» Sayfa 1537


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3159
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2832
Şərhləri: 1522
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1921
Şərhləri: 1700
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 1676
Şərhləri: 2400
Elya 20 Haziran 2014
Xəbərləri: 1331
Şərhləri: 2774
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 777
Şərhləri: 3874
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 492
Şərhləri: 503
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 737
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3931

Online Sual-Cavab

Mömin
Mömin
19 Eylül 2018

Salam mömin və möminələr. Sizdən xaiş edirəm biriniz bilirsə yazsın! İmam Zaman Ağaya məktub yazım axar çaya atsam məsələn kür çayına məktub Ağaya çatar?
Alıntı
yahuseyn
yahuseyn
18 Eylül 2018

Allahın salamı olsun bütün Hüseyn sevən hər bir kəsə.Allah ağama xatir bütün günahlarımızı bağışlasın amin😢
Alıntı
Ad
Ad
17 Eylül 2018

Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Admin,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Fatimə Nuri Xuda,
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
16 Eylül 2018

▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓

•┈┈•• 🌷﷽🌷 ••┈┈•

حاج اســماعیل دولابــۍ:

❞وارد بعضی #خـانه‌ها ڪه میشوم و میبینم بین زن و شوهر کدورتی هست هرگز در آن خانه نمیخوابم!
چون می دانم #رحـــمت خداوند از آن خـانه قطـــــــــع شده است.❝

Böyük arif Hacı İsmayılxan Dulabi:

❝Bəzi evlərə daxil olanda görsəm ki, ər-arvad arasında kin-küdurət var, heç vaxt o evdə yatmaram. Çünki bilirəm ki, o evdən İlahi rəhmət kəsilmişdir.❞

▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓

─═इई 🍂 🧔🏻 🍂 ईइ═─
💔 İslamda 💔
💔 Ailə Əxlaqı 💔
─═इई 🍁 🧕🏻 🍁 ईइ═─


↯ ↯ ↯ ↯ ↯ ↯ ↯ ↯ ↯

↬ https://t.me/exlaq_channel

📌 Daha çox insanın kanaldan faydalanması üçün xahiş edirik məlumatları paylaşarkən qətiyyən #linkisilmeyin və yazılarımızı götürüb paylaşan zaman istinad etməyi unutmayın!
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
16 Eylül 2018

▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓

•┈┈•• 🌷﷽🌷 ••┈┈•

İnsanlar üçün ən çətin 7⃣ davranış:

❶ Empatiya qurmaq,
❷ İnsanları tərəfsiz dəyərləndirmək,
❸ Bağışlamaq,
❹ Üzr istəmək,
❺ «Yox» sözünü qəbul etmək,
❻ Öz səhvini qəbul etmək,
❼ Bilmədiyi mövzuda sual verildikdə «bilmirəm» deyə bilmək.

Psixoloq Günel Qurbanova.

↻ QEYD: Empatiya yəni: — Özünü qarşısındakı insanın yerinə qoyaraq düşünmək.

▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓

─═इई 🌸 👨‍👩‍👧‍👦 🌸 ईइ═─
💞 İslamda 💞
💞 Ailə Əxlaqı 💞
─═इई 🌸 👨‍👩‍👧‍👦 🌸 ईइ═─


↯ ↯ ↯ ↯ ↯ ↯ ↯ ↯ ↯

╔═❤️══❤️══❤️══❤️═╗
t.me/exlaq_channel
╚═❤️══❤️══❤️══❤️═╝
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
15 Eylül 2018

🌸🌺HİCABIN NÖVLƏRİ🌸🌺

🔰FİKİR HİCABI

➦ Fikir hicabı insanı şirkdən və küfrdən qoruyar.
İslam dininin əsil hədəfi Allaha yaxınlaşmaqdır ki, bu da nəfsi tərbiyə edib, təqva ilə əldə oluna bilər.
➦ "Həqiqətən sizin Allah yanında ən hörmətliniz - sizin ən pəhizkarınızdır".
("Hucurat" 13).



🔰GÖZ HİCABI

➦ "Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar". ("Nur" 30).


🔰DANIŞIQ HİCABI.
➦ "Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın".
("Əhzab" 32).


🔰RƏFTAR HİCABI.
➦ "Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar".
("Nur" 31).


🔰Hicab və iffət.
➦ Hər ikisi məna baxımından eynidir. Sadəcə biri zahirə və o birisi batinə aid edilir. Hicab zahirə aiddir, iffət batinə. Ona görə də o kəsinj ki, zahiri hicabı kamil olar, batini hiss olan iffətin inkişaf etdirilməsində mühüm rol oynayar. Hər nə qədər iffət çox olarsa, insanın zahiri hicabı daha kamil olar.
Beləliklə deyə bilərik ki, zahiri geyim iffətin nişanəsi və əlaməti hesab olunur. Bu ikisi arasında sıx rabitə vardır. Hicab - iffətin meyvəsidir və iffət - hicabın köküdür.
🍃🍂🍃🍂🍃🍂🍃
Dideyi Giryan
🍃🍂🍃🍂🍃🍂🍃
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
15 Eylül 2018

🌹🌿AİLƏ🌿🌹💖:
❤️❤️❤️❤️❤️❤️❤️❤️

Qadının dəyəri

❤️❤️❤️❤️❤️❤️❤️❤️

《Qadın kimdir?》

🌺 Qadın-Cənnətdir.
🌺Qadın-Anadır.
🌺Qadın-Sirdir.
🌺Qadın-Ailədir.
🌺Qadın-Zinətdir.
🌺Qadın-İffətdir.
🌺Qadın-Peyğəmbərlər (ə) və İmamlar (ə)ı dünyaya gətirən Anadır.
🌺Qadın-Qeyrətdir.

بسم الله
"ارزش و قیمت زن"
(زن کیست؟)
زن یعنی بهشت
زن یعنی مادر
زن یعنی سرُّ و راز
زن یعنی خانواده دوست
زن یعنی زینت
زن یعنی عفت
زن یعنی مادر همه ی پیغمبران و امامان
زن یعنی غیرت
➖➖➖➖➖➖➖
Dideyi Giryan💧💧
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
15 Eylül 2018

🌸🌸🌸🌸🌸🌸🌸🌸
KÖRPƏLƏRİ VURMAYIN

Rəsuli-əkrəmin (s) buyurur: «Övladlarınızı uşaq olduqları üçün ağladıqlarına görə vurmayın. Onların ağlamağı mənasız deyil. Onların ağlamaları dörd ay əvvəldə Allahın birliyinə şəhadətdir. İkinci dörd ayda Peyğəmbər və onun ailəsinə salamdır. Üçüncü dörd ayda isə ata-anası üçün duadır».
☘(Bihar, 60-cı cild, səh-381.)

➖➖➖➖➖➖➖
Dideyi Giryan💧💧
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
13 Eylül 2018

İffətindən güzəştə getmə ki, qeyrətindən güzəştə gedənlə birləşməsin yolun😊😉🙃
T.me/hicab_1iffetdir
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
13 Eylül 2018

~🥀🥀🏴🏴🥀🥀🏴🏴🥀🥀~

❕Yenə yer göy geyinib qarə gəlib qəm gecəsi

❕Yetişib həzrəti peygenbərə matəm gecəsi

❕Hər ilin əvvəli beyətdi məhərrəm gəcəsi

❕Hər Məhərrəm qara köynək geyərik ya Zəhra

❕Nə desən hər sözə Ləbbeyk deyerik ya Zəhra

🖊Haci Elşən Xəzər

t.me/YaFatimeteZehra
Alıntı
Elya
Elya
12 Eylül 2018

Zeyneb266,
Salam hədiyyə namazı iki rükətlidi sübh namazı kimi qılınır niyyəti hədiyyə namazı qılıram qürbətən iləllah deyilir Allah qəbul etsin Amin.
Alıntı
Zeyneb266
Zeyneb266
12 Eylül 2018

Salam. kimin hediyye Namazi haqda bilgisi varsa bilgilendire biler Allah rzasi ucun . Burda var ama niyet nece edilir yazilmayib
Alıntı
əziz
əziz
12 Eylül 2018

salam Əleykum her vaxdiniz xeyir
kerbela tarixi kitabinin adini bilen olsa yazsin xahis
Alıntı
Baxa.1992
Baxa.1992
10 Eylül 2018

Salam aleykum. Kimin. Yolda. Namaz. Qilmaq. Haqda anlasiyi varsa zehmet olmasa. Yardimci olsun. Teyyarede olacamm namaz vaxti. Nece qila bilerem?
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
9 Eylül 2018

Mədrəsəyə getmək imkanı olmayan bacılardan kim online təhsil almaq istəyirsə,şəxsidə mənə yazın, inşəllah sizi yönləndirək. Həm wi fi ilə daxil olanlar üçün (online mədrəsə, ödəniş yoxdur),həm də mqbaytla daxil olanlarçün (online kurs, ödənişlidir ay sonunda 10 azn) imkan yaradıblar. Allah razı olsun
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
9 Eylül 2018

Bu elana qatılmaq istəyənlər telegramda həmin ünvana yaza bilər.
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
9 Eylül 2018

📣📣📣Salam Aleykum əziz izləyicilər.

Bizim "Hamımız birimiz üçün" 🧚🏻‍♂ adlı bir aksiyamız var idi. Qarşıdan muhərrəmlik ayı gəlir. Ağamızın ziyarətinə getmək istəyən nə qədər insan var.. Həsrətində olanlar var.. Bizdə #OnlineTədrisKursu olaraq bu il ərbein günü 3 nəfərə ehsan etmək istəyirik. Niyyətimdə 3 nəfər var. Kursun çox tələblərinə məlumat vermişdim bir müddət əvvəl. İstəyirəm hər kəsin qatqısı olsun. Güvəndiyim bir qrup var onunla göndərmək istəyirəm.

Pulun miqdarı az deyil.. tək özümüzün edə biləcəyimiz bir iş deyil, güc birlikdədir 🙂💪

Kursun tələbələrindən hər kəs minimum 5 AZN'lə yardım edərsə pulu tez bir zamanda tamamlaya bilərik.

Hələ ödəniş demədən fikri dediyim halda nə qədər insan canla başla razılaşdı bizlərlə.. Həqiqətən bir bilsəz ki necə aşiqləri göndərmək istəyirik..😔

Çox xahiş edirəm görüb keçməyək. Az ödəniş etmək üçün də çəkinməyin. Bir gözəl söz var.

"Azı vermək ayıb deyil, azı verməmək də ayıbdır".

Və Ümumiyyətlə pulu olmayanlar da bizə dua edərək qoşula bilərlər 🤲 Çünki əsas niyyətdi.. əsas istəməkdi.. ☺️


Allah hamınızdan razı olsun. Yaxşıki varsız.


(Yardıma qoşulmaq istəyənlər mənə yazın hesab nömrəsi deyəcəm)

Müraciət üçün ↓

@onlinetedriskursuR


Kanalımız ↓

💎 @onlinetedriskursu 💎
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
9 Eylül 2018

Həzrəti Əli(ə) Həzrəti Fatimə'ni(ə)ağlayarkən görür və nə olduğunu soruşur.Həzrəti Fatimə(ə);'Ya Əli,bu gün gülümsəməni görməyəndə məndən razı deyilsən sandım.'🌹 @rengli_kelimelerim
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
8 Eylül 2018

🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅

CAVANLARA ALİM NƏSİHƏTİ :

🌺Mərhum Ayətullah Behcətdən gənc mö,'minlərə nəsihət:
"Cavanlar və yeniyetmələr gərək diqqət etsinlər ki, yaşları günbəgün artdıqca imanları da belə çoxalsın.🌺 Həmçinin məlumatları da dini elmlərin ibtidai sinfindən yuxarıya getsin və imanları da elmləri ilə yanaşı olsun.☝️🏻Bilməlisiniz ki, biz müsəlmanların başqalarından Qur'an və Əhli-Beytdən (sə) başqa üstünlüyümüz yoxdur. Yoxsa, biz də qeyri-müsəlmanlar kimi yaşayardıq.😣 Əgər bizim Əhli-Beytimiz (sə) olmasaydı, biz də digər imansız müsəlmanlar kimi olardıq.😣
Gərək diqqət edəsiniz ki, günbəgün bu iki şey tərəqqi etsin, necə ki, bizim yaşımız artır, bu iki şey barədə də məlumatımız artmalıdır.☝️🏻 O tərəfə, bu tərəfə getməsin yoxsa itər, onları itirməsələr, azmasalar, bu iki əsası kimsə onlardan ala bilməz..."☝️🏻☝️🏻
telegram.me/islamda_aile
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
8 Eylül 2018

🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅

....KİŞİ QISQANC DEYİLSƏ...

İmam Sadiq (ə) :
«Əgər kişi qısqanc deyilsə, deməli qəlbi möhürlənib».
(Furui-Kafi: c 5, səh 536)
https://t.me/islamda_aile
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
8 Eylül 2018

Ərinin məhəbbətini itirmiş qadın Ariflərdən birinin yanına gəlib deyir: "Xahiş edirəm mənə elə bir dua yaz ki, ərim əvvəlki kimi məni sevsin, qayğıma qalsın və məndən başqasını sevməsin”.😩😰
Arif insan qadını heç nə ilə razı sala bilməyəcəyini görüb deyir: "Yaxşı, dediyini edərəm. 👏🏻Amma duanın daha tez təsir göstərməsi üçün mənə elə bir şey lazım olacaq ki, sən onu çətin əldə edə biləsən”🤔.
Qadın deyir: "Yetər ki, siz duanı yazın, nə istəsəniz mən onu sizin ixtiyarınıza qoyaram”😰😥.
Arif insan deyir: "Elə isə diri erkək bir şirin yalını mənim üçün gətir, mən də duanı onun üstünə yazım”✍🏻.
Qadın təəccüblə deyir😨😯: "Diri şirin yalını mən necə əldə edə bilərəm axı?! 🤔😐Tapa bilsəm yalnız ölü şirin dərisini tapıb gətirə bilərəm”🤗. Arif insan yalnız diri şirin yalı lazım olduğuna israr edir. Qadın çarəsiz qalıb buna razı olur.🤔😶 Şəhərin ən məşhur ovçularının yanına gedib onlardan bunu necə əldə edə bilməsi barədə məsləhətləşir. Ovçulardan biri deyir: "Bunu yalnız şirlər tox olduqları zaman edə bilərsən.😯 Amma onlar insanı özlərinə yaxın buraxmazlar”😯😲. Qadın buna da razı olur və qəssabdan bir qədər ət alıb onların dolandıqları yerə gedir. Hər gün şirlərdən🦁 birini doyana qədər yedirdir və beləcə özünə alışdıra bilir. Günbəgün onlar bir-birinə yaxınlaşır, yaxın dostlara çevrilirlər. Nəhayət günlərin birində qadın özündə cəsarət tapıb şirə yaxınlaşır və onun yalından bir sıxım kəsir.😮 Tez oradan uzaqlaşıb Arif şəxsin yanına gələrək deyir🗣: "Şükr Allaha, istədiyini əldə edə bildim”🤗. Arif şəxs ondan buna necə nail olduğunu soruşur, qadın hər şeyi olduğu kimi ona nəql edir🙂. Arif şəxs gülümsəyərək😀 qadına deyir: "Ərinin yanına qayıt, şirlə necə rəftar etdinsə, onunla da eləcə rəftar et.🤗 Necə olsa o, şir qədər təhlükəli deyil, qorxma ondan, o səni parçalayan deyil”.😀
@islamda_aile
Alıntı
Admin
Admin
8 Eylül 2018

Allahın adı ilə

Sual: Qurani-Kərimin yazılarına təharətsiz halda məss еtməyin (toxunmağın) haram olması yalnız şərif Quranın yazılarında olan haldadır, yoxsa bu hökm başqa bir yazıda, lövhədə, divarda və s. vardır?

Cavab: Bu hökm təkcə Qurani-Şərifin yazısına aid dеyil, həmçinin Qurana məxsus olan hər kəlməyə, ayəyə də şamildir -hətta (Qurandan) başqa bir kitabda, qəzеtdə, jurnalda, lövhədə, divarda və başqa yеrlərdə həkk olunsa da bеlə.

Mənbə: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xameneinin "Şəri suallara cavab kitabı", c.1, sual 157
Alıntı
Kərbəlayi Hasil
Kərbəlayi Hasil
7 Eylül 2018

Çox istərdin kitabxananızdza "Tarixi-Ənbiya" və "Hədisi-Qüdsi" də yer alsln.Öncədən təşəkkür edirəm!
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
7 Eylül 2018

🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅

SƏNƏ MƏXSUS OLMAYAN QADINA GÖZÜNÜ DİKMƏK OLMAZ!
☝🏻🍃☝🏻🍃☝🏻🍃☝🏻
Hz. Məsih (ə):
«Sənə məxsus olmayan qadına gözünü dikmək olmaz.
Çünki gözünü (naməhrəmə baxmaqdan) saxlayanadək, heç vaxt zina etməzsən.
Əgər naməhrəm qadının hətta libasına baxmamağı bacarsan, belə et.»
(Tənbihul-Xəvatir, cild 1,səh 62)
https://t.me/islamda_aile
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
7 Eylül 2018

🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅

BU BƏLALARA DÜÇAR OLMAQLARININ SƏBƏBİ...
🔥🍂🔥🍂🔥🍂🔥
İmam Əli (ə.) Hz.Muhəmməd (s) belə nəql etmişdir: “Ümmətimdən bir qrup meymuna dönəcək; Bir qrup da donuza dönəcəkdir” (bu heyvanların sifət və xüsusiyyətlərini qazanacaqlar).
Digər bir qrup yerə batacaq, bir qrup isə şiddətli fırtınalara mübtəla (düçar) olacaqlar.
Bu bəlalara düçar olmaqlarının səbəbi, (kişilərin) ipəkdən hazırlanan paltar geyinmələri, müğənni qadınlara və musiqi alətlərinə maraq göstərmələridir.”
(Əd-Durrul Mənsur, c 2, səh 324);
https://t.me/islamda_aile
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
6 Eylül 2018

🍞🍛🍛🍛🍛🍛🍛🍛🍞
Süfrə
🍞🍛🍛🍛🍛🍛🍛🍛🍞

Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir....
İmam Həsən (ə) buyurub: «Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir.
Vacib olan dördü:
1.Mərifət,
2.Razılıq,
3.Allahın adını dilə gətirmək,
4.Şükr etmək,
Sünnə olan dördü:
1.Yeməkdən əvvəl əlləri yumaq,
2.Bədənin sol tərəfi üstündə oturmaq,
3.Üç barmaqla yemək
4.Barmaqları yalamaq;
Ədəbə görə olan dördü:
1.Qarşında olanı yemək,
2. tikəni kiçik götürmək,
3.yeməyi yaxşı çeynəmək
4.camaatın üzünə az baxmaqdan ibarətdir.»

《Vəsailuş-Şiə, c.16, səh.539, hədis.1》
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
6 Eylül 2018

•┈┈•• 🌷﷽🌷 ••┈┈•

#BİZ_NƏ_EDİRİK❓

👶🏻 Uşaq tərbiyəsinə uşaqlarımızın körpəliyindən başlamalıyıq. Bəs biz nə edirik? Özü yellənən, özü oxuyan beşiklərdə böyüyən, süni qida ilə qidalanan laylalardan uzaq körpələr yetişdiririk. Halbuki laylalarımız dua idi, dilək idi, arzu idi. Daha sonra da uşaqlarımız əcaib məxluqlardan qəhrəmanlar düzəldilmiş xarici cizgi filmlərinin təsiri altında aqressivləşirlər. Gəlin, uşaqlarımızı bu filmlərdən uzaq tutaq və bu filmlər əvəzinə onlara çoxlu nağıllar danışaq. Çünki cizgi filmlərinə səssiz baxan uşaq, əksinə nağıllara qulaq asdıqda saysız-hesabsız suallar verir və nəticədə, nə qədər şey öyrənir.

👧🏻 Uşaqlara dəyər vermək üçün ən gözəl yol danışmaqdır. Həmçinin, onu danışdırmaq və dinləməkdir. Halbuki biz uşaq sobaya yaxınlaşır «Cızz» — deyirik, yazmaq istəyir «Cızz» — deyirik, kitaba əl uzadır «Cızz» — deyirik və s. Təqlid edərək, toxunaraq öyrənməli olduğu halda, təəssüf ki, «cızz-cızzlarla» qorxudulan uşaqlar böyüdürük. Başqa bir misal. Analar uşaqlarına hirslənir və: «Dərslərini oxumursan! Axşam atan gələndə deyəcəyəm» — deyirlər. Halbuki onlar bununla iki yerdə səhv addım atırlar.

👦🏻 Birincisi, «Dərslərini oxumursan» — deməklə uşağın beyninə çalışqan olmadığını «yeridirlər». İkincisi isə «cəzalandırıcı» ata obrazı formalaşdırırlar. Nəticədə də uşaq atanın evə gəlməsini istəmir. Halbuki ana belə deyə bilər: «Oynamamışdan əvvəl bir az kitab oxumaq istəmirsən?»

Beləliklə, uşaq özü seçim etmiş olar və bu seçiminin məsuliyyətini daha asan daşıyar. Uşağı oxumağa həvəsləndirmək üçün az oxuduqda belə onu təqdir etməli, təbrik etməli və alqışlamalıyıq.

⚠️ SERİALLARDAN VƏ TELEFON SÖHBƏTLƏRİNDƏN BAŞI AÇILMAYAN ANAYLA, TELEVİZORUN PULTUNU ƏLİNDƏN QOYMAYAN ATAYLA UŞAQ NECƏ ÜNSİYYƏT QURA BİLƏR?


─═इई 🌸 👨‍👩‍👧‍👦 🌸 ईइ═─
💞 İslamda 💞
💞 Ailə Əxlaqı 💞
─═इई 🌸 👨‍👩‍👧‍👦 🌸 ईइ═─

↯ ↯ ↯ ↯ ↯ ↯ ↯ ↯ ↯

➯ https://t.me/exlaq_channel
➯ https://t.me/Qadinlar_ucun_kanal

📌 Daha çox insanın kanaldan faydalanması üçün xahiş edirik məlumatları paylaşarkən qətiyyən #linkisilmeyin və yazılarımızı götürüb paylaşan zaman istinad etməyi unutmayın!
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
5 Eylül 2018

Ustad Furuği; "Allah insana nemetin ve rehmetin verer, eger qedrin bilmese 40 il avara qoyar derbeder eder. Ey insan ne qeder ömrün var ki, 40 ilini de avara qalasan ?"
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
5 Eylül 2018

💦🔥💦Qəzəbin çarəsi:

Hz. Peyğəmbərdən(s.ə.a.s) 4 ressept:


💊Ressept 1⃣
إذا غضب أحدكم فليسكت!

النبي محمد(ص)
(بحار الأنوار, ج68, ص404)

Sizlərdən kimsə qəzəblənərsə, sussun!

Hz. Peyğəmbər(s.ə.a.v)
(Biharul-Ənvar, c 68, səh 404)


💊Ressept 2⃣
إذا غضب أحدكم فليَجلس!

النبي محمد(ص)
(نزهة الناظر وتنبيه الخاطر, ص33)

Sizlərdən kimsə qəzəblənərsə, otursun!

Hz. Muhəmməd(s.ə.a.v)
(Nəzhətun-Nazir və Tənbihul-Xatir, səh 33)


💊Ressept 3⃣
إذا غضب أحدكم فليتوضأ!

النبي محمد(ص)
(الدعوات للراوندي, ص52)

Sizlərdən kimsə qəzəblənərsə, dəstəmaz alsın!

Hz. Peyğəmbər(s.ə.a.v)
(əd-Dəəvat (ər-Ravəndi), səh 52)


💊Ressept 4⃣
إذا غضب أحدكم وكان قائماً فليقعد وإن كان قاعداً فليضطجع!

النبي محمد(ص)
(نهج الفصاحة, ص197)

Sizlərdən kimsə qəzəblənərsə, əgər ayaq üstdədirsə, otursun və əgər oturubdursa, uzansın!

Hz. Peyğəmbər(s.ə.a.v)
(Nəhcul-Fəsahət, səh 197)



💊اللهم صل على محمد وآل محمد وعجل فرجهم
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
5 Eylül 2018

☘DİQQƏT☘

BELƏ HƏDISLƏRI XURAFAT SAYMAYIN!

Dəfələrlə bir qrup insan müxtəlif cümlələrlə belə hədislərin həqiqətinin olub-olmadığını, həmçinin xurafatdan sayılıb sayılmadığını soruşurlar. İbn Əlaqə
İmam Əlinin (ə) belə buyurduğunu nəql edir:
ﺗﺮﮎ ﻧﺴﺞ ﺍﻟﻌﻨﮑﺒﻮﺕ ﻓﯽ ﺍﻟﺒﯿﺖ ﯾﻮﺭﺙ ﺍﻟﻔﻘﺮ
«Hörümçəyin torunu evdə saxlamaq yoxsulluğa səbəb olar».
ﻭ ﺍﻟﺒﻮﻝ ﻓﯽ ﺍﻟﺤﻤﺎﻡ ﯾﻮﺭﺙ ﺍﻟﻔﻘﺮ
«Hamamda bövl etmək yoxsulluğa səbəb olar».
ﻭ ﺍﻷﮐﻞ ﻋﻠﯽ ﻋﻠﯽ ﺍﻟﺠﻨﺎﺑﺔ ﯾﻮﺭﺙ ﺍﻟﻔﻘﺮ
«Cənabət halında yemək yemək yoxsulluğa səbəb olar».
ﻭ ﺍﻟﯿﻤﯿﻦ ﺍﻟﻔﺎﺟﺮﺓ ﯾﻮﺭﺙ ﺍﻟﻔﻘﺮ
«Yalandan and içmək yoxsulluğa səbəb olar».
ﮐﺜﺮﺓ ﺍﺳﺘﻤﺎﻉ ﺇﻟﯽ ﺍﻟﻐﻨﺎﺀ ﯾﻮﺭﺙ ﺍﺍﻟﻔﻘﺮ ...
«Musiqiyə çox qulaq asmaq yoxsulluğa səbəb olar...Peyğəmbəri-əkrəm (s) buyurub:
ﻣﻦ ﺳﺮّﻩ ﺍﻥ ﯾُﻤﺪّ ﺍﻥ ﻟﻪ ﻓﯽ ﻋﻤﺮﻩ، ﻭ ﯾﺰﺍﺩ ﻓﯽ ﺭﺯﻗﻪ ﻓﻠﯿﺒﺮّ ﻭﺍﻟﺪﯾﻪ ﻭﻟﯿﺼﻞ
ﺭﺣﻤﻪ
«Hər kəs ömürünün uzanmasını və çoxlu ruzi istəyirsə, ata-anasına yaxşılıq etsin və sileyi-rəhm yerinə yetirsin.Həzrət imam Rza (ə) buyurur:
ﺍﻟﻌﻘﯿﻖ ﯾﻨﻔﯽ ﺍﻟﻔﻘﺮ
«Əqiq (üzük taxmaq) yoxsulluğu aradan qaldırır.İmam Sadiq (ə) buyurur:
ﺍﻟﻌﻘﯿﻖ ﺃﻣﺎﻥٌ ﻓﯽ ﺍﻟﺴّﻔﺮِ
«Əqiq (üzük taxmaq) səfərdə əmin-amanlıqa səbəb olar.Başqa bir hədisdə buyurur:
ﻣَﻦ ﺗَﺨَﺘَّﻢَ ﺑﺎﺍﻟﻌﻘﯿﻖ ﯾﻮﺷﮏُ ﺃﻥ ﯾُﻘﻀَﯽ ﻟﻪُ ﺑﺎﻟﺤُﺴﻨَﯽ
«Əqiq (üzük) taxanın işlərinin xeyirli olacağına ümid vardır
☘☘☘☘☘☘☘☘☘☘☘
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
4 Eylül 2018

🌹Qadınla mehriban olmaq – Peyğəmbərlərin (s) əxlaqındandır!

🌺Qadınların sevgiyə olan ehtiyacı kişilərdən daha çoxdur. Psixoloqların nəzərinə görə, qadının ruhu lətifdir. Ona görə də ətrafdakılar tərəfindən sevgi duymağa həmişə möhtacdır. Qadının ən az haqqı odur ki, həyat yoldaşından gözləntiləri olsun, həyat yoldaşı həqiqi sevgisini ona göstərə bilsin və xanımını kamala çatmaq hisslərində şərik etsin. Həqiqətdə qadın səxavətli bir sevginin intizarını çəkər. Səxavətli eşq dedikdə yəni minnətsiz, həmişəlik olan eşq və sevgi nəzərdə tutulur. Ona görə də kişinin vəzifəsi budur ki, qadının bu ehtiyacını aradan qaldırsın və onun haqqını versin. Həyat yoldaşı olan zaman bir cür, ata olan zaman da başqa cür.

Qız övladlarının da oğlan övladlarından daha çox ata sevgisinə ehtiyacları vardır. Qadınla mehriban olmaq – Allahın gözəl sifətlərindəndir. Həzrət Peyğəmbər (s) buyurur: “Allah qızlara qarşı oğlanlardan daha mehribandır. Hər kim qızını və ya xanımını və ya məhrəmini sevindirər və razı edər – Allah Qiyamət günü onu sevindirəcəkdir”. (Erfan/Deyerler)

İmam Sadiq (ə) buyurur: “Qadına sevgi bəsləmək – peyğəmbərlərin (ə) əxlaqındandır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qız övladını şad edər, sanki İsmayil (ə) övladlarından olan qulu azad etmişdir”.

Həzrət Peyğəmbərin (s) həyatı haqqında oxuyan zaman görürük ki, o qədər işi və məsuliyyətinin olmasına baxmayaraq, Həzrət (s) vaxtını üç hissəyə ayırmışdı: bir hissəsini Allaha ibadət etmək, bir hissəsini şəxsi işləri üçün, bir hissəsini ailəsi üçün ayırmışdı. Deyilənə görə ailə məsələlərini həm ictimai və həm də fərdi mövzulardan üstün tutardı.

Həzrət Peyğəmbər (s) evdə olan zaman qarşısına nə yemək qoysa idilər, razı qalar və heç bir zaman şikayət etməzdi. Süfrədə ailə üzvləri ilə bir yerdə əyləşər və onlarla yemək yeyərdi.

Həzrət (s) bəzən öz paltarlarını özü yamayar, qoyunları otarar, dəvənin dizini bağlayar və xanımlarına buğdanı əyirməkdə yardım edərdi. Həmişə buyurardı: “Həyat yoldaşına yardım etmək və ev işlərini yerinə yetirmək – Allah yolunda sədəqə və ehsandır”.

Hörmət etmək və xoşrəftar olmaq, məhəbbət, vəfadarlıq, onun qəm və qüssəsində şərik olmaq – yaxşı həyat yoldaşı olmağın nişanələrindəndir. Kişinin vəzifəsi budur ki, hətta həyat yodaşının tünd və sərt rəftarlarına səbir etsin və hövsələ göstərsin. Həzrət Peyğəmbər (s) həmişə tövsiyə edərdi ki, həyat yoldaşlarınızla mehriban olun və onların pis xasiyyətlərinə səbir edin.

Allah Təala Quranda buyurur: “Onlarla yaxşı rəftar edin”. (“Nisa” 19).

Həzrət Peyğəmbər (s) ömrünün sonuna qədər Xədicəyə (s.ə) minnətdar qalmışdı və buyurardı: “Heç kəs Xədicə (s.ə) olmaz”.

Həzrət Peyğəmbərdən (s) gələn başqa hədisdə oxuyuruq: “Qardaşım Cəbrayil (ə) mənə qadınları o qədər tapşırdı ki, güman etdim ki, kişinin xanımına “uf” deməyə haqqı yoxdur. Mənə buyurdu: “Qadınla rəftarda Allahdan qorxun, onlarla mehriban olun və ürəklərini yaxşı rəftarlarınızla pakizə edin ki, yanınızda yaşamağa səbirləri olsun””.
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
4 Eylül 2018

Psixoloji Meslehetler...

1. Öz güclü ve zeif cehetlerinizi etiraf edin ve buna uyğun olaraq meqsedlerinizi deqiqileşdirin.

2. Neyin sizin üçün qiymetli olduğunu, neye inandığınızı, öz heyatınızı nece görmek istediyinizi qetileşdirin. İrelileyiş olanda bundan yararlanmaq üçün planlarınızı analiz edin ve onları bu günün nöqteyi-nezerden qiymetlendirin.

3. Her bir şeyin köküne varın. Keçmişinizi tehlil ederek sizi bu veziyyete getirib çıxaran halları araşdırın. Sizi ezab çekmeye mebur eden ve ya kömek göstere bileceyi halda etmeyen adamları anlamağa ve bağışlamağa çalışın. Keçmiş sehvlerinizi, yanlışlıqlarınızı, günahlarınızı özünüze bağışlayın. Ezablı xatirelerinizden faydalı nese elde edenden sonra onları birdefelik yaddaşınızdan silin ve bir daha onlara qayıtmayın. Pis keçmiş yaddaşınızda siz onu xatırlayana qeder yaşayır. Yaxşısı budur ki, yaddaşınızı başvermiş en kiçik uğurlarla bağlı xatirelen üçün başaldın.

4. Günahkarlıq hissi ve xecalet size uğur qazanmağa mane olur. Onların badına getmeyin.

5. Davranızın sebeblerini şexsiyyetinizde deyil, hazırki situasiyanın fiziki, sosial, iqtisadi ve siyasi aspektlerinde axtarın.

6. Unutmayın ki, her bir hadiseni müxtelif cür qiymetlendirmek olar. Reallıq her bir kesin ayrı-ayrılıqda gördüyü deyil. Reallıq şeylerin müeyyen adlarla çağırılması haqda insanların öz aralarında razılaşmasının neticesinden başqa bir şey deyil. Bele yanaşma size imkan verir ki, insanlara daha sebirle yanaşısınızve alçaldıcı görünen hallara üreyiaçıqlıqla tab getiresiniz.

7. Heç vaxt özünüz haqqında pis danışmayın. Elexsus özünüze «sefeh», «eybecer», «bacarıqsız», «bextigetirmeyen», «yönsüz» ve s. kimi menfi keyfiyyetleri özünüze aid etmeyin.

8. Sizin hereketleriniz konstruktiv tenqide meruz qalarsa, müxtelif cür qiymetlendirile biler. Rifahınız üçün bundan istifade edin ve başqalarının sizin şexsiyyetinizi tenqid etmeye imkan vermeyin.

9. Unutmayın ki, bezen meğlubiyyet uğurdur. Bu meğlubiyyet sizi mecbur edecek ki, gösterdiyiniz seylere deymeyen yanlış meqsedlerden netice çıxarasınız ve sonrakı daha böyük uğursuzluqlardan yaxa qutarmış olasınız.

10. Natamamlığınızı hiss etmeye mecbur eden adamlar, meşğuliyyetler ve şeraitlerle barışmayın. Eger onları ve ya özünüzü deyişdire bilecek qeder özünüze inam hiss etmirsinizse, onda sadece olaraq bütün bunlardan üz çevirin.

11. Özünüzü boşaltmağa, üreyinizin sesini dinlemeye, teklikde olanda ruhunuza yaxın olan işle meşğul olmağa imkan tapın. Bele olsa özünüzü daha yaxşı anlaya bilersiniz.

12. Ünsiyyetde olun. Bir-birine benzemeyen, özünemexsusluğu ile seçilen adamlarla, bacı ve qardaşınızla ünsiyyetde olarken enerji mübadilesinden zövq almağa çalışın. Tesevvür edin ki, onlar da qorxu, inamsızlıq hissi yaşaya bilerler ve onlara yardım etmeye çalışın. Onlardan ne istediyinizi ve onlara ne vere bileceyinizi deqiqleşdirin. Sonra ise bu cür mübadileye hazır olduğunuzu onlara da anlatmağa çalışın.

13. «Men»inizi hedden ziyade qorumayın, çünki o, siz düşündüyünüzden de möhkem ve plastikdir. O, «eyilir», amma «sınmır». «Men»inizin qısamüddetli emosional zerbe alması daha yaxşıdır, neinki fealiyyetsizlikde ve izolyasiyada olması.

14. Özünüz üçün bir neçe uzaq ve ciddi meqsedler seçin ki, onlara geden yolda kiçik ve aralıq meqsedlerden keçeiniz. Aralıq meqsedlere nail olmaq üçün hansı meqsedlerden istifadenin daha zeruri olmasını ölçüb-biçin. Her bir uğurunuzu diqqet merkezinde saxlayın, özünüzü ruhlandırmağa ve teriflemeyi unutmayın. Qeyri-tevazökar olmaqdan qorxmayın, çünki sizi heç kim eşitmir.

15. Siz passiv obyekt deyilsiz ki, bütün xoşagelmezlikler üstünüze tökülsün, ot deyilsiniz ki, heyecanla tapdalanmağınızı gözleyesiniz. Siz kamillik piramidasının zirvesiniz, valideynlerinizin ümidlerinin tecessümüsünüz, Allahın yaratdığı mükemmel varlıqsınız. Siz tekrarolunmaz şexsiyyet, heyatınızın aktiv yaradıcısınız. Eger siz özünüze inamlısınızsa, onda manee sizin üçün çağırışa çevrilir, çağırış ise sizi fealiyyete tehrik edir. Bu zaman utancaqlıq geri çekilecek, ona göre ki, «nece yaşamaq lazımdır fikri» ile narahatlıq keçirmek evezine siz heyatın qaynarlığına baş vuracaqsınız.
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
4 Eylül 2018

Bu hekayə çox düşündürdü.

Bir nəfər yeni maşınına baxmaq üçün evindən çıxanda, beş yaşındakı oğlunun gülə-gülə əlindəki çəkiclə maşının qapısını əzdiyini görür.O dəqiqə uşağın yanına qaçır və hirsindən onun əlinə çəkiclə vurmağa başlayır.Biraz sakitləşincə oğlunu təcili xəstəxanaya aparır.Həkim uşağın qırılan sümüklərni bitişdirməyə çalışsa da əlindən bir şey gəlmir və uşağın iki əlinin barmaqlarını da kəsmək məcburiyyətində qalır.Uşaq narkozdan ayıldıqda, əllərini gipsdə görür və məsum bir ifadəylə:
“Ata, maşınını əzdiyim üçün bağışla məni.” deyir və sonra atasından soruşur:
“Ata, bes barmaqlarım nə vaxt yerinə gələcək?”
Atası evə qayıtdıqda həyatına son verir…

Birisi stola süd tökdüyündə, ya da bir uşagın agladıgını eşitdiyinizdə bu hekayəni xatırlayın.Çox sevdiyiniz birinə qarşı səbrinizin daşdıgını hiss etdiyiniz an əvvəlcə düşünün.Maşınlar düzələ bilir, amma qırılan sümüklər və inciyən duyğular heç bir zaman düzəlmir…
Adətən, insanla onun potensialı arasındakı fərqi görə bilmirik.İnsan səhv edər.Hamımız səhv edə bilərik.Ancaq hirslə və düşünmədən ədilən hərəkətlər insanı sonsuza qədər narahat edər.Nə isə etmək istədikdə dayanın və düşünün.Səbrli olun.
iltimasi dua.
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
3 Eylül 2018

🍂🍁ÖMÜR EVİ🍁🍂

İbrətli hekayə

Bir qoca bir ömür yemir-içmir, böyük çətinliklərə qatlaşaraq pul yığır və ev alır. 🏡
Evi aldığı ilk gün belə səslənir: 🗣ay evim sən mənim illərdir çəkdiyim əziyyətin bəhrəsisən🙂. Ömür boyu sənin üçün işləmiş, həyatımı qurban vermişəm🙂. Ona görə səndən bir xahişim var☝️🏻. Heç olmasa yıxılmazdan əvvəl mənə xəbərdarlıq et ki, ehtiyatımı görə bilim👏🏻. Evden isə heç səs çıxmır, qocada bunu razılaşmanın ifadəsi kimi anlayır🤗. Bu anlaşmanın üstündən bir il keçir.
Bir gün pəncərə tərəfdəki divar çatlayır qoca ora mala ilə sement vurur🙁. Sonra qapı tərəfdəki divar çatlayır. Qoca orayada sement vurur. Bu minvalla illər keçir bir gün qoca işdən evə gələndə evin dağıldıgını görür😲. Gördüyü mənzərə qarşısında çox üzülür və evin xarabalığına belə deyir😣: Ay evim, axı sənə demişdim yıxılmazdan əvvəl mənə xəbər edərsən -deyə səslənir və ağlayır😔. Elə bu zaman xarabalıqdan belə bir səs yüksəlir: Nə edim, ay qoca. Nə vaxt ağzımı açdım ki, sənə xəbərdarlıq edim, sən də bir mala sementlə ağzımı qapadın. Nəticədə də belə oldu ..!😕 Həyatımızda eyni bu hekayəyə bənzəyir. Bir gün ağaran saçlarımız, bir gün xəstəliklərimiz, bir gün belimizin bükülməsi, bir gün başımıza gələn işlər hər şeyin bir gün bitəcəyindən xəbər verir.😔 Saçlarımıza qocanın vurduğu mala kimi rəng vursaqda, dərman içməklə xəstəliklərimizi sağaltmağa çalışsaqda, əziyyətdə olsa belimizi düz tutmağa calişsaqda, başımıza gələn problemləri aradan qaldırmağa çalişsaqda sonda yenədə bir gün öləcəyik...
Ölüm qaçılmazdır! ☝️🏻
Odur ki,ƏhliBeyti(ə.s)tanıyaq,
Günah işlərdən çəkinək,yaxşı əməllər edək, heç kəsi incitməyək, namaz qılaq və Axirətə hazır olaq!

Ömür uzun görünsə də əslində çox qısadır.
Ölüm çox yaxındır...

╔═──═☁═──═╗
Dideyi Giryan
╚═──═☁═──═╝
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
3 Eylül 2018

🌅 بِسْــــمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ 🌅
😞TƏSİRLİ BİR HEKAYƏ😞

Çox varlı olan bir dindar şəxs, maşınına minərkən yanına bir qadın yaxınlaşır.
Mö'min şəxsə bir körpəsinin olduğunu, körpənin çox pis xəstələndiyini və
xəstəxanada olduğunu amma xəstəxananın pulunu ödəyə bilmədiyini deyir.😞
Onun hər gün ölümə biraz daha yaxınlaşdığını söyləyir.😞
Qadının danışdıqları mö'min şəxsi çox təsirləndirir.😣
O dəqiqə çek dəftərini çıxarır və böyük bir məbləğdə pul yazaraq
qadına verir.🙂
Deyir: ''Ümid edirəm ki, körpənin yaxşı günləri üçün xərcləyərsiniz”.🙂
Mö'min şəxs ertəsi gün dostunun evində axşam yeməyi yeyərkən dostu deyir: ''Ötən gün uşaqlar sizinlə bir qadının danışdığını
və o qadına böyük bir məbləğdə çek verdiyinizi söylədilər''🤔
Mö'min şəxs deyir: Bəli, Nə olub ki?! 🤔
- O qadın bir saxtakarmış, varlı adamlara yaxınlaşıb xəstə bir körpəsi olduğunu söyləyərək pul qoparırmış.😠
Qorxuram səndən də qoparıb'' 😣
Mö'min şəxs böyük bir sevinclə ''Elə mi?!😍
Yə'ni ölümü gözləyən bir körpə yoxdur❓😍
Mən də dünəndən fikir edirəm😣gecə fikirdən yata bilməmişdim...😞
Bax bu həftə eşitdiyim ən gözəl xəbər bu xəbərdir...😍
Çox sağol...
🌿🌿🌿🌿🌿🌿
Nəticə çıxaraq...
telegram.me/islamda_aile
╔═──═ঊ🏴ঊ═──═╗
Dideyi Giryan
╚═──═ঊ🏴ঊ═──═╝
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
3 Eylül 2018

🏳 Körpü, yoxsa divar?

🔹Həmişə bir nəfər olacaq ki, sənin yolunun üstünə daş atsın. Amma, bu daşlardan nə düzəldəcəyin isə səndən asılıdır: körpü, yoxsa divar? Unutma ki, sən öz həyatının #memarısan!

@mexzenul_esrar
Alıntı
Hesen
Hesen
2 Eylül 2018

Salam Eleykum. Kimler aktifdi?
Alıntı
Elya
Elya
2 Eylül 2018

Fatimə Nuri Xuda,
Salam bacı məndə telefonlayam məqaləni düzəldə bilmirəm
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
2 Eylül 2018

Bismilləh. Səlam ələykum. Baza ilə əlaqəsi olan bacılardan xahiş edirəm, imkan varsa,əlavə edilən xəbərlərə düzəliş etsinlər. Məndə teldir deyə, rahat etmək olmur. Məqalə redaktəsi isə qətiyyən alınmır. Allah razı olsun.
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
2 Eylül 2018

🌹 Bismillahir rahmənir rahim

❤ Allahdan uzaq düşmüşük (ibrətli hekayə).

🌟 Bir adam həmişəki kimi saçını-üzünü qaydaya salmaq üçün bərbərə gedir. Onunla məşğul olan bərbərlə maraqlı söhbətə başlayır. Müxtəlif mövzular barədə danışdıqdan sonra söhbət dinə gəlir.
🔸Bərbər deyir: - Bilirsən, mən sənin dediyin kimi Allahın varlığına inanmıram.
🔹Adam deyir: - Bəs nə üçün belə düşünürsən?
🔸Bərbər deyir: - Bunu açıqlamaq çox çətindir. Bunu görmək üçün küçəyə çıxmalısan. Xahiş edirəm, mənə deyə bilərsən, əgər Allah varsa, bu qədər problemli, xəstə insanlar, tərk edilmiş uşaqlar olardı? Allah olsaydı heç kim əzab çəkməzdi və bir-birlərini incitməzdi. Allah olsaydı, bunlara icazə verməzdi. Adam bir an durdu və fikirləşdi, amma mübahisə etməmək üçün cavab vermədi. Bərbər işini bitirdikdən sonra adam küçəyə çıxdı. Elə o anda uzun saçlı və saqqallının tükləri bir-birinə qarışmış, baxımsız bir adam gördü. Adam əgər bu qədər baxımsız görünürsə, demək uzun müddətdir bərbərə müraciət etməyib. Adam dərhal bərbərin yanına qayıtdı və ona dedi: - Bilirsən? Məncə, əslində heç bərbər də yoxdur.
🔸Bərbər deyir: - Bu necə ola bilər? Gördüyün kimi mən burdayam və bərbər kimi də işləyirəm.
🔹Adam deyir: - Xeyr, sən bərbər deyilsən. Çünki bərbər olsaydın küçədə uzun saqqallı, baxımsız insanlar olmazdı.
🔸Bərbər deyir: - Hımm… bərbər var, amma insanlar mənim yanıma gəlmirsə, mən nə edə bilərəm?
🔹Adam deyir: - Çox düzdür! Əsas da elə budur! Allah var və insanlar ona inam göstərib onun rəhmindən faydalanmaq istəmirlərsə, bu o insanların problemidir. Bax, dünyada bu qədər kədər və pisliklərin olmağının səbəbi budur! İnsanlar Allaha inanıb dünyada faydalı insan olmağa çalışsalar və səhv etməkdən çəkinsələr həyatda pislik qalmaz…
Əməllərinə görə də həyatdan arzuladıqlarını ala bilərsən.👏

Ⓜ @ilahi_moizeler
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
2 Eylül 2018

http://t.me/esqkarvanii

🌹Rəvayətdə qeyd edilir ki, bir kişi İmam Musa Kazımın (ə) yanına gəlib, işinin düyünlənməsindən, həmişə uğursuzluqla üzləşməsindən, heç bir hacətinin həyata keçməməsindən şikayət etdi.
🔸️İmam ona buyurdu: həmişə sübh namazından sonra bu zikri 10 dəfə de:
《سُبحانَ اللهِ العَظیمِ وَ بِحَمدِه اَستَغفِرُ اللهَ وَ اَسأَلُهُ مِن فَضلِهِ》
"Subhənəllahil əzimi və bihəmdihi əstəğfirullahə və əsəluhu min fəzlih".

📚"Kafi", c. 5, səh. 315.
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
2 Eylül 2018

🏳 Hansı hansındandır?

🔹Ariflərin birindən soruşdular: "Əşhədu ənnə Əliyyən Vəliyyullah" azanın hissəsindəndirmi?

🔹Arif gülümsəyərək buyurdu: Azan "Əşhədu ənnə Əliyyən Vəliyyullah"ın bir hissəsidir.

@mexzenul_esrar
Alıntı
Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
2 Eylül 2018

QADINLARA QIZIL MƏSLƏHƏTLƏR.. (2)

Ərini hər səhər işə yola salmaq üçün oyanmağa çalış. Bu hərəkətlə ona qarşı diqqətini ən bariz şəkildə göstərmiş olarsan. Onu qapıya kimi ötür, xoş sözlə, dua ilə yola sal.

Evin əmlakına məsuliyyətlə yanaş. Bunları almaq üçün nə qədər zəhmətlər çəkildiyini unutma.

Əgər həyat yoldaşın evə bağlanmırsa, dostları ilə yeyib-içməyi evdə şam etməkdən üstün tutursa, əvvəlcə bunun səbəbini aydınlaşdır, sonra həmin səbəbi aradan qaldırmağa çalış. Günahı ərinin boynuna yıxmağa tələsmə. Yaxşı düşün: bəlkə bu vəziyyətin yaranmasında sənin də təqsirin var?

Uşaqları ataya hörmət hissi ilə böyüt. Bunun ən yaxşı yolu budur ki, özün ərinlə ehtiramla davranasan, uşaqlar da sənə baxıb ataya ehtiram göstərəcəklər.

Ərinin qohumlarına sayğı göstər; xüsusilə, qaynana və qaynatana hörmət et. Elə etmə ki, ərin öz ata-anasının yanında sənə görə xəcalət çəksin.

Evdə inciklik olanda bunu aradan qaldırmaq üçün sən də təşəbbüs göstər. Səhv səndə olubsa, üzr istəməyi əskiklik bilmə. Səhv ərində olubsa, o səndən üzr istəyəndə inadkarlıq etmə, tez barış. Barışıq üçün ərin iki addım atırsa, heç olmazsa sən də bir addım at.

Evin sirrini kənara çıxarma. Elə məsələlər var ki, onları hamıdan, hətta öz ata-anandan da gizli tutmağın məsləhətdir. Öz ərindən kiməsə şikayət etmək istəyəndə yüz ölçüb bir biç. Yalnız son dərəcə zərurət yaranarsa, şikayət etdiyin adamın həqiqətən vəziyyəti düzəldə biləcəyinə inanırsansa, bunu et.

Ərin üçün yalnız bir həyat yoldaşı yox, həm də dost, sirdaş, sevgili ol. Bir qadın kimi ondan heç nəyi əsirgəmə. Unutma: bəzi kişilər öz həyat yoldaşlarında tapmadıqlarını axtarmaq üçün başqa qadınlara üz tutmağa məcbur olurlar.

Namazına, orucuna, ibadətinə diqqətlə yanaş. Dualarında ərini və balalarını yad et. Əgər ərin ibadət əhli deyilsə, gözəl yollarla, məqbul üsullarla onu da haqqa gətirməyə çalış. Nümunəvi müsəlman simasını öz şəxsində ona göstər. Ruhdan düşmə, ümidini itirmə.

Özünü döyüş səngərində düşmənlə mübarizə aparan, əlində silah Vətəni qoruyan əsgər kimi şərəfli və məsuliyyətli bil. Sənin Vətənin – evindir; səngərin – ailəndir; silahın – iman, əxlaq və gözəllikdir; düşmənin – səni öz qadınlıq vəzifələrinin icrasından və ərinə itaətdən uzaq salmaq istəyən şeytandır.

─═इई🌺🍃🌸🍃🧕🏻🍃🌸🍃🌺ईइ═─

➯ https://t.me/exlaq_channel
https://t.me/Qadinlar_ucun_kanal

📌 Daha çox insanın kanaldan faydalanması üçün xahiş edirik məlumatları paylaşarkən qətiyyən #linkisilmeyin və yazılarımızı götürüb paylaşan zaman istinad etməyi unutmayın!
Alıntı
Admin
Admin
30 Ağustos 2018

*Qədir-Xum gününün müstəhəb əməlləri*

Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Müsəlmanlar üçün iki bayramdan (Fitr və Qurban bayramlarından) başqa bayram varmı?”
İmam cavab verdi: “Bəli, hətta onlardan daha böyük və daha şərəfli bayram var”. Sual verən adam soruşdu: “O hansı gündür?” İmam buyurdu: “Əmirəl-mömininin insanlara tanıdılıb, uca məqama təyin edildiyi gün”. Hədisin ravisi soruşdu ki, bəs bu gündə hansı əməlləri yerinə yetirməyimiz məsləhətdir? İmam Sadiq (ə) cavab verdi: “Oruc tutun, Mühəmmədə və nəslinə çoxlu salavat göndərin, onlara zülm edənlərin əlindən Allaha bizarlıq (narazılıq) edin. Hər peyğəmbər öz vəsisinə (canişinlərinə) tapşırırdı ki, canişin təyin edildiyi günü bayram kimi keçirsin”. Ravi bu günün orucunun savabı haqqında soruşanda İmam buyurur: “Altmış ayın orucuna bərabərdir”.
Başqa bir hədisdə İmam Sadiq (ə) Qədir gününün orucunu altmış mübarək ayın orucuna tay tutur. “Məfatihül-cinan” kitabında Qədir gününün orucunun 60 illik günahları sildiyi, bir ömrlük oruca, 100 həccə və 100 ümrəyə bərabər olduğu yazılıb.
Qədir günündə qüsl almaq, təzə və gözəl libaslar geyinmək, ətir vurmaq da çox bəyənilən işdir. Bir-biri ilə görüşən zaman bu duanı oxumağın böyük savabı var: “Əlhəmdü lillahilləzi cəələna minəl-mütəməssikinə bi-vilayəti Əmiril-mömininə vəl-əimməti əleyhimüs-səlam
” (“Həmd olsun Allaha ki, bizi Əmirül-mömininin və imamların vəlayətinə bağlananlardan etdi”)
Qədir günündə bu duanı da 100 dəfə təkrar etməyin savabı var: “Əlhəmdü lillahilləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bi-vilayəti Əmiril-mumininə Əliyyibni Əbitalibin əleyhis-səlam”. (“Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamını Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissalamın vəlayətində qərar verdi”)
Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var. İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər. Əlbəttə, buna imkanı olmayanlar ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua kitablarında qeyd edilən “Əminallah” ziyarətini vətəndə də oxumaq olar.
Qədir-Xüm günü günorta vaxtı, kölgələr məğribə doğru qısalmağa başlamazdan yarım saat əvvəl iki rükət namaz qılmağın xüsusi savabı var. Əslində İmam Sadiqin (ə) buyurduğuna görə bu namazı günün istənilən vaxtında qılmaq olar, amma hicrətin 10-cu ilində hadisə məhz günün bu vaxtında baş verdiyi üçün, namazı da o zaman qılmağın savabı böyükdür. Namazın hər iki rükətində bir dəfə Fatihə surəsi, 10 dəfə İxlas surəsi, 10 dəfə ayətül-kürsi və 10 dəfə Qədr surəsi oxunur. Ardınca Həzrət Fatimənin (ə) təsbihi deyilir: 34 dəfə “Allahü əkbər”, 33 dəfə “Əlhəmdü lillah” və 33 dəfə “Sübhan Allah”. Bu namazı qılan adamın arzularını Allah yerinə yetirər.
Seyyid ibn Tavus “əl-İqbal” kitabında qeyd edir ki, hər kim Qədir günü ziyarətnaməni oxuyub müstəhəb namazı qıldıqdan sonra səcdəyə getsə, səcdədə 100 dəfə “əlhəmdü lillah” və 100 dəfə “şükrən lillah” söyləsə, sanki Qədir-Xüm hadisəsində iştirak edib, Peyğəmbərlə və Əli ilə beyət etmiş kimi savab qazanar.
İmam Rza (ə) buyururdu ki, Allah-təala bu gündə mömin kişi və qadınların 60 illik günahlarını bağışlayar. Allah Qədir günündə üst-üstə Ramazan ayı, Qədr gecəsi və Fitr gecəsinə nisbətən iki dəfə artıq mömini cəhənnəm əzabından xilas edər (əlbəttə, bunlar həqiqi möminlərə və Qədir gününü layiqli ibadətlə keçirən insanlara aiddir)
Qədir günündə sileyi-rəhim etmək, yəni qohumların görüşünə getmək, möminlərə hədiyyə vermək, ehsan etmək böyük savaba malikdir. İmam Rza (ə) buyururdu ki, bu gündə edilən ehsanın hər dirhəmi savab cəhətdən başqa gündə edilən min dirhəm ehsana bərabərdir.
Təsadüfi deyil ki, xalq arasında Qədir-Xüm gününə seyidlərin bayramı deyirlər. Bu gündə seyidləri təbrik etmək, onlara kiçik də olsa hədiyyə aparmaq, ümumiyyətlə bir-birinin görüşünə getmək, möminlərin qəlbini sevindirmək tövsiyə edilib.
Alıntı
Huseynci Medine
Huseynci Medine
26 Ağustos 2018

Salamun eleykum. Sagolun. Allah her birinizden razi olsun
Alıntı
Allahin-Asiqi
Allahin-Asiqi
23 Ağustos 2018

Elya,
Allahin salami ve rehmeti uzerinize olsun Huseyinci Medineye gore cox pis oldum Allah qizimiza sevr versin Allah rehmet etsin yeti behiwt olsun
Alıntı
Admin
Admin
21 Ağustos 2018

Elya,Allah sebr versin-heqiqeten cetindi
Alıntı
Elya
Elya
21 Ağustos 2018

ENTIQE,
Salam Ərəfə günü bu gündü sabah bayramdı
Alıntı
ENTIQE
ENTIQE
21 Ağustos 2018

Salam erefe gunu ne vaxdi birde bayram bu gundu
Alıntı
Elya
Elya
21 Ağustos 2018

Admin,
Amin qardaş bir ildi Atası rəhmətə getmişdi indi anası bacımıza çətin olacaq 😥😔Allah səbr versin Amin
Alıntı

   


Youtube kanalımıza Abunə ol

Təqvim


Saytda olanlar

 
Hazırda saytda olanlar: 26
Qonaqlar: 25

Online İstifadəçilər: 

- отсутствуют

Online Axtarış robotları: 


Saytda olmuş ən son 20 nəfər: 

Statistika

+0  
Xəbərlər: 18025
+0  
Şərhlər: 48979
+0  
İstifadəçilər: 5991

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 5975

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 2
Həftə ərzində: 6
Ay ərzində: 16

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Eylül 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Müəllif: miryaqub | 4-12-2013, 07:20 | Baxılıb: 0

Sultan və kölə

Bölmə: Hekayələr
Şərhlər: 9. {last-commenter}
Müəllif: Gunahkar Bende | 4-12-2013, 07:04 | Baxılıb: 0

Cəhənnəmdə qadınlar

Bölmə: Hədislər / Hədislər-yazılı
Şərhlər: 20. {last-commenter}
Müəllif: miryaqub | 4-12-2013, 06:55 | Baxılıb: 0

Behiştdə hansı nemətlər vardır?

Bölmə: Suallar
Şərhlər: 7. {last-commenter}
Müəllif: miryaqub | 4-12-2013, 06:49 | Baxılıb: 0

Kilsə və məscid

Bölmə: Hekayələr
Şərhlər: 8. {last-commenter}
Müəllif: Gunahkar Bende | 4-12-2013, 06:41 | Baxılıb: 0

Iki qardaş

Bölmə: Hekayələr
Şərhlər: 6. {last-commenter}
Müəllif: miryaqub | 3-12-2013, 17:23 | Baxılıb: 0

Allah yanında fəqirin məqamı

Bölmə: İslami mövzular
Şərhlər: 6. {last-commenter}
Müəllif: miryaqub | 3-12-2013, 15:36 | Baxılıb: 0

Kərbəlanın 90 yaşlı qara dərili şəhidi

Bölmə: İslami mövzular
Şərhlər: 9. {last-commenter}
Müəllif: Admin | 3-12-2013, 06:19 | Baxılıb: 0

Hacı Şahin

Bölmə: Moizələr / Hacı Şahin
Şərhlər: 4. {last-commenter}
Müəllif: miryaqub | 3-12-2013, 00:00 | Baxılıb: 0

Hәzrәt Әlinin(ә) müsibәti

Bölmə: Hekayələr
Şərhlər: 11. {last-commenter}
Müəllif: Admin | 2-12-2013, 22:12 | Baxılıb: 0

Sual 101: Təbii fəlakətlərin səbəbi nədir?

Bölmə: Suallar
Şərhlər: 10. {last-commenter}