır, dünya həyatını axirət həyatından üstün tuturlar. Qur’ani-kərimdə belələri haqqında buyurulur: "Düçar olacaqları şiddətli əzaba görə vay kafirlərin halına! O kəslər ki, dünyanı axirətdən üstün tutur, insanları Allah yolundan döndərir və bu yolu əyməyə çalışırlar. Onlar azıb uzaq düşmüşlərdir.” Maddiyyat və nəfs istəkləri ardınca qaçıb, onlardan əl çəkmək istəməmək küfr mənşəsidir. Din əmr edir ki, bu sayaq istəklərdən əl götürülsün. Bu əmrə itaət etməyən insan dinə qarşı çıxmış olur. Bu dəstədən olanlar nəfs istəklərinə itaətdə heç bir sərhəd tanımırlar. Allah-təala buyurur: "İnsan bundan sonra da günah etmək, pis işlər görmək istəyər.”
    2. Nəfs istəklərinə itaətdə hansısa bir hədd gözləyən və haramdan çəkinməyə çalışanlar − Amma bu dəstədən olan insanlar nəfsin bir çox istəklərindən, eləcə də məkruh işlərdən çəkinmirlər. Bu dəstə özü də bir neçə qola ayrılır: onlardan bə’ziləri kəbirə günahlardan çəkinir, amma kiçik günahlara yol verir, bə’ziləri kəbirə günaha da batır, bə’ziləri günah edən kimi tövbə qılır, bə’ziləri isə tövbə etmək barədə də düşünmürlər. Hər halda bu insanlarda haram işləri tərk etmək fikri var.
    3. Nəfsə müxalifəti əsas götürənlər − bu insanlar yalnız Allahın razılığı nəfslə uyğun gəldikdə ona itaət edirlər. Bu işdə də məqsədləri nəfsə itaət yox, Allahın razılığı olur. Bu insanların əsas məqsədi nəfs istəklərinə qarşı çıxmaqdır. Onlar bütün işlərdə Allahın razılığını ölçü götürürlər. Əlbəttə ki, bu insanların da dərəcələri vardır.
    Peyğəmbərlərin hədəfi öncə insanları nəfsin əsarətindən qurtarmaq olmuşdur. Nəfsə itaət edən insan peyğəmbərlər və onların göstərişləri ilə heç bir əlaqəyə malik olmurlar. Öz nəfs istəyinə yox deməyi bacarmayan insan peyğəmbər göstərişlərinə itaət edə bilərmi?! Demək, insan ümumi şəkildə bir hədd gözləməli və öz nəfs istəklərini nəzarət altına almalıdır. Bu nəfsin tərbiyəsində ilkin mərhələdir. Bu mərhələ ilə hər işdə Allahın razılığını gözləmək mərhələsi arasında böyük fasilə vardır.
    Mö’minlər öz iman dərəcələrinə əsasən bu iki mərhələ arasında hərəkət edirlər. Nəfsə qarşı çıxmaqla hər işdə Allahın razılığını gözləmək mərtəbələri arasında saysız-hesabsız dərəcələr vardır. Hətta peyğəmbərlərin də müxtəlif mərtəbələri mövcuddur. Peyğəmbərlər sırasında İslam Peyğəmbəri (s), həzrət Zəhra, mə’sum imamlar ilkin yerləri tuturlar. Digər peyğəmbərlər onlardan bir mərtəbə aşağıda dayanır. Həzrət Peyğəmbər (s), həzrət Fatimə və on iki mə’sum imamdan ibarət olan bu on dörd nur ən üstün iman mərtəbəsinə malik insanlardır.
    Mö’min insan daim öz iman mərtəbəsini qaldırmağa çalışmalıdır. Bu işdə iki amil mühüm rol oynayır: insanın sə’yi və Allahın yardımı. Kimsə öz aqibətindən xəbərdar olmaq imkanına malik deyil. Bə’ziləri çox uca iman mərtəbəsinə qalxdıqdan sonra aşağı mərtəbəyə süqut edirlər. Əlbəttə ki, uca mərtəbədə olan insanlar üçün süqut təhlükəsi daha böyükdür. İnsan nə qədər ucaya yüksələrsə, onun süqutu da bir o qədər təhlükəli olar.
    Mə’sumların əxlaqi göstərişlərində əsas məqsəd insanların həssas məqamda olduğunu, nəfs istəklərinə itaətin böyük problemlər yaratdığını insanların nəzərinə çatdırmaqdır. Bəli, insan ya könlünə qulaq asmalıdır, ya da Allaha. Həm nəfsə, həm də Allaha itaət etmək mümkünsüzdür. İnsan öz nəfsinə itaət etdikcə Allahdan uzaqlaşır. Əksinə, Allaha itaət etdikcə nəfs hakimiyyətindən xilas olur. Unutmaq olmaz ki, nəfs istəkləri ilə mübarizədə insanın məqsədi, niyyəti də əsas şərtdir. Əgər bir şəxs yalnız zahid kimi tanınmaq üçün öz nəfsi ilə mübarizə aparırsa, az yeyirsə, nimdaş paltarlar geyirsə, sadə evdə yaşayırsa, bu işlərin heç bir səmərəsi yoxdur. Belələri öz nəfsinin hiyləsindən xəbərsizdirlər. Onlar özlərini ibadət, təqva əhli hesab etsələr də, bu güman onları fəlakətə aparır. İnsanın özünü istənilən bir cəhətdən başqalarından üstün hesab etməsi çox təhlükəli bir xasiyyətdir. Zahidlik adı uğrunda mübarizə aparan insan dünya ləzzətləri ardınca qaçan insandan daha çox ziyankardır. Dünya ləzzətləri ardınca qaçanlar heç olmaya dünyada bir neçə gün ləzzət görürlər. Yalançı zahidlər isə həm dünya, həm də axirət ləzzətlərindən məhrum olurlar. Qur’ani-kərimdə oxuyuruq: "De ki, sizə əməlləri baxımından ən çox ziyana uğrayan haqqında xəbər verimmi? O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdi. Halbuki onlar yaxşı işlər gördüklərini güman edirdilər.” İnsanın nəfsinə aldanıb özünü yaxşı adam hesab etməsi çox təhlükəli xüsusiyyətdir. Belə bir xasiyyətdən Allaha pənah aparaq. Belə bir düşüncəyə qapılan insan həmin andan da şeytanın ardınca getməyə başlayır. Saleh insanlar özlərini daim aşağı tutmuş, başqalarından əskik bilmişlər. Bə’zən insan o qədər eqoist olur ki, özünü heç vachlə başqalarından aşağı tuta bilmir. Heç bir pis iş görməyən, oğurluq etməyən, adam öldürməyən, zinaya yol verməyən bir insan məhz qürur ucbatından ən aşağı mərtəbəyə tənəzzül edir. Cəmiyyətdə dəstəbazlıq yaradan, təfriqə salan da məhz belə insanlardır. Onlara elə gəlir ki, hamı onlardan aşağıdır, hamı onların ardınca getməlidir. Belələri öz batinlərindəki rəyasət, şöhrət həvəsini hiss edə bilmirlər. Unutmaq olmaz ki, insanın elmi artdıqca onun nəfsi də güclənir. Nadan insanın hiyləgərlik gücü ilə alimin hiyləgərlik gücü arasında böyük fərq var. Nadan insan alimin hiyləsini anlaya bilməz. Nadan insanlar böyük hiylə qüdrətinə malik olmadığından qısa bir zamanda da peşiman olub, nəfsin şərindən qurtulurlar. Amma alimin nəfsi alimə hakim olduqda bu hakimiyyətdən yaxa qurtarmaq çox çətin olur.
    Yuxarıda deyilənlərlə çox diqqətli olmaq lazımdır. Əlbəttə, deyilənlərdən məqsəd bu deyil ki, alimin nəfsi güclü olduğundan insan elmdən çəkinməlidir. Əgər belə bir nəticəyə gəlmiş olsaq, bilməliyik ki, şeytanın növbəti hiyləsinə aldanmışıq. Şeytanın əsas məqsədi insanı kamillikdən saxlamaqdır. Kamillik zirvəsindən yıxılmaq qorxuludur deyə, kamilliyə arxa çevirən insan artıq şeytana məğlub olmuşdur. Unutmamalıyıq ki, Allah ona doğru hərəkət edənlərə daha çox yardım göstərir. Qüdsi hədisdə oxuyuruq: "Hər kəs bir qarış mənə yaxınlaşarsa, mən ona bir addım yaxınlaşaram.”
    Allah insana yardım göstərdikdə nəfslə mübarizə asan olur. Əlbəttə ki, işin başlanğıcında hansısa çətinliklər labüddür.
    Eşqin ilk addımı bəladı, qandı,
    İlk addımda qaçan bil peşmandı.
    Əgər insan nəfslə mübarizəsini davam etdirsə və Allahdan yardım diləsə, uyğun mübarizə getdikcə asanlaşacaq. İlkin mərhələni keçən insan bir xeyir işi tərk etdikdə və ya bir ibadəti ötürdükdə narahat olur.
    Nəfsin təhlükələri və hiylələri haqqında danışmaqla uyğun təhlükə haqqında xəbərdarlıq etmək istədik. Amma deyilənlərdən belə bir nəticə çıxmasın ki, nəfs məğlubedilməzdir. Nəfs dedikdə gözünüzün qarşısına nəhəng bir əjdaha gəlməsin. Nəfs daxilimizdəki istəklərdir və bu istəklərin mənfilərinə qarşı mübarizə aparmaq lazımdır. Me’rac hədisinin davamında oxuyuruq: "Sənin Allaha itaətinə müxalif olar və Allahın xoşlamadığı işlərdə sənə itaət edər.” Bəli, Allahın xoşlamadığı bir iş görmək istədikdə nəfs ən yaxın köməkçi olur. Amma Allaha ibadət fikrinə düşdükdə ən böyük müqaviməti də həmin bu nəfs göstərir. Namaza dayanmış insanın xəyalını min bir yerə aparan, namazda qəlbin iştirakına mane olan məhz həmin bu azğın nəfsdir. O öz müqaviməti ilə insanın diqqətini Allahdan yayındırmağa çalışır. Hədisin davamında buyurulur: "Tox olduqda tuğyan qoparır, ac olduqda şikayət edir.” Ac olduqda şikayətlənmək, tox olduqda yolunu azmaq nəfsin xüsusiyyətidir. İstədiyini alan nəfs azğın at tək insanı alıb aparır. Artıq ona nəzarət etmək mümkün olmur. Bu atı ram etmək üçün onu bir qədər ac saxlamaq, istəklərinə mənfi cavab vermək lazımdır. Yalnız bu tədbirlərdən sonra ondan ibadət yolunda bəhrələnmək olar. Hədisdə oxuyuruq: "Fəqirlik zamanı qəzəbli, varlı olanda məğrurdur.” Bəli, o, var-dövlət gördükdə lovğalanır, fəqirliyə düşdükdə bütün dostlardan üz döndərir. O, düşdüyü vəziyyətdə hamını günahkar sayır. Onda səbrdən, dözümdən əsər-əlamət yoxdur. Bütün ətrafdakılar onu təngə gətirir.
    Hədisdə buyurulur: "Yaşa dolduqda işi yaddan çıxarır, asudəlikdə isə qəflətə varır.” Nəfs bir təhlükə hiss etdikdə bu təhlükədən qurtarmağa çalışır. Asyiş zamanı isə qəflətə düçar olur. Bəla nazil olanda, şəhərlər bombalananda, raketlər atılanda nəfs duaya, raz-niyaza üz tutur. Təhlükəli məqamlarda təvəssül duası, aşura ziyarəti yada düşür. Elə ki, sülh bərqərar olur, ah-nalədən əsər-əlamət qalmır. Bəli, nəfs bu xasiyyətdədir. Əmin-amanlıq zamanı o nə Allahı, nə də Allahın əzabını yada salır. Nəfs həmin şeytanın dostudur ki, insanları azdıracağına and içmişdir. Qur’ani-kərimdə oxuyuruq: "Şeytan dedi: And olsu izzət və cəlalına, bütün xalqı azdıracağam...”
    Şeytan məhz nəfs yolu ilə insanı aldadır və cəhənnəmə sürükləyir. Qəlbin yolunu şeytana açan da nəfsdir. Diqqətini toplaya bilən insan anlayır ki, belə bir nəfslə keçinmək yox, ona qarşı savaşa qalxmaq lazımdır.
    Me’rac hədisində oxuyuruq: "Nəfs dəvəquşu kimidir. Çox yeyir və yükləndikdə pərvaz etmir.” Nəfs mütaliəyə, ibadətə də’vət olunduğu vaxt üzünü yana çevirir, əsəbi olduğunu, diqqətini toplaya bilmədiyini bəhanə gətirir. Amma elə ki, televiziyada əxlaqsız bir film göstərilir, bütün diqqətini həmin filmə toplayır, heç bir səhnəni nəzərdən qaçırmır. Bəli, o günahda diqqətlidir, ibadətdə isə diqqətsiz! Hədisin davamında buyurulur: Nəfs xərzəhrə (oleandra) kimidir. Rəngi gözəldir, dadı acı. Nəfs və onun işləri zahirən gözəl, aldadıcıdır. Daxili isə öldürücü zəhərlə doludur. O zahirən təqva, elm, zöhd libası geyir. Batinindəki şeytani fikirlərdən isə bir Allah xəbərdardır. Onun sözləri gözəl, həm də azdırıcıdır. Ardınca gedənləri haraya apardığı bilinmir. O əvvəlcə ibadətdən, irfandan danışır. Əmələ gəldikcə isə nə ibadət yadına düşür, nə də dua. Onu namazın qəzaya getməsi narahat etmir. Hər şeyin müvəqqəti, mə’rifətin nisbi olduğu nəzərə çatdırılanda e’tiqadı süstləşir. Çətin ki, o Allaha münasibətdə hansısa bir məs’uliyyət hiss edə.

    Kitabın adı: Dost diyarının yolçuları 
    Müəllif: Doktor Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 26 Haziran 2015 10:32 | Redaktor | Şərh yazdı
    Allah razi olsun bacim.
    Eşqin ilk addımı bəladı qandı
     
    İlk addımdan qaçan bil peşmandı
    Allah bizi nəfsimizlə tək buraxmasın. Amin ya Rəbbəl amin...

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.