» » "Quran işığında"


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    "Quran işığında"
    +57
    Müəllif: Yusifi Zehra | 3-07-2016, 18:22 | Baxılıb: 11 027
     İman gətirib yaxşı işlər görənləri (ağacların) altından çaylar axan cənnət guşələrində (Cənnətin yüksək məqamlarında) sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. (Yaxşı əməllər) edənlərin mükafatı necə də gözəldir! (əl-Ənkəbut, ayə-58)
     
     اعوذ بالله من الشیطان الرجیم
     بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
      Qovulmuş şeytanın şərrindən Allaha sığınıram.
     Bağışlayan və mehriban Allahın adı ilə..
     بسم الله الرحمن الرحيم  اللّـهُمَّ صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً ‏وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً.    
      Bismillahir-rahmanir-rahim. Allahummə salli ala Muhəmməd və ali Muhəmməd. Allahummə kun livəliyyikəl-Höccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis-saəti və fi kulli saəh, vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və əyna hətta tuskinəhu ərzəkə təvəa və tuməttiəhu fiha təvila. Birəhmətikə ya ərhəmər-rahimin.
    Allahın salamı, nəzəri, mərhəməti üzərinizdə olsun bacı və qardaşlar! Ev sahibəsi qonağını gözlədiyi üçün evini təmizləyənlər kimi, biz də ruh və cismimizi günahlardan paklaşdıraraq və həqiqi intizar çəkərək Zəhra salamullahi əleyhanın Yusifi, Sahibəz-zaman (ə.f) ağanın zuhurunun təcili olması üşün çalışaq. Hamımızın bildiyi kimi bizim Rəbbimiz mehriban, kəramətli və səxavətli olduğuna görə bəşəriyyətin nicat tapmağı üçün namaz qılmaq, oruc tutmaq və sair ibadətləri qərar vermişdir. Allah-təalanın inayət etdiyi daha böyük lütfü, Həzrət Peyğəmbər (s) və məsum İmamlar (ə) kimi səfirlərini yer üzünə göndərməsindən ibarətdir. Onlar bu dünyaya gələrək dünyada öz yaşayış tərzini öyrədir və habelə biz günahkarlar bu İlahi, əziz şəxslərin vasitəsi ilə öz hacətlərimizə nail oluruq. Bu müqəddəs varlıqlar elə böyük məhəbbət, güzəşt və mehribançılıqla yaradılmışlar ki, Qiyamət günündə öz şəfaətlərini bir çoxlarının Cəhənnəm əzabından nicat tapmasına səbəb olacaqlar. İlahi, biz vilayət nemətinə görə Sənin şükrünü necə yeriə yetirək? Sənin Allahlığına and olsun ki, dilimiz (şükr etməkdən) qüsurludur və lütflər Sənin hesabsız kərəmindəndir. Biz bəndələr Sənin kimi xaliqlə fəxr edirik. Xudavənda! Ömrümüz boyu Sənin hər bir nemətin qarşısında nankorluq etmiş, Sənin Peyğəmbərlərinin və pak huccətlərinin qədrini bilməmişik. Sənin (yaratdığını) yer üzərində yamamış, ruzini yemiş, və bütün nemətlərdən istifadə etmişik. Amma sənə təşəkkür etmək əvəzinə nəfs və şeytan əsiri olmuşuq. Belə ki, bizə insaniyyət və kəmal ardınca olmaq göstərişi və axirət azuqəsi fikrində olun deyə göstəriş verdikdə, bütün varlığımız dünya və nəfsani istəklər olmuşdur. İlahi! Öz vəfasızlıqlarımızdan nə deyək? Xudavənda! Bu əməllərimizlə Sənin ədalət məhkəməndə necə duraq? İlahi, Sənin Peyğəmbərin (s) dünyadan getdikdə təxminən yeddi milyonadək müsəlman var idi. Amma bu bəndələrin üç ay keçməmiş bir dəstə dünyapərəst cani Həzrətin qızını və canişini Həzrət Əli (ə)-ın qapısını məqam sevgisinə görə yandırdılar. Pərvərdigara! O vaxt Sənin yer üzündə olan canişinin müdafiə etmək üçün şükr edən bəndələrin harada idilər? Sənin, yeganə xaliqin öz canişinin boynuna bir dəstə insana oxşar şeytanlar tərəfindən kəndir atılıb (çəkildikdə), Sənin necə səbrin var idi? İtaətini bütün cinlər, insanlar hətta Peyğəmbərin (s) və yer üzündə mövcud olan bütün varlıqlara vacib etdiyin pak və məsum qadının (Həzrət Fatimə salamullahi əleyhanın) necə döyülməsini gördünmü? Başqa canişinin olan İmam Həsən Müctəba (ə)-ın ciyərini tikə-tikə edib o biri höccətinin başını nizəyə taxdılar. Həmçinin o birini uzun illər boyu zindanın bir küncündə əsir edərək, hər birini zəhərlə şəhid etdilər. Bu pak gövhərlərin tərəfdarları harada idilər? Vilayət nemətinin şükrünü necə yerinə yetirdilər? Ey dünya! Sənə və vəfasızlığına ar olsun! Mömin və möminələr, gəlin nə qədər zəmanəmizin İmamının (ə.f)  fikrində olmağımızı düşünək. Görəsən nə vaxtadək o Həzrətin hüzurunda günaha bataraq bir şiə adı ilə o Həzrətin zinəti olmaq əvəzinə, (nalayiq) əməllərimizdən Həzrətin pak qəlbini ağrıdacağıq? Sonuncu İlahi höccətin (ə.f) ata-babaları mehriban və güzəştə gedən olduğu üçün bizə nifrin etmək əvəzinə dua edir. Sizi Allaha and verirəm ki, görəsən sübhdən axşamadək bizim fikrimizi çəkən o vilayətin pak gövhərindən bizim günahların qəflətində olması insafdırmı?... Ya İmam Zaman! Biz bilirik ki, Sənin qeybə çəkilməyin bizim özümüzdəndir. Necə ki, özün buyurdun:
    "Əgər bizim işlərimiz (Allah-təala onları itaətdə müvəffəq etsin), öz əhdi-peymanlarına vəfalı olsaydı, bizim onlarla görüş səadəti təxirə düşməz və tezliklə onlara nəsib olardı. (Bu görüş) bizə qarşı kamil və düzgün mərifət ilə həyata keçərdi. Bizi onlardan uzaq saxlayan, yalnız bizim bəyənmədiyimiz və onlar üçün xoşlamadığımız əməllərindən ibarətdir."    
    Gəlin, hamılıqla öz (şəxsi) işlərimizi kənara qoyaraq, yalnız Sahibəz-zaman əleyhissalamın fərəc və zuhuru üçün çalışaq. Məhz, məqaləni hazırlamaqda niyyət və fikrimiz, Qurani-kərim kitabımızı əlimizə almaq və rəqəm sayısı ilə cüz paylayıb, qrup halında oxuduğumuz Quranla, İmam Zaman (ə.f) ağanın zuhurunu təcili etməkdir. İmamın (ə.f) əli ilə ağlar gözləri silmək, sahibsiz qalacaqsa da ailələrin sahibsiz qalmamasını, xoşbəxt və gün-güzəran içində görməkdir fikrimiz.  Hamımızın bildiyi kimi əl tutmaq Əlidən (ə) qalıb. Ola bilər ki, maddi və uzaqlıq baxımından əlacsız insanlar üçün nəsə etmək əlimizdən gəlməz.. Amma bu əməl vasitəsi ilə onların istəklərini İmamın (ə.f) sayəsində bərpa edə bilərik. Ümidvarıq inşəAllah, Allahu-Təala müsəlmanlara ilahi vəhdəti nəsib edib ilahi zəfəri tezləşdirəcəkdir. Necə ki, Qurani-Kərim möminlərin qəlbinə nur saçaraq onlara müjdə verir.
    "Allahdan köməklik və yaxşı bir qələbə sizi gözləyir. Möminlərə bunu müjdə ver". (Səff surəsi 13-cü ayə.)
    "Quran işığında"  bu müjdələrin reallaşması və ilahi xilaskar olan imami Məhdi (ə.f)-ın zühurunun tezləşməsi üçün möminlərə Qadir Allahın bir lütfüdür. Bu xəzinədən zinətlənmək üçün mütləq bu xəzinənin xəzinədarı olan Peyğəmbər və pak Əhli-beytinin ətəyindən tutmaq, yəni Quranın işarə etdiyi "Ürvətül-vüsqa"-ya (Qırılmaz dəstək) sarılmaq lazımdır.
    Cümə günü, zəmanəsinin İmamının (ə.f) zühur edəcəyini həsrətlə gözləyən bütün mömin və möminələri, İmam Zaman ağanın (ə.f) zühuruna həsr olunan "Quran işığında" qrupumuza dəvət edirik. Qrupa qatılmaq istəyənlər, şərhlərdə xəbərdarlıq bildirərsiniz İnşAllah.. 
    Ya Rəbbəl Huseyni bihəqqil Hüseyni işfi-sədril Huseyni bi zuhuril Huccət. 
     
     Ey Huseynin Rəbbi, Huseynə xatir, Höccətin (12 ci İmamın) zuhuruna kimi Huseynin qəlbinə şəfa ver.
    "Quran işığında" 1-ci qrupun üzvləri:
     
    ƏLİNİN NÖKƏRİ, Alemdar, RuQeYyA, Allahin-Asiqi, Fatimə Nuri Xuda, Şahin, yahuseyn, Ya Zehra, Ali Ragimov, firengiz. Huseynci Medine, islam awiqi.
     
     "Quran işığında" 2-ci qrupun üzvləri:
    Admin, Ruqeyye Zehra, Mehemmed, Aşiqi Rüqəyya, Allahin-Asiqi, Şahin, islam awiqi, Fatimə Nuri Xuda, RuQeYyA, ƏLİNİN NÖKƏRİ,
    "Quran işığında" _1-ci qrup üzvləri üçün cüzlər paylanıldı_
     ƏLİNİN NÖKƏRİ - Cüz - 1, 2, 3 (+)
    Alemdar - cüz- 4, 5, 6 (+)
    RuQeYyA - cüz - 7, 8, 9 (+)
     Allahin-Asiqi - cüz - 10, 11, 12 (+)
     Şahin - cüz - 13, 14, 15 (+)
     Ya Zehra - cüz - 16, 17, 18 (+)
     Ali Ragimov- cüz - 19, 20, 21 (+)
     Fatimə Nuri Xuda - cüz - 22, 23 (+)
     firengiz - cüz - 25, 26, 27 (+)
    islam awiqi - cüz - 24, 30. (+)
     Yusifi Zəhra - cüz -  28, 29, (+)
    ---------------------------------------------------------------
     
    "Quran işığında" _2-ci qrup üzvləri üçün cüzlər paylanıldı_
     
    2-ci qrupumuzda belə fərqlilik oldu. Belə ki, qrupumuzda 12 üzv var. İki dəstəyə ayrılmaqla 2 Quran bitirmək imkanımız olacaq, İnşAllah. Adınızın qarşısında cüzlərə nəzər edin. Hər 3 Quranı oxuduqdan sonra şərhdə xəbərdar etməyi unutmayın. Allah əcrinizi versin! 
     
    "Quran işığında" 2-ci Quran oxuyucuları üçün cüzlər:
     Admin, 1, 2, 3, 4, 5, 6 (+)
    Allahin-Asiqi - 7, 8, 9, 10, 11, 12 (+)
    Mehemmed - 13, 14, 15, 16, 17, 18 (+)
    Ruqeyye Zehra -  19, 20, 21, 22, 23, 24 (+)
    Fatimə Nuri Xuda - 29, 30 (+)
    Yusifi Zəhra - 25, 26, 27, 28, (+)
    "Quran işığında" 3-cü Quran oxuyucuları üçün cüzlər:
    Şahin - 1, 2, 3, 4, 5, (+)
    islam awiqi - 6, 7, 8, 9, 10 (+)
    ƏLİNİN NÖKƏRİ - 11, 12, 13, 14, 15 (+)
    Aşiqi Rüqəyya -16, 17, 18, 19, 20 (+)
    RuQeYyA - 21, 22, 23, 24, 25 (+)
    Yusifi Zəhra - 26, 27, 28, 29, 30. (+)
     
    Vacib səcdələri yerinə yetirməyi unutmayın İnşAllah..
    __________________________________________________________ 
    1. Surə 32, "Səcdə”, ayə 15;
    2. Surə 41, "Fussilət” ayə 37;
    3. Surə 53, "Nəcm”, ayə 62;
    4. Surə 96, "Ələq”, ayə 19
      
    Vacib səcdələrdə deyilən zikir.
     
     "La İlahə İlləllahu həqqən həqqa. La İlahə İlləllahu imanən və təsdiqa. La İlahə İlləllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya Rəbbi! Təəbbüdən və riqqa. La müstənkifən və la müstəkbirən, bəl ənə əbdün, zəlilun, zəifun, xaifun, müstəcirun!”
    Quran tapşırma vagirəsi
    Əllahu əkbər, Əllahu əkbər, la ilahə illəllah, vəllahu əkbər, Əlahu əkbər və lilləhil həmd.

    Quran tapşırma surələri
    Nəsr surəsi
     بسم الله الرحمن الرحيم
    إِذَا جَاء نَصْرُ اللَّهِ وَالْفَتْحُ (1) وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجاً (2) فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ إِنَّهُ كَانَ تَوَّاباً
     
    Bismillahir-rəhmanir-rəhim.İza caə nəsrullahi vəl-fəth.Vərəəytən-nasə yədxulunə fi dinillahi əfvaca.
     Fəsəbbih bihəmdi Rəbbikə vəstəğfirhu innəhu kanə təvvaba.
    Məsəd surəsi

    بسم الله الرحمن الرحيم
    تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ (1) مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ (2) سَيَصْلَى نَاراً ذَاتَ لَهَبٍ (3) وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ (4) فِي جِيدِهَا حَبْلٌ مِّن مَّسَدٍ
    (5)

    Bismillahir-rəhmanir-rahim.Təbbət yəda əbi ləhəbin vətəb. Ma əğna ənhu ma luhu vəma kəsəb.Səyəsla narən zatə ləhəbin vəmrə ətuhu həmmalətəl hətəb.Ficidiha həblun min məsəd.
    İxlas surəsi

    بسم الله الرحمن الرحيم
    قُلْ هُوَ اللَّهُ أَحَدٌ (1) اللَّهُ الصَّمَدُ (2) لَمْ يَلِدْ وَلَمْ يُولَدْ (3) وَلَمْ يَكُن لَّهُ كُفُواً أَحَدٌ
    (4)
     
     Bismillahir-rahmanir-rahim.Qul huvəllahu əhəd.Əllahus-səməd.Ləm yəlid və ləm yuləd.Və ləm yəkun ləhu kufuvən əhəd.
    Fələq surəsi

    بسم الله الرحمن الرحيم
    قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ (1) مِن شَرِّ مَا خَلَقَ (2) وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ (3) وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ (4) وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ
    (5) 
    Bismillahir-rəhmanir-rəhim.Qul ə'uzu birəbbil fələq min şərri ma xələq.Və min şərri ğasiqin iza vəqəb.Və min şərrin nəffasati fil uqəd.Və min şərri hasidin iza həsəd.
    Nas surəsi
    بسم الله الرحمن الرحيم
    قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ (1) مَلِكِ النَّاسِ (2) إِلَهِ النَّاسِ (3) مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ (4) الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ (5) مِنَ الْجِنَّةِ وَالنَّاسِ
    (6)
    Qul ə'uzu birəbbin nas.Məlikin nas.İlahin nas. Min şərril vəsvasil xənnas.Əlləzi yuvəsvisu fi sudurin nas.Minəl cinnəti vən nas.
    Fatihə surəsi
    بسم الله الرحمن الرحيم (1)
     الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ (2) الرَّحْمـنِ الرَّحِيمِ (3) مَالِكِ يَوْمِ الدِّينِ (4) إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ (5) اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ (6) صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ
    (7)
    Bismillahir-rəhmanir-rəhim.Əlhəmdu lillahi Rəbbil aləmin.Ərrəhmanir-rəhim.Maliki yəvmiddin.İyyakə nə'budu və iyyakə nəstəin.İhdinəs-siratəl mustəqim.Siratəl-ləzinə ən əmtə ələyhim ğəyril məğzubi ələyhim vələzzallin.
    Bəqərə surəsinin ilk 5 ayəsi.
     الم (1) ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ (2) الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ (3) والَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ(4) أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ
    (5)
    Bismillahir-rəhmanir-rəhim.
    Əlif lam mim. Zalikəl kitabu la rəybə fihi hudən lil muttəqinə. Əlləzinə yu'minunə bilğəybi və yuqimunəs-səlatə və mimma rəzəqnahum yunfiqunə. Vəl-ləznə yu'minunə bima unzilə iləykə və ma unzilə min qəblikə vəbil axirəti hum yuqinunə. Ulaikə əla hudən min Rəbbihim və ulaikə humul muflihun. Subhanə Rəbbikə Rəbbil izzəti əmma yəsifunə. Və səlamun ələl mursəlinə. Vəlhəmdu lillahi Rəbbil aləminə.
     Ərrəhman surəsinin vagirəsi
    La bişəyin min alai Rəbbina nukəzzib, fələkəl həmd.
     
    Quran xətminin duası 
    Əllahummə nəvvir qulubəna binuril Quran. Və kəffir ənnə səyyiatina biizzətil Quran. Vəşfi mərzana biayətil Quran. Və səllim əhyana bihurmətil Quran. Əllahumməcəlil Quranə ləna fid dunya rahətən və fil qəbri munisən və fis siratə cəvaza. Və minən nari sitrən və hicaba. Əllahummə bəlliğ və əvsil ma qərənahu min kitabikəl kərim və ayətikəl əzim. Hədiyyətən minna vasilətən ləkə ila Muhəmmədinil Mustəfa səlləllahu ələyhi və alihi və səlləm. Və Əliyyinil Murtəza ələyhissəlam. Və Fatimətəz Zəhra səyyidəti nisail aləminə ələyha səlam. Vəl Həsənil Muctəba ələyhissəlam. Vəl Husəyniş şəhidi bi Kərbəla ələyhissəlam. Və baqi əimmətil huda salavatullahi ələyhim əcməin. Və ila ərvahil mərhuminəl məğfurinəl məlumin. Bihəqqi nəbiyyina və alihit tahirin. Və bihurmətil mubarəkətil fatihəti məəs sələvat.
      Yasin surəsi
    Tilavət
    İlahi! Binəbiyyin, ərəbiyyin və Rəsulin mədəniyy. Və əxihi əsədəllahu musəmmən bi Əliyy. Və bi Zəhraə Bətulin və bi ummin vələdətha. Və bisibtəyhi və şibləyhi huma nəcluz-zəki. Və bi-Səccadi və bil-Baqiri vəs-Sadiqi həqqa. Və bi-Musa və Əliyyin və Təqiyyin və Nəqiyy. Və bizil-Əsğəriy, vəl Huccətil-Qaimi bil həqq. Əlləzi yəzribu bissəyfi bihukmi əzəliyy. Və ələyhim və nəharin və ğədatin və əşiyy. Əcibilanə duana və tərəhhəm huzərana. Vəqzi hacati lənəl kullə İlahi binəbiyy. Və təqəbbəl bi qəbulin Həsənin, Rəbbi duana. Binəbiyyin və Əliyyin və Vəliyyin və vəsiy. Və səlli əla cəmi'il-ənbiya'i vəl mursəlin. Vəl-həmdu lillahi Rəbbil-aləmin. Surətul Fatihəti məəs səlavat...
     
    Allah qəbul etsin.
     
     
    Bölmə: Digər
    Şərhlər: 48
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 1 Temmuz 2016 15:45 | İstifadəçi | Şərh yazdı
    Salam olsun sene baci. Allahin izniyle mende bitirdim mene duwen cuzleri 3 qrupda

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 12 Haziran 2016 16:31 | Sayt nəzarətçisi | Şərh yazdı
    Salam Leyla baci 3 cu qurupda mene dusen cuzleri bitirdim  Allah razi olsun Allah qebul etsin insAllah Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 10 Haziran 2016 22:43 | İstifadəçi | Şərh yazdı
    Allah her zaman kömeyiniz olsun. Mən  mənə düşən cüzləri oxudum qutardım. Allah hər birimizin oxuduğu Quranı dərəcəyi qəbul etsin. Allah Ağamızın zuhurun acil etsin. Allah Ağamızın əli ilə bütün xəstələrə şəfa versin.Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: firengiz | Status: İstifadəçi Offline | 4 Haziran 2016 16:54 | İstifadəçi | Şərh yazdı
    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM.EY BÖYÜK VƏ MƏRHƏMƏTLİ ALLAHIM QƏBUL ET...BACI MƏN DƏ  MƏNƏ VERDİYİNİZ QURAN CÜZLƏRİNİ OXUDUM BİTİRDİM,TAPŞIRMASINI DA ETDİM.TƏVƏKKÜL BÖYÜK YARADANA...ALLAH DAİM SİZDƏN RAZI OLSUN,ÇOX MÖHTƏŞƏM BİR ƏMƏLDİR.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 31 Mayıs 2016 15:26 | İstifadəçi | Şərh yazdı
    cox saq ol baci Allah razi olsun Allah Aqamizin zuhurunu tezlewdirsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 31 Mayıs 2016 13:19 | Administrator | Şərh yazdı
    Sitat: Allahin-Asiqi
    baci mene verdiyin cuzleri oxudum Allah qebul etsin yeni qrupdada iwtirak etmek isdeyerem baci senden 1 soz soruwum olenlere Quran oxumaq ucun niyyeti nece edim hemin Qurani bawlayanda Imam Zaman Aqaninda adini ceke bilerem? yeni olulerle diri ele ola biler? mumkunse mene cavab yazinda xaiw edirem

     
    Allahın salamı və rəhməti üzərinizə olsun. Allah qəbul etsin, əcrinizi versin. Hər birinizin mükafatı sonsuz olsun. Amin. 
    Bacı, dünyasını dəyişənlər üçün Quran oxuyub qeyd olunan kiçik surələrdən və tilavətdən sonra kiçik tapşırma olur məs, cəm tapşırma ya tək və s. Daha ətraflı Çərəkə kitablarından əldə edə bilərsiz. Onu oxuyursuz və niyyət edirsiz, kimin (dünyasını dəyişən) üçün oxuduğunuzu və s. İmamın (ə.f) zuhuru üçün isə ayrıca Quran oxunmalıdı. Onda isə tilavətdən sonra tapşırma oxunmur. Allah qəbul etsin İnşAllah.

    --------------------
    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 30 Mayıs 2016 23:29 | İstifadəçi | Şərh yazdı
    baci mene verdiyin cuzleri oxudum Allah qebul etsin yeni qrupdada iwtirak etmek isdeyerem baci senden 1 soz soruwum olenlere Quran oxumaq ucun niyyeti nece edim hemin Qurani bawlayanda Imam Zaman Aqaninda adini ceke bilerem? yeni olulerle diri ele ola biler? mumkunse mene cavab yazinda xaiw edirem

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ya_Zehra | Status: İstifadəçi Offline | 27 Mayıs 2016 15:50 | İstifadəçi | Şərh yazdı
    Allah yar ve yardimciniz olsun..cox gozel layihedir.cox beyendim.Allah butun xestelere sefa versin.Amin. Allahumme salli ela Muhammadin ve ala ali Muhammad ve eccil ferecehum

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ya Zehra | Status: İstifadəçi Offline | 27 Mayıs 2016 15:08 | İstifadəçi | Şərh yazdı
    Salam aleykum bacım . Allahın kömekliyiyle men de cüzleri oxuyub bitirdim, surelerinde hamsın oxudum tilavet de daxil olmaqla. Allah taala sizden razı olsun , Quranı biz oxuduq amma bu fikr sizindi . Bu quruplar hemişe olsun istiyerik. Allahım cemi mömin ve möminelerin oxuduqları Quranı , qıldıqları namazları, tutduqları orucları ve bütün ibadrtlerini qebul etsin , Alahım bütün xestelere şefa merhemet etsin , bu aylar xatirine bütün duaları qebul etsin . Allahim agamızın zuhurunda tecil etsin .Amin inşeAllah. Allahumme selli ela Muhammedin ve ali Muhammed ve eccil fereccehum.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 22 Mayıs 2016 03:29 | Sayt nəzarətçisi | Şərh yazdı
    Salamun Alleykum bacım mubarek movlud gunu munasibeti ile hamını tebrik edirem size nece tewekkur edim bilmirem bu gozel cox boyuk savab emelle vesile oldunuz bugunku gunde Allahdan size en boyuk belke en birinci arzunuz olan Kerbelanı Rebbimden dileyirem her weye gore cox sag olun mukafatınız Allah yanındadır inwallah .Bacım biz quranı (yeni bacım )oxuduq bu gune tapwırdıq Allah qebul etsin Amin inwallah bu gozel gunde Allah bizden bu quranları ferecleri ehdler Aliyasinleri Nudbeleri Kumeyleri ve namazları qebul etsin Amin agama hediyemiz olsun ALLAHUNMME SALLİ ELA MUHAMMEDİN VE ALİ MUHAMMED BU GECE EMEL DEFTERİNİZE KERBELA YAZILSIN AMİN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ƏLİNİN NÖKƏRİ | Status: İstifadəçi Offline | 16 Mayıs 2016 08:12 | İstifadəçi | Şərh yazdı
     ƏZİZ YUSİFİ ZƏHRA VƏ QRUP ÜZVLƏRİ MƏN ALLAHIN KÖMƏYİLƏ 3-CÜ QRUPDA MƏNƏ DÜŞƏN CÜZLƏRİ BİTİRDİM VƏ İMAM ZAMAN AÖAMIZIN ZUHURUNUN TEZLƏŞMƏSİ ÜÇÜN DUALAR ETDİM BÜTÜN MÖMİNLƏRİN QURTULMASİNİ VE XESTELERİMİZƏ ALLAHDAN ŞƏFA DİLƏDİM ALLAHİMMƏ SƏLLİ ELA MUHAMMƏDİN VƏ ALİ MUHAMMƏD

    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 14 Mayıs 2016 19:38 | Sayt nəzarətçisi | Şərh yazdı
    Leyla baci 2 ci qurupda olan Ruqeyye Zehra cuzleri bitirdi eyer qurup acilsa birde baciya cuz ayirarsan Allah razi olsun baci ehsen sene

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Fatimə Nuri Xuda | Status: İstifadəçi Offline | 12 Mayıs 2016 15:47 | Administrator | Şərh yazdı
    Allahın salamı və salavatı üzərinizə olsun.
    Çox sağ ol bacım. Allah əcr və mükafatını dünya və axirətdə sonsuz etsin. Allah-təala inayət etdiyi bəndələrindən qərar versin. Salavat məndən hədiyyə bacıma: Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd və əccil fəracəhum ya Zəhra...
    Cüzü bitirdim..İnşəllah qrupun sayı gün keçdikcə çoxalar, ən üstün ibadətlərimizi etmiş olarıq. Amin ya Rəbb..
    İmam Baqir (ə) buyurub: Ən üstün ibadət Quranı üzündən oxumaqdır. Kəlamların sultanı, qəlblərin dərmanı cümlə müsəlmanlara xeyirli işlər görməyə vəsilə olsun.. Haqq təala cümlə cahana kömək olsun. Amin, inşəllah...



    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 12 Mayıs 2016 14:00 | Sayt nəzarətçisi | Şərh yazdı
    Salamun eleykum sayt ehli bayram bayrama qarisdigi bu  bunlerde her birinizi urekden tebrik edirem MOVLUDLARIMIZ MUBAREK olsun o gun olsun ki bu gozel saytimizda bir birimizi Agamizin zuhuru munasibetiyle tebrik edek Amin Ilahi Amin bu eziz aylara hormet Allah gunahlarimizi bagislasin insAllah emelisaleh bendelerinden qerar versin bu ayda yerine yetirilen ibadetlerin her birini ali meqama ucaltsin insAllah Allah her birinizden razi olsun ne cetin isleriniz var asan olsun insAllah qarsiniza cixan her imtahanin cetinliyi size asan olsun uzu ag alni aciq olasiniz Amin LEYLA bacidan Allah senden sonsuz razi olsun  bu gozel tesebbusu ireli surdun cox sagol baci Allah razi olsun 1 ci qurupdaki qurani bitirdim 3 cu qurupdaki cuzleri tefil aldim insAllah tez bir zamanda onuda tefil vererem baci Allah yar ve yardimciniz olsun 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ƏLİNİN NÖKƏRİ | Status: İstifadəçi Offline | 8 Mayıs 2016 14:29 | İstifadəçi | Şərh yazdı
    salam aleykum men 3 cu qrupda  cuzleri goturdum
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 8 Mayıs 2016 11:25 | Administrator | Şərh yazdı
    Allahin salami ve rehmeti uzerinize olsun.Allah qebul etsin inseallah.Bele xeyirli emeller davamli olar inseallah
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 7 Mayıs 2016 17:00 | Administrator | Şərh yazdı
    Allahın salamı və rəhməti üzərinizə olsun. Allahın izni ilə 2-ci və 3-cü Quran məclislərimizdə İmamın (ə.f) zuhuruna oxunan Qurana daha bir xeyir əməlimiz niyyət və şərik olunur. Belə ki, şəfa gözləyənlər üçün, balaca körpələrimiz, Əli qardaşımız və onun simasında bütün şəfa gözləyən insanların sağlamlığına qovuşması üçün oxuduğumuz Qurandakı niyyətə şərik olunur. Allah  qəbul etsin. Dualarımızın və oxunan Quranımızın qəbul olunmasına xatir Muhəmməd və ali Muhəmmədin mübarək cəmalına ucalı səlavat: Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd və əccil fərəcəhum.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ƏLİNİN NÖKƏRİ | Status: İstifadəçi Offline | 4 Mayıs 2016 04:15 | İstifadəçi | Şərh yazdı
    SALAM EZİZ MUSELMAN BACİ-QARDASLAR 2 -Cİ QRUPA MENİ DE ELAVE EDİN XAHİS EDİREM
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Rehime | Status: İstifadəçi Offline | 4 Mayıs 2016 01:08 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun Amin mende oxudum axra kimi bir yasin suesine qulaq asmaq qaldi qecdi sabah asacam insAllah.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 3 Mayıs 2016 20:53 | Sayt nəzarətçisi | Şərh yazdı
    Salamun eleykum baci mende birinci Qurani bitirirem xahis edirem meni ikinci qurupa elave edesiniz

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: islam awiqi | Status: İstifadəçi Offline | 3 Mayıs 2016 14:14 | Redaktor | Şərh yazdı
    Bismilləh.Salam ələyki bacı.Mənidə ikinci qrupa əlavə edərsən İnşəAllah.Allah qəbul etsin.İlahi Amin.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 3 Mayıs 2016 10:59 | İstifadəçi | Şərh yazdı
    Allahin Salami olsun sizlere. inşALLAH menidə əlavə edin 2-ci qrupa, artıq başa vurmaq üzrəyəm 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 3 Mayıs 2016 08:34 | İstifadəçi | Şərh yazdı
    bacim mene verdiyiniz cuzleri Allahin komekliyile oxudum mende 2-ci qrupa qatilmaq isdeyirem 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 28 Nisan 2016 22:27 | Administrator | Şərh yazdı
    Allahın salamı və rəhməti mübarək 3 aylarda və bütün aylarda üzərinizə olsun. Belə qərara gəldik ki, mübarək və fəzilətli 3 ayda oxumağa 1 Quran azdır. Bir daha fəziləti uca olan ayda yaşamaq və onun fəzilətini dadmağı Allah-təala bizə nəsib edəcəkmi bilmirik. İlahi həqiqətdir ki, dünya xəzinələrini tərəzinin bir gözünə, Quranı digər gözünə qoysalar bütün xəzinələr onun yanında yüngül və dəyərsiz qalar. Bu ayların savabını əldən vermək olmaz.. Bu mübarək aylarda daha çox savab qazanmaq üçün 2-ci qrup yaratmağa qərar verdik. 1-ci qrupdakılar qarışıqlıq olmasın deyə paylanılan cüzləri rahatlıqla oxuya bilərlər. Məs: 2-ci qrupda, qrupa qatılmaq istəyənlər dəvətlidir. 1-ci qrupda olanlar da 2-ci qrupa qatıla bilərlər. Saytda üzv olanlar və ya qonaq qrupundakılar növbəti 2-ci Qurani-kərim kitabına başlamağa "Quran işığında" qrupumuza ərəb dilini bilən hamı dəvətlidir. Saytdan əlavə tanışlarınızı da qrupa dəvət edə bilərsiz. Sonsuz fələkləri, saysız-hesabsız mələkləri yaradıb istiqamət verən, bəndələrinə lütfü və kərəmi sonsuz olan bağışlayan və mehriban Allaha həmd və sənalar olsun ki, bizə bəxş etdiyi Quran kitabına sarılaraq, nemətlərindən biri "Quran işığında"-nı  bizə nəsib etdiyi üçün Allaha sonsuz şükür və təşəkkür edirəm. Allahın bizə bəxş etdiyi (Quran) hamımızın kitabı və hamı bu İlahi ziyafət ayında "Quran işığında" qrupumuza dəvətlidir. Uca Allah Quranın zinəti ilə bizi bu aylara xatir zinətləndirsin, Quranın kəraməti ilə kəramətləndirsin, Quranın şərafəti ilə şərafləndirsin, bizi Quranın libasına bürüsün, bizi Quranın şəfaəti ilə Cənnətə daxil eləsin. Allahı and veririk izzəti-cəlalına xatir bu günlərdə qılınan namazları, oxunan duaları, zikr olunan Quranları mövlamızın zühuruna zəxirə etsin. Xəstələrimizə şəfayi-acil inayət edərək, zindanda olan möminlərə nicat əta etsin. Cəmi İslam torpaqları ilə bahəm Qarabağ torpaqlarımızı da azad etsin. Amin-İnşAllah. Allahummə-əccil li vəliyyikəl fərəc.


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: islam awiqi | Status: İstifadəçi Offline | 28 Nisan 2016 16:05 | Redaktor | Şərh yazdı
    Bismilləh.Salam ələykum cümlətən əhli qrup.Bacı mənə verdiyin cüzleri bitirdim həmd olsun.Allah Ağamızın zühürunu təcil etsin İnşəAllah və bu xeyir əməli hər birimizdən Özü razı qalacağı tərzdə qəbul etsin İnşəAllah.İlahi Amin.Əllahummə salli alə Muhammədin və əli Muhamməd və əccil fəracəhum.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ƏLİNİN NÖKƏRİ | Status: İstifadəçi Offline | 18 Nisan 2016 18:37 | İstifadəçi | Şərh yazdı
    SALAMALƏYKUM ƏZİZ BACIM YUSUFU-ZƏHRA
    MƏN SEVİNCLƏ XƏBƏR VERMƏK İSTƏDİM Kİ BU GUN ARTİQ 3-CÜ CÜZÜ DƏ OXUYUB BİTİRDİM.AXİRDA YAZDİĞINİZ KİMİ QURANİN SURƏLƏRİNİ VƏ AĞAMIZIN DUASİNİ DA OXUDUM  ƏGƏR KİMƏSƏ KÖMƏK LAZIMDISA ƏRƏBCƏ OXUMAĞA MƏN CANLA BAŞLA HAZIRAM ALLAH-TƏALA AĞAMIZIN ZÜHURUNU TƏCİLİ ETSİN VE SİZDƏN DƏ COX RAZI OLSUN Kİ BU MÜHÜM İŞƏ BAŞLAYARAQ HAMIMIZIN SAVAB QAZANMASINA VƏSİLƏ OLURSUNUZ VƏSSƏLAM ALLAHUMMƏ SƏLLİ ƏLA MUHAMMƏDİN VƏ ƏLA ALİ MUHAMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ƏLİNİN NÖKƏRİ | Status: İstifadəçi Offline | 18 Nisan 2016 11:03 | İstifadəçi | Şərh yazdı
    SALAMUN ALEYKIM EZIZ MOMIN BACI-QARDASLARIM COX SADAM KI BELE SAVAB ISE MENI DE ELAVE ETMISINIZ MEN HEMISE QURANI OXUYURDUM AMMA INDI BIZIM HAMIMIZIN YALNIZ BIR MEQSED UCUN AQAMIZ IMAM ZAMAN AQANIN VUCUDUNUN SALAMATLIQI VE DINIMIZIN SABITLIYI AQAMIZIN ZUHURUNUN TEZLESMESI UCUN QURANI CUZLERE PAYLASIB OXUMAQIMIZ COX BOYUK BIR XOSBEXLIKDIR.MEN ARTIQ OXUMAQA BASLAMISAM MENE 1 -2-3- CUZLER DUSUB 3-CUZU YARI ELEMISEM ARTIQ INSAALLAH BASA VURUB BIRLIKDE CEM DUALARIMIZIN TESIRINI GORERIK EZIZLERIM AMIN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: islam awiqi | Status: İstifadəçi Offline | 14 Nisan 2016 09:24 | Redaktor | Şərh yazdı
    Bismilləh.Salam olsun hər kəsə.MaşəAllah nə gözəl savab əməl edirsiz.Ama mənim xəbərim olmuyub təəssüfki :( Məni də qrupa əlavə edin İnşəAllah çox xaiş edirəm.Allah qəbul etsin.İlahi Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ya Zehra | Status: İstifadəçi Offline | 11 Nisan 2016 16:32 | İstifadəçi | Şərh yazdı
    salamun aleykum bacim  cox sag olun ki mene de elave etmisiz qurupa cox sevindim bu əməlinizin minlərlə savabi olsun. mənə ayrilan cüzleri  ( 16 17 18 ) götürdüm .. inşəAllah oxuyub təhvil vererem Allahin izni ilə. Allahim hər kəsin zehnin aciq etsin. oxududugumuz Quranı da qebul. amin inşəAllah.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 9 Nisan 2016 22:08 | Administrator | Şərh yazdı
    firengiz>BISMILLAHIR-RƏHMANİR-RƏHİM.MƏN CÜZLƏRİ GÖTÜRDÜM VƏ BAŞLADIM.MƏNƏ 25-26-27 CÜZLƏR DÜŞÜB.BU CÜZLƏR  QURANIN 482-Cİ SƏHİFƏSİNDƏN 541-Cİ SƏHİFƏSİNƏ QƏDƏR EDİR.MƏN DÜZMU GÖTURMÜŞƏM? MÜMKÜNSƏ AYDINLIQ GƏTİRƏRDİZ.BÖYÜK ALLAHIMIZ QƏBUL QƏRAR VERSİN İNŞƏALLAH...ALLAH SİZDƏN RAZI OLSİN BACIM AMİN.
     
    Allahın salamı və rəhməti üzərinizə olsun. Allah köməyiniz olsun İnşAllah. Bəli bacı, 25-26-27-ci cüzlər. 481-ci səhifədən 540-cı səhifəyə kimi İnşAllah.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.