İmam Hüseyn(ə.s) öz körpə balasını meydana gətirib yezid qoşununa dedi:
انظروا كيف يتلظّى عطشاً [Unzuruu, keyfə yətələzzaa ətaşəə]
Baxın görün, mənim bu balam susuzluqdan necə od tutub yanır...
İmam Hüseynin(ə.s) buyurduğu bu cümlənin şərhi: Bu cümlədəki "يتلظى" [yətələzza] "od tutub yanır" sözünün mə'nası haqqında bu cür şərh yazıblar:
Əgər bir balığı sudan çıxarıb quruya qoysan, o balıq 3 hala düşər: Birincisi budur ki, bu balıq atılıb düşər, İkincisi budur ki, bu balığın atılıb düşməyi bitəndən sonra başlayar titrəməyə, Üçüncüsü də budur ki, bu balıq yalnız ağzını açıb yumar və başını qaldırar yuxarıya.
Birinci və ikinci halda balığı suya atsan, balıq dirilər, amma üçüncü halda isə o balığı suya atsan da, balıq daha dirilməz.
Ərəb dilində "يتلظى" [yətələzzaa] sözü bu üç haldan üçüncüsünə deyilir.
Yə'ni, İmam Hüseyn(ə.s) yezidin qoşununa demək istəyirdi ki, bu susuzluqdan yanan balama suyu verəsiz, ya verməyəsiz, daha xeyri yoxdur, onsuz da balam öləcək. Amma gəlin, su verin ki, bu balam susuz dünyadan getməsin...