Gözəllik baxılan şeydə deyil baxışdadı
+10
Müəllif:
miryaqub | 7-01-2014, 23:20 | Baxılıb: 2 103
Həzrət Zeynəb (ə) Kərbəla haqqında
Həzrət Zeynəb (ə) Kərbəla haqqında "mən yalnız gözəllik gördüm” buyurmuşdur. Bu gözəllik nədədir?
Ariflər "əzəmət baxılan şeydə yox, baxışdadır” deyirlər. Bəlkə, elə gözəllik də baxılan şeydə yox, insanın baxışındadır. Varlıq aləmini "gözəl nizam gözü” ilə seyr edənlər hər şeyi gözəl
görürlər. Həyata gözəlliyin gözü ilə baxmaq insanın qəlbinə rahatlıq
verir, onun ruhunu oxşayır.
İmam Hüseyn (ə) başına gələcək
işləri Allahın iradəsinə rəğmən özü və yoldaşları üçün xeyir hesab
edirdi. Çoxları üçün ağrılı görünən şəhadət haqq mücahidləri üçün isə
əsil gözəllikdir. Kərbəla insanın Allah yazısında razılığının təcəlla
zirvəsidir. İmam (ə) həyatının son anlarında Allahdan razılığını
bildirən sözlər zümzümə edir, bacısını da Allahdan razılığa çağırırdı.
Aşura gözəlliklərindən biri haqla batilin arasından xətt çəkilməsi idi.
Pislik yaxşılığa, batil haqqa qarışdığı vaxt yaxşılıq və haqq tədricən
gözdən itir. Həqiqəti qorumaq üçün onu zəlalətdən ayırmaq zəruridir.
İmam Hüseyn (ə) zülmətə bürünməkdə olan dövründə əlinə məşəl alıb, kimin
kim olduğunu çaşqın xalqa göstərdi.
Aşura göstərdi ki, əsl
qələbə hərbi qələbə yox, qanın qılınca qələbəsidir. İbrahim ibn Təlhə
Kərbəlaya işarə ilə kimin qalib gəldiyini soruşduqda, imam Səccad (ə)
belə cavab verir: "Namaz vaxtı azan və iqamə de, gör kim qalib gəlib.”
Bəli, əməvilərin cidd-cəhdlərinə baxmayaraq, azan və iqamədə "Əliyyən
vəliyyullah” sədaları ətrafa yayıldı və Kərbəla bu cinayətkar sülaləyə
lənət möhürünü vurdu.
Bəli, maskaların yırtılması gözəldir!
Aşiqin məşuqa qovuşması gözəldir! Bir sözlə Kərbəla gözəldir!
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.