Hicab qadının əzəmətini, şəxsiyyətini və gözəlliyini öz əri üçün qoruyur.
Qadının gözəlliyini örtən, onu tərbiyəsiz və aludə insanların baxışlarından qoruyan örtük və ya hicab Qurandan qaynaqlanan ilahi bir göstərişdir.
Hicabın ən gözəl nümunəsi həzrət Zəhra (s.ə) yadigarı olan çadra elm və tərəqqi üçün heç bir maneə törətmir. Əksinə, bir çox təhlükələrdən qoruyur.
Çox qiymətli daş-qaş olan qadın ilahi hicab sandıqçasında olduğu müddətdə ərzində oğruların, qarətçilərin şərindən amanda qalır.
Bütün bunlara əsasən deməliyik ki, hicab və örtük qadın üçün vacibdir. Bunu inkar edən isə İslamın zəruri bir göstərişini, Quranda buyurulan bir əmri inkar etdiyi üçün kafir sayılır.
Hicabı danan hər hansı bir gənc oğlan müsəlman qızla ailə qura bilməz. Çünki bu evlilik qanunsuz, onların arasında bağlanılan nikah batil, aralarındakı münasibət zina, övladları isə zinazadədir. Həmçinin, hicabı danan hər hansı bir qız gənc müsəlman oğlana ərə gedə bilməz. Çünki yuxarıda qeyd olunanlar ona da şamil edilir.
Hicab qadının əzəmətini, şəxsiyyətini və gözəlliyini öz əri üçün qoruyur.
Ailələrin səmimiyyəti, kişilərin qəlblərinin təskinliyi, ər və arvad münasibətlərinin möhkəmliyi, kişinin öz nikahlı qadınına məhəbbəti, etibarı - bütün bunların hamısı qadınların hicab və örpəyinə borcludur.
Hicabsızlıq, qərbin təlqin etdiyi şəkildə qadının özbaşınalığı onun azadlığı demək deyil. Bu növ azadlığın ziyan və təhlükəsini saymaqla qurtarmaq olmaz: Hicabsızlıq indiyə qədər minlərlə kişini azğınlığa, tüfeyliliyə, ailəli qadınlarla qanunsuz münasibətlərə sürükləyib; təlağın sayını artırıb; yəhudilik və məsihiliyin arzu etdiyi kimi, bir çox kişi və qadınların İslamdan, dindən çıxmasına səbəb olub və s.
Hicabsızlığın təməlini qoyanlar, dilə gəlib, onun acı nəticələrini son dövrlərin ən qorxulu təhlükəsi adlandırırlar.
Tədqiqatçılar Quranın on dörd ayəsinin hicaba dəlalət etdiyi qənaətindədirlər. Bəzi tədqiqatçılar isə bu ayələrin iyirmi beşə çatdığını söyləyirlər.
Həzrət Əli (ə) oğlu imam Həsənə (ə), onun simasında isə bütün dünya xalqlarına xitab edərək buyurur: «Məhrəm-naməhrəmliyə ciddi şəkildə riayət et. Çünki bu səni və bütün naməhrəm qadınları günaha və günah fikrə düşməkdən qoruyur. Əgər sənin ailənin qadınlarının səndən qeyri bir kişi tanımamalarını istəyirsənsə, bu məsələyə diqqət yetir».
Qadın özünü Haqqın bəndəsi bilərək, özünü bəndə kimi aparmalıdır. O, həqiqi nemət sahibinin nemətləri üçün Ona şükür etməlidir. Bu şükrün başlıca yolu nemət sahibinin əzəmətini hiss edib, qiyamət gününə inanmaq, Onun bütün göstərişlərinə əməl etməkdir.
Çox təəssüflər olsun ki, bu gün dünyanın dörd bir yanında, bəzi qadınlar öz şəhvani istəklərini tam azad buraxaraq, keçmiş tariximizdə baş verməmiş azğınlıqlar törədirlər. Çox təəssüf hissi ilə deməliyəm ki, bu gün müsəlman ölkələrində yaşayan qadınlar da onları özlərinə örnək hesab edirlər.
İmam Əli (ə) qadınlar haqqında belə buyurur: «Gələcəkdə, qiyamətə yaxın ən pis dövrdə ən pis qadınlar peyda olacaq. Onların xüsusiyyətləri aşağıdakılardan ibarətdir: Hicabsız, lazımi örpəkdən uzaq, öz zinətlərini gözə soxan, dindən çıxmış, fitnəkar, sürətlə (şəhvani) ləzzətlərə tərəf can atan və Allahın haram buyurduqlarını halal hesab edən. Bu xüsusiyyətlərə malik olan qadınlar əbədi olaraq cəhənnəmdə qalacaqlar».