HİCABIN MƏNFƏƏTLƏRİ..
Qadın özünü Haqqın bəndəsi bilərək, özünü bəndə kimi aparmalıdır. O, həqiqi nemət sahibinin nemətləri üçün Ona şükür etəlidir. Bu şükrün başlıca yolu nemət sahibinin əzəmətini hiss edib, qiyamət gününə inanmaq, Onun bütün göstərişlərinə əməl etməkdir. Yalnız bu yolla özünü, ailəsini, cəmiyyəti hicabsızlığın acı nəticələrindən qoruya bilər.
«Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən, onun yurdu cənnətdir.» (Naziat 40-41)
Çox təəssüflər olsun ki, bu gün dünyanın dörd bir yanında, bəzi qadınlar öz şəhvani istəklərini tam azad buraxaraq, keçmiş tariximizdə baş verməmiş azğınlıqlar törədirlər. Çox təəssüf hissi ilə deməliyəm ki, bu gün müsəlman ölkələrində yaşayan qadınlar da onları özlərinə örnək hesab edirlər.
Əli (ə) belə qadınlar haqqında buyurur: «Gələcəkdə, qiyamətə yaxın ən pis dövrdə ən pis qadınlar peyda olacaq. Onların xüsusiyyətləri aşağıdakılardan ibarətdir: Hicabsız, lazımi örpəkdən uzaq, öz zinətlərini gözə soxan, dindən çıxmış, fitnəkar, sürətlə (şəhvani) ləzzətlərə tərəf can atan və Allahın haram buyurduqlarını halal hesab edən. Bu xüsusiyyətlərə malik olan qadınlar əbədi olaraq cəhənnəmdə qalacaqlar.» (Vəsail c.14, səh.18)