» » "Quran işığında"


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
"Quran işığında"
+57
Müəllif: Yusifi Zehra | 3-07-2016, 18:22 | Baxılıb: 10 927
 İman gətirib yaxşı işlər görənləri (ağacların) altından çaylar axan cənnət guşələrində (Cənnətin yüksək məqamlarında) sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. (Yaxşı əməllər) edənlərin mükafatı necə də gözəldir! (əl-Ənkəbut, ayə-58)
 
 اعوذ بالله من الشیطان الرجیم
 بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
  Qovulmuş şeytanın şərrindən Allaha sığınıram.
 Bağışlayan və mehriban Allahın adı ilə..
 بسم الله الرحمن الرحيم  اللّـهُمَّ صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً ‏وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً.    
  Bismillahir-rahmanir-rahim. Allahummə salli ala Muhəmməd və ali Muhəmməd. Allahummə kun livəliyyikəl-Höccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis-saəti və fi kulli saəh, vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və əyna hətta tuskinəhu ərzəkə təvəa və tuməttiəhu fiha təvila. Birəhmətikə ya ərhəmər-rahimin.
Allahın salamı, nəzəri, mərhəməti üzərinizdə olsun bacı və qardaşlar! Ev sahibəsi qonağını gözlədiyi üçün evini təmizləyənlər kimi, biz də ruh və cismimizi günahlardan paklaşdıraraq və həqiqi intizar çəkərək Zəhra salamullahi əleyhanın Yusifi, Sahibəz-zaman (ə.f) ağanın zuhurunun təcili olması üşün çalışaq. Hamımızın bildiyi kimi bizim Rəbbimiz mehriban, kəramətli və səxavətli olduğuna görə bəşəriyyətin nicat tapmağı üçün namaz qılmaq, oruc tutmaq və sair ibadətləri qərar vermişdir. Allah-təalanın inayət etdiyi daha böyük lütfü, Həzrət Peyğəmbər (s) və məsum İmamlar (ə) kimi səfirlərini yer üzünə göndərməsindən ibarətdir. Onlar bu dünyaya gələrək dünyada öz yaşayış tərzini öyrədir və habelə biz günahkarlar bu İlahi, əziz şəxslərin vasitəsi ilə öz hacətlərimizə nail oluruq. Bu müqəddəs varlıqlar elə böyük məhəbbət, güzəşt və mehribançılıqla yaradılmışlar ki, Qiyamət günündə öz şəfaətlərini bir çoxlarının Cəhənnəm əzabından nicat tapmasına səbəb olacaqlar. İlahi, biz vilayət nemətinə görə Sənin şükrünü necə yeriə yetirək? Sənin Allahlığına and olsun ki, dilimiz (şükr etməkdən) qüsurludur və lütflər Sənin hesabsız kərəmindəndir. Biz bəndələr Sənin kimi xaliqlə fəxr edirik. Xudavənda! Ömrümüz boyu Sənin hər bir nemətin qarşısında nankorluq etmiş, Sənin Peyğəmbərlərinin və pak huccətlərinin qədrini bilməmişik. Sənin (yaratdığını) yer üzərində yamamış, ruzini yemiş, və bütün nemətlərdən istifadə etmişik. Amma sənə təşəkkür etmək əvəzinə nəfs və şeytan əsiri olmuşuq. Belə ki, bizə insaniyyət və kəmal ardınca olmaq göstərişi və axirət azuqəsi fikrində olun deyə göstəriş verdikdə, bütün varlığımız dünya və nəfsani istəklər olmuşdur. İlahi! Öz vəfasızlıqlarımızdan nə deyək? Xudavənda! Bu əməllərimizlə Sənin ədalət məhkəməndə necə duraq? İlahi, Sənin Peyğəmbərin (s) dünyadan getdikdə təxminən yeddi milyonadək müsəlman var idi. Amma bu bəndələrin üç ay keçməmiş bir dəstə dünyapərəst cani Həzrətin qızını və canişini Həzrət Əli (ə)-ın qapısını məqam sevgisinə görə yandırdılar. Pərvərdigara! O vaxt Sənin yer üzündə olan canişinin müdafiə etmək üçün şükr edən bəndələrin harada idilər? Sənin, yeganə xaliqin öz canişinin boynuna bir dəstə insana oxşar şeytanlar tərəfindən kəndir atılıb (çəkildikdə), Sənin necə səbrin var idi? İtaətini bütün cinlər, insanlar hətta Peyğəmbərin (s) və yer üzündə mövcud olan bütün varlıqlara vacib etdiyin pak və məsum qadının (Həzrət Fatimə salamullahi əleyhanın) necə döyülməsini gördünmü? Başqa canişinin olan İmam Həsən Müctəba (ə)-ın ciyərini tikə-tikə edib o biri höccətinin başını nizəyə taxdılar. Həmçinin o birini uzun illər boyu zindanın bir küncündə əsir edərək, hər birini zəhərlə şəhid etdilər. Bu pak gövhərlərin tərəfdarları harada idilər? Vilayət nemətinin şükrünü necə yerinə yetirdilər? Ey dünya! Sənə və vəfasızlığına ar olsun! Mömin və möminələr, gəlin nə qədər zəmanəmizin İmamının (ə.f)  fikrində olmağımızı düşünək. Görəsən nə vaxtadək o Həzrətin hüzurunda günaha bataraq bir şiə adı ilə o Həzrətin zinəti olmaq əvəzinə, (nalayiq) əməllərimizdən Həzrətin pak qəlbini ağrıdacağıq? Sonuncu İlahi höccətin (ə.f) ata-babaları mehriban və güzəştə gedən olduğu üçün bizə nifrin etmək əvəzinə dua edir. Sizi Allaha and verirəm ki, görəsən sübhdən axşamadək bizim fikrimizi çəkən o vilayətin pak gövhərindən bizim günahların qəflətində olması insafdırmı?... Ya İmam Zaman! Biz bilirik ki, Sənin qeybə çəkilməyin bizim özümüzdəndir. Necə ki, özün buyurdun:
"Əgər bizim işlərimiz (Allah-təala onları itaətdə müvəffəq etsin), öz əhdi-peymanlarına vəfalı olsaydı, bizim onlarla görüş səadəti təxirə düşməz və tezliklə onlara nəsib olardı. (Bu görüş) bizə qarşı kamil və düzgün mərifət ilə həyata keçərdi. Bizi onlardan uzaq saxlayan, yalnız bizim bəyənmədiyimiz və onlar üçün xoşlamadığımız əməllərindən ibarətdir."    
Gəlin, hamılıqla öz (şəxsi) işlərimizi kənara qoyaraq, yalnız Sahibəz-zaman əleyhissalamın fərəc və zuhuru üçün çalışaq. Məhz, məqaləni hazırlamaqda niyyət və fikrimiz, Qurani-kərim kitabımızı əlimizə almaq və rəqəm sayısı ilə cüz paylayıb, qrup halında oxuduğumuz Quranla, İmam Zaman (ə.f) ağanın zuhurunu təcili etməkdir. İmamın (ə.f) əli ilə ağlar gözləri silmək, sahibsiz qalacaqsa da ailələrin sahibsiz qalmamasını, xoşbəxt və gün-güzəran içində görməkdir fikrimiz.  Hamımızın bildiyi kimi əl tutmaq Əlidən (ə) qalıb. Ola bilər ki, maddi və uzaqlıq baxımından əlacsız insanlar üçün nəsə etmək əlimizdən gəlməz.. Amma bu əməl vasitəsi ilə onların istəklərini İmamın (ə.f) sayəsində bərpa edə bilərik. Ümidvarıq inşəAllah, Allahu-Təala müsəlmanlara ilahi vəhdəti nəsib edib ilahi zəfəri tezləşdirəcəkdir. Necə ki, Qurani-Kərim möminlərin qəlbinə nur saçaraq onlara müjdə verir.
"Allahdan köməklik və yaxşı bir qələbə sizi gözləyir. Möminlərə bunu müjdə ver". (Səff surəsi 13-cü ayə.)
"Quran işığında"  bu müjdələrin reallaşması və ilahi xilaskar olan imami Məhdi (ə.f)-ın zühurunun tezləşməsi üçün möminlərə Qadir Allahın bir lütfüdür. Bu xəzinədən zinətlənmək üçün mütləq bu xəzinənin xəzinədarı olan Peyğəmbər və pak Əhli-beytinin ətəyindən tutmaq, yəni Quranın işarə etdiyi "Ürvətül-vüsqa"-ya (Qırılmaz dəstək) sarılmaq lazımdır.
Cümə günü, zəmanəsinin İmamının (ə.f) zühur edəcəyini həsrətlə gözləyən bütün mömin və möminələri, İmam Zaman ağanın (ə.f) zühuruna həsr olunan "Quran işığında" qrupumuza dəvət edirik. Qrupa qatılmaq istəyənlər, şərhlərdə xəbərdarlıq bildirərsiniz İnşAllah.. 
Ya Rəbbəl Huseyni bihəqqil Hüseyni işfi-sədril Huseyni bi zuhuril Huccət. 
 
 Ey Huseynin Rəbbi, Huseynə xatir, Höccətin (12 ci İmamın) zuhuruna kimi Huseynin qəlbinə şəfa ver.
"Quran işığında" 1-ci qrupun üzvləri:
 
ƏLİNİN NÖKƏRİ, Alemdar, RuQeYyA, Allahin-Asiqi, Fatimə Nuri Xuda, Şahin, yahuseyn, Ya Zehra, Ali Ragimov, firengiz. Huseynci Medine, islam awiqi.
 
 "Quran işığında" 2-ci qrupun üzvləri:
Admin, Ruqeyye Zehra, Mehemmed, Aşiqi Rüqəyya, Allahin-Asiqi, Şahin, islam awiqi, Fatimə Nuri Xuda, RuQeYyA, ƏLİNİN NÖKƏRİ,
"Quran işığında" _1-ci qrup üzvləri üçün cüzlər paylanıldı_
 ƏLİNİN NÖKƏRİ - Cüz - 1, 2, 3 (+)
Alemdar - cüz- 4, 5, 6 (+)
RuQeYyA - cüz - 7, 8, 9 (+)
 Allahin-Asiqi - cüz - 10, 11, 12 (+)
 Şahin - cüz - 13, 14, 15 (+)
 Ya Zehra - cüz - 16, 17, 18 (+)
 Ali Ragimov- cüz - 19, 20, 21 (+)
 Fatimə Nuri Xuda - cüz - 22, 23 (+)
 firengiz - cüz - 25, 26, 27 (+)
islam awiqi - cüz - 24, 30. (+)
 Yusifi Zəhra - cüz -  28, 29, (+)
---------------------------------------------------------------
 
"Quran işığında" _2-ci qrup üzvləri üçün cüzlər paylanıldı_
 
2-ci qrupumuzda belə fərqlilik oldu. Belə ki, qrupumuzda 12 üzv var. İki dəstəyə ayrılmaqla 2 Quran bitirmək imkanımız olacaq, İnşAllah. Adınızın qarşısında cüzlərə nəzər edin. Hər 3 Quranı oxuduqdan sonra şərhdə xəbərdar etməyi unutmayın. Allah əcrinizi versin! 
 
"Quran işığında" 2-ci Quran oxuyucuları üçün cüzlər:
 Admin, 1, 2, 3, 4, 5, 6 (+)
Allahin-Asiqi - 7, 8, 9, 10, 11, 12 (+)
Mehemmed - 13, 14, 15, 16, 17, 18 (+)
Ruqeyye Zehra -  19, 20, 21, 22, 23, 24 (+)
Fatimə Nuri Xuda - 29, 30 (+)
Yusifi Zəhra - 25, 26, 27, 28, (+)
"Quran işığında" 3-cü Quran oxuyucuları üçün cüzlər:
Şahin - 1, 2, 3, 4, 5, (+)
islam awiqi - 6, 7, 8, 9, 10 (+)
ƏLİNİN NÖKƏRİ - 11, 12, 13, 14, 15 (+)
Aşiqi Rüqəyya -16, 17, 18, 19, 20 (+)
RuQeYyA - 21, 22, 23, 24, 25 (+)
Yusifi Zəhra - 26, 27, 28, 29, 30. (+)
 
Vacib səcdələri yerinə yetirməyi unutmayın İnşAllah..
__________________________________________________________ 
1. Surə 32, "Səcdə”, ayə 15;
2. Surə 41, "Fussilət” ayə 37;
3. Surə 53, "Nəcm”, ayə 62;
4. Surə 96, "Ələq”, ayə 19
  
Vacib səcdələrdə deyilən zikir.
 
 "La İlahə İlləllahu həqqən həqqa. La İlahə İlləllahu imanən və təsdiqa. La İlahə İlləllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya Rəbbi! Təəbbüdən və riqqa. La müstənkifən və la müstəkbirən, bəl ənə əbdün, zəlilun, zəifun, xaifun, müstəcirun!”
Quran tapşırma vagirəsi
Əllahu əkbər, Əllahu əkbər, la ilahə illəllah, vəllahu əkbər, Əlahu əkbər və lilləhil həmd.

Quran tapşırma surələri
Nəsr surəsi
 بسم الله الرحمن الرحيم
إِذَا جَاء نَصْرُ اللَّهِ وَالْفَتْحُ (1) وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجاً (2) فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّاباً
 
Bismillahir-rəhmanir-rəhim.İza caə nəsrullahi vəl-fəth.Vərəəytən-nasə yədxulunə fi dinillahi əfvaca.
 Fəsəbbih bihəmdi Rəbbikə vəstəğfirhu innəhu kanə təvvaba.
Məsəd surəsi

بسم الله الرحمن الرحيم
تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ (1) مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ (2) سَيَصْلَى نَاراً ذَاتَ لَهَبٍ (3) وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ (4) فِي جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍ
(5)

Bismillahir-rəhmanir-rahim.Təbbət yəda əbi ləhəbin vətəb. Ma əğna ənhu ma luhu vəma kəsəb.Səyəsla narən zatə ləhəbin vəmrə ətuhu həmmalətəl hətəb.Ficidiha həblun min məsəd.
İxlas surəsi

بسم الله الرحمن الرحيم
قُلْ هُوَ اللَّهُ أَحَدٌ (1) اللَّهُ الصَّمَدُ (2) لَمْ يَلِدْ وَلَمْ يُولَدْ (3) وَلَمْ يَكُن لَّهُ كُفُواً أَحَدٌ
(4)
 
 Bismillahir-rahmanir-rahim.Qul huvəllahu əhəd.Əllahus-səməd.Ləm yəlid və ləm yuləd.Və ləm yəkun ləhu kufuvən əhəd.
Fələq surəsi

بسم الله الرحمن الرحيم
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ (1) مِن شَرِّ مَا خَلَقَ (2) وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ (3) وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ (4) وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ
(5) 
Bismillahir-rəhmanir-rəhim.Qul ə'uzu birəbbil fələq min şərri ma xələq.Və min şərri ğasiqin iza vəqəb.Və min şərrin nəffasati fil uqəd.Və min şərri hasidin iza həsəd.
Nas surəsi
بسم الله الرحمن الرحيم
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ (1) مَلِكِ النَّاسِ (2) إِلَهِ النَّاسِ (3) مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ (4) الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ (5) مِنَ الْجِنَّةِ وَالنَّاسِ
(6)
Qul ə'uzu birəbbin nas.Məlikin nas.İlahin nas. Min şərril vəsvasil xənnas.Əlləzi yuvəsvisu fi sudurin nas.Minəl cinnəti vən nas.
Fatihə surəsi
بسم الله الرحمن الرحيم (1)
 الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ (2) الرَّحْمـنِ الرَّحِيمِ (3) مَالِكِ يَوْمِ الدِّينِ (4) إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ (5) اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ (6) صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ
(7)
Bismillahir-rəhmanir-rəhim.Əlhəmdu lillahi Rəbbil aləmin.Ərrəhmanir-rəhim.Maliki yəvmiddin.İyyakə nə'budu və iyyakə nəstəin.İhdinəs-siratəl mustəqim.Siratəl-ləzinə ən əmtə ələyhim ğəyril məğzubi ələyhim vələzzallin.
Bəqərə surəsinin ilk 5 ayəsi.
 الم (1) ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ (2) الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ (3) والَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ(4) أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ
(5)
Bismillahir-rəhmanir-rəhim.
Əlif lam mim. Zalikəl kitabu la rəybə fihi hudən lil muttəqinə. Əlləzinə yu'minunə bilğəybi və yuqimunəs-səlatə və mimma rəzəqnahum yunfiqunə. Vəl-ləznə yu'minunə bima unzilə iləykə və ma unzilə min qəblikə vəbil axirəti hum yuqinunə. Ulaikə əla hudən min Rəbbihim və ulaikə humul muflihun. Subhanə Rəbbikə Rəbbil izzəti əmma yəsifunə. Və səlamun ələl mursəlinə. Vəlhəmdu lillahi Rəbbil aləminə.
 Ərrəhman surəsinin vagirəsi
La bişəyin min alai Rəbbina nukəzzib, fələkəl həmd.
 
Quran xətminin duası 
Əllahummə nəvvir qulubəna binuril Quran. Və kəffir ənnə səyyiatina biizzətil Quran. Vəşfi mərzana biayətil Quran. Və səllim əhyana bihurmətil Quran. Əllahumməcəlil Quranə ləna fid dunya rahətən və fil qəbri munisən və fis siratə cəvaza. Və minən nari sitrən və hicaba. Əllahummə bəlliğ və əvsil ma qərənahu min kitabikəl kərim və ayətikəl əzim. Hədiyyətən minna vasilətən ləkə ila Muhəmmədinil Mustəfa səlləllahu ələyhi və alihi və səlləm. Və Əliyyinil Murtəza ələyhissəlam. Və Fatimətəz Zəhra səyyidəti nisail aləminə ələyha səlam. Vəl Həsənil Muctəba ələyhissəlam. Vəl Husəyniş şəhidi bi Kərbəla ələyhissəlam. Və baqi əimmətil huda salavatullahi ələyhim əcməin. Və ila ərvahil mərhuminəl məğfurinəl məlumin. Bihəqqi nəbiyyina və alihit tahirin. Və bihurmətil mubarəkətil fatihəti məəs sələvat.
  Yasin surəsi
Tilavət
İlahi! Binəbiyyin, ərəbiyyin və Rəsulin mədəniyy. Və əxihi əsədəllahu musəmmən bi Əliyy. Və bi Zəhraə Bətulin və bi ummin vələdətha. Və bisibtəyhi və şibləyhi huma nəcluz-zəki. Və bi-Səccadi və bil-Baqiri vəs-Sadiqi həqqa. Və bi-Musa və Əliyyin və Təqiyyin və Nəqiyy. Və bizil-Əsğəriy, vəl Huccətil-Qaimi bil həqq. Əlləzi yəzribu bissəyfi bihukmi əzəliyy. Və ələyhim və nəharin və ğədatin və əşiyy. Əcibilanə duana və tərəhhəm huzərana. Vəqzi hacati lənəl kullə İlahi binəbiyy. Və təqəbbəl bi qəbulin Həsənin, Rəbbi duana. Binəbiyyin və Əliyyin və Vəliyyin və vəsiy. Və səlli əla cəmi'il-ənbiya'i vəl mursəlin. Vəl-həmdu lillahi Rəbbil-aləmin. Surətul Fatihəti məəs səlavat...
 
Allah qəbul etsin.
 
 
Bölmə: Digər
Şərhlər: 48
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: firengiz | Status: İstifadəçi Offline | 9 Nisan 2016 21:34 | İstifadəçi | Şərh yazdı
BISMILLAHIR-RƏHMANİR-RƏHİM.MƏN CÜZLƏRİ GÖTÜRDÜM VƏ BAŞLADIM.MƏNƏ 25-26-27 CÜZLƏR DÜŞÜB.BU CÜZLƏR  QURANIN 482-Cİ SƏHİFƏSİNDƏN 541-Cİ SƏHİFƏSİNƏ QƏDƏR EDİR.MƏN DÜZMU GÖTURMÜŞƏM? MÜMKÜNSƏ AYDINLIQ GƏTİRƏRDİZ.BÖYÜK ALLAHIMIZ QƏBUL QƏRAR VERSİN İNŞAALLAH...ALLAH SİZDƏN RAZI OLSİN BACIM AMİN.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 9 Nisan 2016 14:06 | Redaktor | Şərh yazdı
SALAMUN ELEYKUM BACIM COX GOZEL IŞƏ VESILE OLMUSAN ALLAH BU IŞININ EVEZINDE SENI KERBELAYA ZEVVAR ELESIN MEHDI E ESGERLERINDEN OLASAN. BACIM UZURLU SAY GEC ŞəRH YAZDIM MENIDE QURUPA ELAVE ET

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 9 Nisan 2016 00:28 | Sayt nəzarətçisi | Şərh yazdı
Salamun Alleykum bacım Allah sizden razı olsun savab emeliniz inwallah imamZaman(ef) huzurunda oxunar Amin mubarek olsun quranımız cox seviniremki Allah bize bu xowbextliyi nesib etdi wukur Rebbime bizde bu qurupda varıq sevincimin heddi huddudu yoxdur bilmirem niye ele biliremki her wey ilahidendir ve bize bu iw hevale olundu goyde Allahıma yerde size tewekkur edirem Allah qebul etsin Allahın izni ile kamil wekilde quranımızı oxuyub tehfil vererik cox sag olun butun savablar hediyyeniz olsun imam komeyiniz olsun inwallah bizim bu xeyrli emelimizi imam mukafatlandırar Allah qebul eder Amin Allah imamin zuhurun tecil etsin Amin Amin Amin men oz cuzlerimi qebul etdim bawım gozum uste 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: firengiz | Status: İstifadəçi Offline | 8 Nisan 2016 22:26 | İstifadəçi | Şərh yazdı
BISMILLAHIR-RƏHMANİR-RƏHİM.ALLAHU ƏKBƏR...ALLAH QƏBUL ETSİN.AMİN İNŞAALLAH.MƏNİ DƏ BU QRUPA QƏBUL ETMƏNİZİ VƏ MƏNƏ DÜŞƏN CUZİ MƏNƏ VERMƏNİZİ XAHİŞ EDİRƏM.ALLAH RAZI OLSUN.AMİN...ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM...

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Şahin | Status: İstifadəçi Offline | 8 Nisan 2016 17:32 | İstifadəçi | Şərh yazdı
ALLAH qebul elesin inwALLAH

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 8 Nisan 2016 16:06 | Administrator | Şərh yazdı
Allahın salamı və rəhməti üzərinizə olsun. Əvvəlcədən hər birinizə dərin təşəkkürümü bildirirəmm. Sizlərin sayəsində ən əsası 
Quranın işarə etdiyi "Ürvətül-vüsqa"-ya (Qırılmaz dəstəyinizin) sayəsində, inşAllah Allahın izni ilə saytda ilk Quranımızı başlayacağıq. Xeyirlisi olsun. 
İnşAllah bu axşam həmin xəbərdə cüzlər qrup üzvlərinin adlarının qarşısında paylanılacaq. Asand olsun deyə hər bir cüzü istəyən hər bir mübarək 3 ayda oxuya bilər və Ramazan ayının bitməsinə 1 həftə qalmış bitirsək yaxşı olar İnşAllah. Qrup 10 nəfərdən ibarət olaraq hazırdır. İnşAlllah ki, hər bir nəfərə 3 cüz düşür  və beləliklə 30 cüzü oxumuş olacağıq Allahın izni ilə. İnşAllah vacib səcdələri yerinə yetirməyi unutmayın. Zəhmət olmasa cüzlərinizi götürəndə və oxuyub bitirəndən sonra burda İmamın (ə.f) zuhuru üçün oxuduğumuza görə tilavət oxunacaq amma (yəni dünyasını dəyişən birisi deyil deyə tək qadın tək kişi və yaxud cəm kişi və qadın hissəsi oxunamayacaq) Qurani-kərimi oxuduqdan sonra hamımızın bildiyi kimi oxunacaq surələr olur və onlarda qeyd olunacaq xəbərə İnşAllah, onu da oxuyarıq ki, oxuduğumuz kamil olsun və xəbərdar edərsiz İnşAlllah cüzləri götürdüm və cüzlərdən sonra oxunmalı olan tapşırmada oxunuldu. Sonda qrupa qatılmayan və ərəb dilini bilməyənlər də tapşırmaya qoşula bilərlər.. Hər birimizin səvabına yazılsın İnşAllah. Quran oxumaqla birlikdə qrup üzvləri və ərəb dilini bilməyənlər "Fərəc" "Əhd" "Nüdbə" Ali yasin" və İmamın (ə.f) zuhuruna səbəb olan duaları oxumağı unutmayın İnşAllah. Allah sizlərə yar olsun. Nəzəri üzərinizdə olsun İnşAllah. Möminlər Ağamızın (ə.f) 313 əsgərindən biri, bacılarımız isə 50 qadından biri olsun. Təki oxunan Qurani-kərim kitabımızla Allah İmamın (ə.f) zuhuru ilə səbəbə salsın və ən əsası əməl edənlərdən ola bilək, amin İnşAllah....

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Şahin | Status: İstifadəçi Offline | 8 Nisan 2016 15:41 | İstifadəçi | Şərh yazdı
Allahin Salami olsun sizlere. qrup rehberliyine teklif etmey istirem. InwALLAH sabahdan Receb ayi daxilo olur. bu gunden bolusdurseydiz cuzleri baslayardiq ALLAHin izniyle. diyesen heleki 10 nefer var/ 10 cuz bolusdursey sonra teze gelende soraki cuzleri vermey olar yada gelen olmasada ozumuz oxuyariq ardinida InwALLAH. her halda meslehet sizindi . ALLAH qebul elesin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 8 Nisan 2016 11:29 | Sayt nəzarətçisi | Şərh yazdı
ALEYKUM SALAM ALLAH RAZI OLSUN BELI ADIMI QRUPA YAZIN SEXSIYE YAZDIM GETMEDI BELI EREB HERIFLERIN TANIYIRAM AMMA YAXSI OXUYA BILMIREM SAYENIZDE INSAALLAH OYRENEREM COX CETINDIR AMMA ALLAH KOMEY OLACAQ INSAALLAH
ALLAH AGAMA XATIR BUTUN HACETLERINIZI REVA ELESIN BACI ALLAH KOMEYINIZ OLSUN
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 7 Nisan 2016 18:26 | Sayt nəzarətçisi | Şərh yazdı
ALLAHIN SALAM SALAVATI UZERINIZE OLSUN XAHIS EDIREM MENI DE BU QRUPA YAZASIZ SAYENIZDE INSAALLAH OYRENERIK EHD DUASIN EZBERDEN BILIREM HER GUN SUBH NAMAZINDAN SONRA OXUYURAM QURANIN KICIK SURELERININ HAMISINI EZBERDEN BILIREM INSAALLAH KI QURANI KERIMDEN DE OXUMAGI OYRENEREM DUZUN DESEM HERIFLERI TANIYIRAM AMMA COX CETINDIR HER BIR HERF NECE FORMADA YAZILIR INSAALLAH QAIMI MUNTEZER OZU NEZER EYLESIN ALLAH ZUHURUN TECILI ETSIN AMIN INSAALLAH
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 6 Nisan 2016 20:25 | Sayt nəzarətçisi | Şərh yazdı
Salamun Alleykum ikinci defe werh yazmagımın sebebi Gul bacımızın tovsiyesidir yazdıgı werhi oxudum cox tesirlendim ve oz nesibimi aldım cunki mende quran oxuya bilmirem yalan danıwmagı sevmediyim ucun duzunu deyirem ama herifleri bilirem quran oxumaga kecende dersi diyandırmıwam ve inwallah Allahın izni ile davam etdirecem halhazırada oxuyuram ve dersden sonra iwleyirem hem oxudugum yer hem iwlediyim yer cox cetindir beynim yuklenib demirem her iwe vaxt tapıram Allahın kelamın sona saxlamıwam estegfurullah Allahdan arzu edirem tez zamanda menede quran oxumagı nesib etsin Amin istemedim bu savabdan binesib olaq men serbest oxuya bilmesemde istedim bacım oxusun inwallah tez bir zamanda tetilde  quran dersime davam edecem Allah butun ureyinde Quran ewqi olanlara onu kamil wekilde oxumagı nesib etsin Amin bezi vaxtlar bir nesihet boyuk savaba sebeb olur inwallah qelblerimiz Quran nuru ile aydınlasın, agamın zuhuru tecill olsun Amin.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Fatimə Nuri Xuda | Status: İstifadəçi Offline | 6 Nisan 2016 19:04 | Administrator | Şərh yazdı
Xeyirli olsun inşəllah bacım... Əllərin atəş görməsin. Amin..
Allahın izn və istəyilə imamımızın (ə.f) zühurunu təcili edərik inşəllah. Amin, amin... Allah müvəffəq etsin hər kəsi. Qurani-Kərimi hər kəs ərəbcə oxuya bilmir, amma mömin və möminə gərək çalışıb Quranı ərəbcə oxumağa nail olsun. Çünki namazın sözləri ərəbcədir. Əgər kimsə imkanı olub da ərəbcə oxumağı öyrənmirsə və namazda qiraəti düzgün deməyi bacarmırsa, namazı batildir. (Əgər bu iş qasir cahillik və ya imkansızlıq baxımından deyilsə)
Çalışaq ərəbcə oxumağı öyrənək. Çünki Quran oxumaq Allahın bəndələrinə olan lütfüdür. O İlahi kitabda nur var. Nur da ki, nə nur... Çoxumuz saatlarla telefonla məşğul oluruq. Görən telefonın hansı funksiyası Qiyamətdə bizə şəfaət edəcək. Amma Qurani Kərimin məs: Ərrahmən surəsi insan qiyafəsində onu çox oxuyanlara şəfaət edəcək inşəllah.
Tövsiyə edirəm Quran oxumağı öyrənin inşəllah. Məsciddə nəinki Quranı oxumağı hətta ərəbcə danışmağı da öyrədirlər - Allah yar olsun ki, belə bir işə əl qoyurlar. Ola bilər xanımlar gedib öyrənə bilməsin, amma o demək deyil ki, öyrənmək üçün başqa vasitə yoxdur. Kim öyrənməkdə çətinlik çəkir: inşəllah ki, saytda bilən hər kəs yardım etməyə hazırdır Allahın razılığı ilə... İki aya Qurani-Kərimi üzünə tam oxumağı əldə etmək olur...
Bir daha çox sağ ol edirəm bacı. Allaha savabına yazsın, əcr versin. Amin.
Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd və əccil fəracəhum ya Mehdi. 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ya Zehra | Status: İstifadəçi Offline | 6 Nisan 2016 14:04 | İstifadəçi | Şərh yazdı
Salam bacım , cox gözel ki bu qurupu yaratmısız, men de bu qurupa qoşulmaq isteyirem . Allah sizlerden razı olsun , hamılıqla oxunan quran cox gözeldi, in şe Allah başlayarıq birlikde.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 5 Nisan 2016 21:13 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun bacim ne gozel teskil etmisiz ,mende cox boyuk memuniyyetle qurupa yazilmaq isderdim ,buyurun menede yol gorsedin in se Allah ,bacarsam cox sevinerem .

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Şahin | Status: İstifadəçi Offline | 5 Nisan 2016 12:35 | İstifadəçi | Şərh yazdı
Salamlar Allahin salami olsun sizlere. zehmet olmasa menide elave edin qrupa. birde xahiw edirem mende saytin sehifesi yaxsi acilmir ona gore mene aid olan isleri mene wexsi sms vasitesile yazsansiz wad olaram/

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 1 Nisan 2016 23:33 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun bacı. Mən neçə gün idi fikirləşirdim belə bir əməli təkliflər bölməsinə yazacaq idim çox yaxşı edib hazırlamısan.  Mən Vəhid Xorasani Ağanın bu haqda mozəsinə qulaq asmışam o hədislərlə dedi Hər kim Quran oxuyub ağaya (ə.f)  hədiyyə etsə onun mükafatı iki dünyada da İmamı ilə bir yerdə olar.  Mən sizə uğurlar arzulayıram amma bu qurupa qoşula bilməyəcəm çünki Xorasani Ağanın o mozəsindən sonra qərara gəldim özüm Quran başlayım Ağama hədiyyə edim. Bu səbəbdən qoşula bilməyəcəm.  Allah əcrinizi versin mükafatınızı Ağam (ə.f) özü versin Amin 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 1 Nisan 2016 23:16 | İstifadəçi | Şərh yazdı
menide qurupa daxil etseniz cox sevinerem bacardiqim qeder FEREC duasini EHD duasini oxuyuram inwAllah hansi cuzu desez onuda oxuyaram Allahin komekliyiyle butun qurp uzvulerine uqurlar arzulayiram kaw butun emellerimiz Aqamizin zuhuruna yardim etsin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 1 Nisan 2016 21:55 | Sayt nəzarətçisi | Şərh yazdı
Salamun Alleykum bacım bu ne gozellikdir yaratmısınız cox sevindim bu ideyanızın tayı beraberi yoxdur urekden beyendim bilirsiz ne duwundum Allah izin vermeseydi imam istemeseydi siz hec zaman bunu duwune bilmezdiniz aglınıza gelmezdi bu İlahinin size bexw etdiyi bir lutfdur Ehsen olsun momine bacıma tewekkur edirem Allah size imamın zuhurunu gormeyi nesib etsin yox eger imam siz yawıyan dovurde zuhur etmese onda onun zuhuru zamanı Allah sizi qebr evinden qaldırıb imamın uzunu gormeyde onun nokeri esgeri olmagı size nesib etsin Amin duayi fereci,ehd duasını,nudbe duasını ,ali-yasini Allah size Cemkeranda ,Samirrada ,Kebede oxumagı nesib etsin Amin bu menim size olan dualarım idi Allahda tezlikle mukafatınızı verer Amin .................               Bacı men quran oxuya bilmirem ama bacım tecvidle qaydasında oxuyur menim adımı elave edin cuzlerin deyersiz yeni necenci cuz duwse Allahın izni ile oxuyur inwallah meni xeberdar edin bilim  ama imama aid olan duaları her gun oxuyuruq Allah qebul etsin derecesine yetirsin inwallah qurup uzvulerinin sayı artar Amin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: ƏLİNİN NÖKƏRİ | Status: İstifadəçi Offline | 1 Nisan 2016 12:26 | İstifadəçi | Şərh yazdı
Allah isimizi avand etsin qrupa qatilmaq isteyirem mene yol gosterin bu gun cume gunudur aqamizin zuhuru ucun oxunan duani oxudum quran da oxudum sonra?
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.