Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ey aciz ürəyim, apar məni...
Ey aciz ürəyim, apar məni Aşiqlərin məkanına.
Ey ayaqlarım, nə olar məni Ağama tərəf aparın.
Əgər aparmayacaqsa bu ayaqlarım, buraxsınlar məni.
Ey Mövlacan, sənə tərəf gəlməyəcəklərsə, bu aciz ayaqları neyləsin bu aşiqin?!
Ruhum, məni Eşqinə gətirməyəcəksə, niyə hələ də məndədir bu bədən?!
Bu aciz və bir kəpənək kimi olan bu ürəyim.
Sənə uçmayacaqsa bu qısa ömrümdə.
24 saat deyil də, bir saniyə belə yaşamasın bu bədəndə.
Ey quşlar, eşidin fəryadımı. Məni də alın qanadınıza, uçurun Aşiqlərin yurduna.
Raziyam! İsti qumlarda Zeynəb (s.ə) kimi getmək istəyir ayaqlarım.
Zeynəb (s.ə) anam ürəyindəki atəşindən hiss edərdimi ayağını yandıran isti qumları?
Onun ən böyük atəşi düz ürəyində yanmaqdaydı.
Eşidin səsimi! Ey Aşiq karvanı! Məni də qurtuluş karvanına mindirin.
Zeynəb (s.ə) kimi getsin ayaqlarım isti yollarda.
Həsrətim olsun, Rüqəyyə kimi eşqinə həsrətindən parçalansın ürəyim.
Su verməyin mənə, parçalansın dodaqlarım Zeynəbin ürəyi kimi.
Axsın dodaqlarımdan qan, axsın Hüseyn kimi qanım.
Hüseynim susuzdur... Necə qəbul etsin bədənim o sərin suyu?!
Ağam Hüseynim demişdi “Nə zaman soyuq su içsəniz, məni xatirlayın” deyə
Ey Ağacan, o hədisindən sonra su mənə sərinlik deyil, atəş oldu ürəyimə.
Harada bir məzlum görsəniz mənim məzlumluğuma ağlayın demişdin.
Yaxşı, Ağacan, sənsiz qalan bu ürəyin məzlumluğuna kim ağlasın?
Sən də sevdiklərini buraxma, acısı vardı Şəhidlər şahı Hüseyn.
De, Mövlacan, sənsiz keçən hər günəmi yanım, yoxsa Eşq məknından uzaq olmağamı?
Zeynəbin (s.ə) hansı çadırlara qaçacağınıı bilməməsinəmi yansın bu ürəyimiz?
Yoxsa Rüqəyyənin həsrətindən yanan ürəyinəmi?
Yetim qalan uşaqlaramı ağlayıb fəryad etsin gözlərimiz,
Yoxsa su yanında şəhid olan ələmdarınamı qan ağlasın ürəyimiz?
Uşaq ikən ölən Abdullahamı matəm tutum,
Yoxsa başından amansızca bir qılınc vurulan Qasımamı?
Peyğəmbərimizin (s) bənzəri Əkbərin yezid ordusu tərəfindən param-parça edilən nur bədəninəmi yanım,
Yoxsa Şəhidlər Sərvərinin başsız bədənini görən Əliəsğər anası Rübaba?
Bu ürək hansı acıyı daşısın, söylə, Mövlacan, bir ürəyimiz var.
O da sənin məzlumiyyətinə yas tutdu biz də sənə həsrətinlə yandıq.
Söylədim quşlara: aparın məni Hüseyncanıma, mən də qatılım Eşq yolculuğuna.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |