Allahın salamı və rəhməti üzərinizə olsun. İnşallah bu xəbərimdə Allahın izni ilə və Xanım Zəhranın (s.ə) razılığı ilə iffətin zinəti olan hicabın düzgün örtünmə qaydasını ətraflı izah etməyə çalışacam. Bu yolda yazıb, oxuyub və düzgün əməl etməyimiz üçün Muhəmməd (s) və onun pak-pakizə Əhli-Beytinə salavat zikr edək:
Əllahummə salli əla Muhəmməd və ali Muhəmmməd...
Bütün məxluqatın Xaliqi olan Allah, yalnız insanı yaratdıqdan sonra özünə Əhsənil-Xaliqin dedi, yəni ey insan səni xəlq edən Xaliqə əhsən olsun. Əgər Mütal Allah insanı bütün yaratdıqlarından seçib, ona dəyər verirsə, bəs görəsən Allahın şah əsəri olan insan özü-özünə necə dəyər verir? Bəs necə olur ki, bu uca varlıq özünü elə həddə çatdırır ki, Allah Quranın başqa bir ayəsində bəzi insanlar haqqında buyurur:
"Onlar heyvan kimidirlər, bəlkə də ondan da aşağıdırlar."
(Allaha pənah) Möminlərin Əmiri olan Əli (ə) buyurub:
"Ey insan sənin dəyərin Behişdir, özünü ucuz qiymətə satma."
Amma çox təssüflər olsun ki, bəzi xanımlarımız Allahın onların namusunu, iffətini, ismətini və həttta rahatlığını təmin etmək üçün buyurduğu hicab ayəsini (Nur surəsi: ayə 31) özləri üçün bir məhdudiyyət və çətinlik sayırlar. Əslində bu əmr biz xanımlar üçün bir ucalıq, rahatlıq və paklığı, qiymət və dəyərimizi qoruyub saxlamaq üçündür. Şükürlər olsun Allahımıza ki, bu əmri bizim üçün buyurub. Bu əmr tək qadının paklıqı üçün deyil, bütün nəslin - bütün bəşəriyyətin paklığı üçündür. Yenə də təəssüf olsun ki, bizim əqidəmizə bəzi yanlışlar qatan - bəzi məzhəblər yaradan xarici qüvvələr bizim müqəddəs olan hicabımızdan da yan keçməyiblər. Hicab qadın vücudunun, əzalarının örtülüb hiss olunmaması üçündür. Amma o xarici qüvvələrin fəalliyəti nəticəsində hicabı bir hala salıblar ki, hətta açıq - saçıq geyimli qadınlar belə bu dərəcədə naməhrəmləri bu dərəcədə cəzb etmilər. Əgər biz bu hicabı Allahın razılığını qazanmaq üçün örtürüksə, bu yanlış hicablardan uzaq olmalıyıq. Ancaq bunu da etiraf edək ki, bəzi xanımlar hicabın bu yanlış örtünmə qaydasını bilmədən səhvə və günaha düçar olurlar. Bütün bunları nəzərə alaraq müsəlman bacılarımıza kömək etmək üçün hicabın düzgün örtünmə qaydaların şəkillərlə və sözlərlə izah etməyə çalışacam.
Muhəmməd Peyğəmbər (s) buyurub:
"Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarından biridir". Ey qadın hər zəhərli oxu öz kamil hicabınla geri qaytar. Belə etsən həm özünü, həm də qarşındakını günahdan qorumuş olarsan.
Peyğəmbər (s) buyurub:
Qadınların öz başlarını dəvə beli kimi etdiklərini gördükdə onlara lənət göndər. Onlar lənətlənmişdir və namazları qəbul deyildir.
Göründüyü kimi hicabın altından saçı hündür yığmaq yanlışdır və belə etmək qadağandır. Əgər belə etsəz namazınız qəbul deyildir.
Bu şəkildəndə aydın olur ki, hicabda çənənin altı da örtülməlidir.
Bu şəkildən də düzgün hicabın quruluşu aydın oldu. Xanım Zəhra (s.ə) buyurub:
"Ən xeyirli qadın halalından başqasının diqqətini çəkəməyəcək şəkildə geyinəndir."
Allah hicabı qadınları kişilərin nəzərindən qorumaq üçün vacib edib. Nəzər çəkmək üçün yox.
Ayə və hədislərə əsasən evdən kənara çıxanda bəzənmək (kosmetikadan istifadə, geyimdə bəzək istifadəsi və s.) olmaz. Qadın "yoladakı" üçün yox "yoldaşı" üçün bəzənməlidir.
Hicabda çiyinlərin örtülməsi şərtdir. Bunu şərflə də etmək olar.
Bu gördükləriniz hicabın kamil qaydaları idi. Amma müctehidlərimizin rəyinə görə ən kamil hicab forması çadradır.
Xanım Zəhra (s.ə) öz əmanətini belə gülünc halda görsəydi çəkilib bir kənara hönkür-hönkür ağlardı. Əziz xanımlar, gəlin Xanım Zəhranı (s.ə) ağlatmayaq, əksinə öz kamil hicabımızla onu sevindirib özümüzdən razı salaq. Çünki Peyğəmbər (s) buyurmuşdur:
"Ey Fatimə, səni qəzəbləndirən məni qəzəbləndirmiş, məni qəzəbləndirən isə Allahı qəzəbləndirmişdir. Səni sevindirən məni sevindirmiş, məni sevindirən isə Allahı sevindirmişdir."
Qeyd: Bütün xəbərlərimi dəyişdirməmək şərti ilə hər kəsə paylaşmanızı halal edirəm. Yaxşı işlərə, hidayətə vəsilə olun...