Uca Allah ət olan evə və yağlı ətə nifrət edir
Hüseyn ibn Xalid Əli ibn
Musa deyir ki, İmam Rzanın (ə) atası İmam Kazım (ə) istinadən, İmam Cəfər
Sadiqdən (ə) belə buyurduğunu nəql edir:
"Həqiqətən uca Allah ət
olan evə və yağlı ətə nifrət edir”.
Səhabələrdən biri dedi: "Ey
Peyğəmbər övladı, biz ət yemeyi xoşlayırıq və bizim evlərimizdə ətsiz yemək
olmur. Bunu necə başa düşək?”
Həzrət İmam Sadiq (ə)
buyurdu:
Sizin fikirləşdiyiniz kimi
deyildir. <<Ət olan ev>> o evdir ki, orada camaatın ətini onların
qeybətini etməklə yeyərlər. <<Yağlı ət>> isə yer üzündə dikbaş və təkəbbürlə
gəzən insanın rəmzidir.
Kitabın adı: Hidayət
güzgüsü
Müəllif: Ayətüllahül-Üzma
Əbdüllah Mamaqani