BİRİNCİ HEKAYƏ
İBLİSİN DİKBAŞLIĞI
İblis (Şeytanların atası) əvvəllərdə) səma əhli ilə bir olub onların cərgəsində idi. O, altı min il Allaha ibadət etmişdi. Böyük Allah Həzrət Adəm (insanların atası) yaratdıqdan sonra insan xilqətinin əzəmətini qorumaq üçün bütün mələklərə və İblisə Adəmin qarşısında səcdə etmələrini əmr buyurdu. İblisdən başqa bütün göy əhli ona səcdə etdilər, lakin İblisi qürur tutdu. Şeytan öz əsl xilqətini xatırlamaqla özünü daha böyük bilib Adəmə dedi:
"Mən oddan yaranmışam, sən isə palçıq və gildən.”
Məhz elə bu təkəbbürlüyü Şeytanı Allah buyruğunu yerinə yetirməkdən saxladı, nəticədə bütün əməlləri puç və bəhrəsiz oldu. Həmçinin, Allah dərgahından qovularaq ordan uzaqladırıldı.
Möminlər ağası Həzrət Əli əleyhissalam bu barədə buyurur:
"İblisin dastanından nəsihət və ibrət alın. Belə ki, onun sonsuz ibadət və səyi (təkəbbürün nəticəsində) aradan getdi. O, altı min il Allaha ibadət etmişdi. Hələ də o illərin dünya ya axirət illərindən olması məlum deyil lakin bir saatlıq təkəbbür və qüruru onun bu illərdə etdiyi bütün ibadət və səylərini məhv edib boşa çıxartdı.”
Baxmayaraq ki, Şeytan da göy və ərş əhli idi, lakin Allah fərmanı yer və göy arasında eynidir. Bütün bəndələr Allah qarşısında bərabərdirlər. Ey Allahın bəndələri, bu Allah düşmənindən (yəni Şeytandan) özünüzü qoruyun!