"Kərbəla" dedikdə ağlınıza nə gəlir?
Admin
Kərbəla deyəndə içimdə dilə gətirə bilməyəcəyim bir hiss yaranır-o hiss göz yaşları ilə üzə çıxır.
Fatimə Nuri Xuda
Bismilləhir Rahmənir Rahim
Salləllahu əla Muhəmmədin və Ali Muhəmməd və əccil fəracəhum ya Zəhra
Əssəlamu ələykum və rahmətullahu və bərakətuh
Kərbəla deyəndə nə düşünürəm?!... İlk öncə necə başlayım bilmirəm... Bu suala cavab verməkdə aciz və cılızam, nitqim quruyur...
Hüseynin (ə) Rəbbinin adıyla...!
Kərbəla mənim bu dünyada Behişti-Rizvanım, Cənnətimdir...Gözlərimdən süzülən göz yaşlarım-Kərbəla misalıdır. Kərbəla zərblə sinələrimizə ya Hüseyn deyərək vurduğumuz eşqin həqiqi adıdır. Kərbəla eşqimizin ilk və son nöqtəsidir. Hüseynin (ə) Kərbəlası aşiqlərin meracıdır. Soruşsalar, ilk və son niyyətində nəyi diləyərsən?-Cavabım Kərbəlada olmaq və bir yanda Ağam Hüseynin (ə), bir yanda ağam Abbasın (ə) pak zirehlərində dayanıb son nəfəsimi ordaca Rəbbimin alması olar. Kərbəla eşq mənzilidir, Allah təbarək təala bu mənzili bizlərə çox görməsin inşƏllah.
Peyğəmbər (s) buyurub: "Möminlərin qəlbində Hüseynin qətlinə görə bir hərarət vardır ki, heç vaxt soyumayacaq."
Rəbbimdən tək dilək və istəyim budur ki, o qəlblər ki, eşqin həsrətindən az qala yerindən oynaya, o qəlblərin hərarətini söndürməsin və bizləri Hüseynsiz, Abbassız qoymasın...
Vəssəlamu ələykum və rahmətullahu və bərakətuh.
Ey aşiq biz şiəyik cəfəriyik tərəfdarıq
Gedirik biz Hüseynimizə sarı qəlbiqırıq
O yerdə o ağamdır, biz nökərik əzadarıq
Orası KƏRBUBƏLADI KƏRBƏLADI KƏRBƏLA...
Yusifi Zəhra
Bismillah! Allahın salamı və rəhməti üzərinizə olsun.
"Kərbəla..." Kərbəla və Kərbəlada baş verənləri içində və fikirlərini tam izah edə bilməyən bir hadisədi. Kərbəla deyildikdə susmaq və göz yaşı çox sözə izahdı... Nə qədər Kərbəladan bəhs etsəkdə orda yaşanan müsibətin, Kərbəla haqqında keçirdiyimiz hisslərin yerini doldurmur.. Amma onu demək olar ki, Kərbəla dedikdə, Kərbəla bizi bölən deyil, birləşdirən bir hadisədi. Çünki İmam Hüseyn əleyhissalama vurulan qılınc və xəncər zərbələri həqiqətdə bütün ümmətin ürəyinə vurulub, ona atılan oxlar hər birimizin ürəyinə saplanıb. Bəlkədə mövzudan çıxmış olaram amma həqiqətən o oxlar, qılınclar qəlbimizə saplanmış olaydı kaş. Kaş ki, o əsrdə yaşayıb, onun cərgəsində yer alıb şəhadətə birlikdə gedəydik. O gün yanında ola bilmədik. Bir udum su nə idiki verə bilmədik, bu günsə yalnız göz yaşlarımızla acı xatirəni yad edirik. Bir halda ki, Kərbəla deyildikdə bütün ümmətin qəlbi yaralanır, o halda bizi bir araya gətirən qüvvə də şübhəsiz ki, İmam Hüseyn əleyhissalamdı. Düşdüyümüz yerdən təkrar qalxmağın da yeganə yolu budur. Kərbəla dedikdə Ədalət prinsipindən yapışmaq, mərhəmətli olmaq və Yezidin deyildə, Hüseynin çağrışına tabe olmaq... Dindar ailədə böyüyüb-başa çatan bir uşaqda bilir ki, Kərbəla məktəb, müəllimi isə Hüseyn əleyhissalam. Qanın qılınca qalib gəldiyi gündə baş verən bir məkan Kərbəla... “Aşura” hadisəsi, bu hadisə qəhramanı, zülm və zalımı şəhadəti ilə məhv edən İmam Hüseyn (ə) idi. İnsanların nicatı üçün qiyam etdi və bu yolda öz ailəsinin şəhadətini belə gözə aldı. Deməli, din uğrunda ailəsini belə şəhadətini gözə alan Hüseyn əleyhissalamın müsibəti bütün Hüseyn aşiqlərinin qəlbində sağalmayan bir dərddi. Və sonda, Kərbəla Hüseyn əleyhissalam aşiqlərinin qəlbində sağalmaz yaradı. Şair dediyi kimi “Dərman araram dərdimə, dərdim mənə dərman imiş.” Ya Hüseyn...!
Elya
Kərbəla səndə kəsilən başlara qurban
Kərbəla səndə yatan Ağama qurban
Kərbəla eşqimə bəla oldun
Kərbəla eşqimə çırağ oldun
Kərbəla bir quş olub gəlməy isdərəm sənə,göz yaşlarım ovcumda
Nə olar, izin ver gələm Hacətimə qovuşam Kərbəla
Kərbəlam sözlərim boğazimda düyünlənib
Axan göz yaşlarımı çatdır Ağama KƏRBƏLA...
RuQeYyA
Kərbəla deyəndə nə düşünürəm??? Kərbəla deyəndə heçnə düşünmürəm çünki, düşünə bilmirəm bu adın altında baş verən hadisələr qarşısında o, qədər acizəm ki, sadəcə susmaq gəlir əlimdən amma sakit axan göz yaşlarım sözlərimi ifadə edir.
Canım sənə fəda olsun can Hüseyn
Alemdar
Kərbəla qovuşduqca artan eşqimin adıdır
Kərbəla eşqimin qibləsidir
Kərbəla Ağalarımın evidir
Kərbəla yer üzünün Cənnətidir
Əbəlfəz ağamın Hüseyn ağamın qanıyla müqəddəs məkana çevrilən Cənnətdir
Kərbəla deyəndə heç bir kəsin yadına İraq ölkəsi yada düşmür
Kərbəla adı çəkiləndə İmam Hüseyn Əbəlfəzl (ə) yada düşür və bu eşqin qibləsi, kasıbın Həccidir
Ruhunu Kərbəlada itirən üçün Kərbəla yaşam səbəbidir
Sirli_melek
Kərbəla özü başdan-ayağa fədakarlıqdı
ƏliƏkbər, Rüqəyyə ən əsasda ƏliƏsğərimdi məni dağlayan
Kərbəla deyəndə Hüseyn ağamın fədakarlığı gəlir ağlıma
Allaha qurban eledi ailəsini, balalarını
Kərbəla deyəndə böyük bir müsibət, o müsibətki lənətullahlar Ağam Hüseynin başın kəsməyə gələndə bibim Zeynəb əli ilə qılıncı tutdu
Can bibim qamçı dəyən əllərinə mən qurban
Əlbətdəki əslində ağıla çox fikirlər gəlir, yəni həddindən artıq çox söz deməy olar Kərbəla haqqında ama konkret bir kəlmə ilə deməli olsaq mən ZEYNƏB deyərəm.
Kərbəla deyəndə ağlıma İslamın ən böyük qəhrəmanı Həzrəti Hüseyn və onun qazandığı ən böyük qələbəsi,dünya tarixində İslamın ən böyük qələbəsi gəlir.
Allahın-Asiqi
Kərbəla dedikdə ilk ağlıma balaca Rüqəyyə gəlir. Sonra Xanım Zəhra (s) anamız, İmam Hüseyn Ağamız, qeyrət dastanı olan Abbas Ələmdar və səbrinə qurban olduğum Bibi Zeynəb gəlir.
Muxtar davamçısı
Nədənsə Kərbəla deyəndə ən çox indiki yox da səhra halında olan Kərbəla ağlıma gəlir.Gözümün önünə səhra gəlir.Və həmin səhrada yatan başsız şəhidlər...
Kerbela Gunesi
Haqqla batilin döyüş meydanı..haqqın batilə qələbəsi...və gözəllikdən başqa heçnə...
Haqqla batilin döyüş meydanı..haqqın batilə qələbəsi...və gözəllikdən başqa heç nə...