370. Peyğəmbərlik (1)
Bütün insanlara peyğəmbərlik
1673. Peyğəmbərliyin fəlsəfəsi.
1. Təkamül.
5927. İmam Sadiq (ə) («Peyğəmbərləri hansı yolla sübuta yetirərsən?» deyə soruşan zındığa cavabından):–«Çünki sübut etmişik ki, bizdən və bütün yaratdıqlarından üstün bir yaradanımız vardır. O yaradan hikmət sahibi və ucadır. Belə ki, yaratdıqlarının onu görüb toxunmaları, bunun nəticəsində isə bir-birilə vasitəsiz birbaşa əlaqə yaradıb bəhs və mübahisə etmələri rəva deyil. Sübut olundu ki, öz yaratdıqları arasında Onun sözlərini bəndələrinə və yaratdıqlarına bəyan edərək onları xeyirlərinə, mə‘nafelərinə, əbədi qalmaq və məhvolma amillərinə yönəldən elçi və nümayəndələri var.»
2. İnsanı tağutların əsarətindən xilas etmək.
Qur‘an:
«Biz hər ümmətə «Allaha ibadət edin. Tağutdan çəkinin!» . deyə peyğəmbərlər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmağa layiqdirlər. Yer üzündə gəzişib görün ki, yalançı hesab edənlərin axırı necə oldu!»
Hədis:
5928. İmam Əli (ə): «Allah-taala Məhəmmədi (s) haqlı olaraq seçdi ki, öz bəndələrini (başqa) bəndələrinə ibadətdən özünə ibadətə çəksin. Bəndələrinin öhdəliklərindən Öz öhdəliklərinə, bəndələrinin itaətindən Özünə itaətə, bəndələrinin hakimiyyətindən Öz hakimiyyətinə gətirsin.»
3. Əxlaqın paklığı.
Qur‘an:
«Ayələrini onlara oxusun, onları paklaşdırsın, onlara kitabı və hikməti öyrətsin deyə savadsızlara özlərindən peyğəmbər göndərən Odur. Həqiqətən (onlar) bundan əvvəl açıq-aşkar azğınlıq içində idilər.»
Hədis:
5929. Allahın Peyğəmbəri (s): «Mən gözəl əxlaqı kamilləşdirmək üçün seçilmişəm.»
5930. Allahın Peyğəmbəri (s): «Mən əslində gözəl əxlaqları kamilləşdirmək üçün seçilmişəm.»
4.Camaatın insafa və ədalətə gəlməsi
Qur‘an:
«Həqiqətən, biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birlikdə kitab və (ədalət) tərəzisi nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər. Biz insanlar üçün bərk təhlükə olan və insanlara fayda verən dəmiri elə yaratdıq ki, Allah, kimlərin gizlində Ona və peyğəmbərlərinə kömək göstərdiyini bəlli etsin. Bəli, Allah yenilməz qüdrət və qüvvət sahibidir.»
5. İxtilafları aradan götürmək.
Qur‘an:
«İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi. İnsanlar arasında olan ixtilaflarda hakimlik etmək üçün O peyğəmbərlərlə birlikdə haqq olan kitabını nazil etdi. Halbuki, özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı zülm (kin və həsədə) üzündən (kitab) verilmişlərdən başqa (heç kəs) onun barəsində ixtilafda olmadı. Allah iman gətirənləri öz lütfü ilə onların ixtilafda olduqları şeyin həqiqətinə doğru yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirir.»
Hədis:
5932. İmam Əli (ə): Baxın, Allah onlara tərəf peyğəmbər göndərərkən əta etdiyi nemətlərə. Onların itaətini öz dininə bağladı və onları öz də‘vəti ətrafında həmrəy və əlbir etdi. (Baxın ki). Bu nemət öz kəramət qanadını onların başının üstünə necə sərdi və öz naz-nemət çaylarını onlar üçün axıtdı. Bu din öz fayda və bərəkətləri ilə onları bürüdü və onları öz naz-nemətinə qərq etdi.»
6. Hüccətin tamama yetməsi
5933. Allahın Peyğəmbəri (s): «Allah peyğəmbərləri camaatın içinə göndərdi ki, məxluqlarına aydın hüccəti olsun və göndərilmiş elçiləri onlara sübut-dəlil olsun. Müjdə verən və qorxudan peyğəmbərləri onların arasından seçdi ki, əgər məhv edilsələr dəlil əsasında olsun. Əgər həyata və səadətə qovuşsalar, bu da dəlillə olsun. Bəndələri Yaradanları barədə bilmədiklərini bilsinlər, Onun inkar etdikləri tanrılığını tanısınlar, Ona şərik qoşduqları ilahiyyət məsələsində Onu tək bilsinlər.»
1674. Peyğəmbərlərin təbəqələri
Qur‘an:
«Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz. Yalnız vəhylə (yolu) və ya pərdə arxasından (danışar.) Və ya bir elçi göndərər, o da Allahın izni ilə Allahın istədiyini vəhy edər. Bəli, Odur hər şeydən uca və hikmət sahibi.»
5934. İmam Sadiq (ə): «Peyğəmbərlər və rəsulların dörd rütbəsi var: -Yalnız özünə peyğəmbər olan və başqasına təsiri olmayan peyğəmbər, yuxuda görən və (qeybdən) səs eşidən, ancaq ayıq vaxtı onu (səs sahibini) görməyən və heç kəs üçün göndərilməyən, özünün də imamı və rəhbəri olan peyğəmbər. Necə ki, İbrahim Lutun (ə) imamı idi.
Yuxuda görən, səsini eşidən, mələyi görən və az və ya çox müəyyən bir dəstəyə peyğəmbər göndərilən peyğəmbər: Yunus peyğəmbər kimi. Allah onun barəsində buyurur: «Biz onu, yüz min nəfər və ya daha artıq insanlara göndərdik.» Həzrət buyurdu: «Daha artıqdan» məqsəd 30 min nəfərdir (yəni yüz otuz min nəfər). Yunisin özünün də imamı və rəhbəri var idi (və nəhayət).
-Yuxu aləmində görən, səs eşidən, ayıq vaxtı da görən və özü imam olan peyğəmbər. Ulul-əzm peyğəmbərlər kimi. İbrahim (ə) (əvvəlcə) yalnız peyğəmbər idi və imam deyildi. Sonra Allah-taala buyurdu: Mən səni camaatın imamı etdim…
1675. Peyğəmbərlərin sayı
5935. Allahın Peyğəmbəri(s) (peyğəmbərlərin sayı barədə Əbuzərin sualına cavabında): «Yüz iyirmi dörd min» (Əbuzər deyir). Ərz etdim: «Onlardan neçəsi rəsul idi?.» Peyğəmbər buyurdu: «Çoxu. Üç yüz on üç nəfər.» Ərz etdim: «İlk peyğəmbər kim idi?» Buyurdu: «Adəm.»
1676. Ulul-əzm peyğəmbərlər.
Quran
«Ulul-əzm peyğəmbərlərin səbr etdiyi kimi səbr et. Onlar üçün tələsmə. Və’d edildikləri gün baxıb görəcəklər ki, sanki heç bir saat da (dünyada) qalmayıblar. Bu bir xəbərdarlıqdır. Məgər itaət etməyən camaatdan qeyrisi məhv olacaqmı?»
5936. İmam Səccad (ə) (öz səhabələrindən bəzisinə): «Peyğəmbərlər arasında beş ulul-əzm peyğəmbər var.» Ərz etdik: «Onlar kimlərdir?» Buyurdu: «Nuh, İbrahim, Musa, İsa və Məhəmməd (s)». Ərz etdik: « …Ulul əzm nə deməkdir?» Buyurdu: «(Yəni) Onlar yerin şərqinin və qərbinin insanlarına, cinni-insinə göndəriliblər».
5937. İmam Sadiq (ə) (Səmaə bin Mehranın «Ulul-əzm peyğəmbərlərin səbr etdiyi kimi səbr et» ayəsi haqda sualına cavabında): «(Ulul-əzm peyğəmbərlər) Nuh, İbrahim, Musa, İsa və Məhəmməd (s) (ən ibarətdir). Səmaə deyir). Ərz etdim: «Bunlar nəyə görə ulul-əzm olublar?» Buyurdu: «Çünki Nuh kitab və şəriətlə peyğəmbər göndərilib. Nuhdan sonra gələn hər bir peyğəmbər Nuhun kitabı, şəriəti və yolunu davam etdirdilər. İbrahimin (ə) zamanı çatanda, o, öz suhufu ilə - əlbəttə ki, ona küfr etməyə görə yox- onun kitabını kənara qoymaq əzmində oldu…»
1677 . Peyğəmbərlərin xüsusiyyətləri
5938. Allahın Peyğəmbəri (s): «Biz peyğəmbərlərə əmr olunub ki, camaatla onların ağıl və dərrakələrinə uyğun danışaq».
5939. Allahın Peyğəmbəri (s): «Biz peyğəmbərlərin gözləri yatsa da, ürəkləri yatmır. Arxamızı da önümüz kimi görürük».
5940. Allahın Peyğəmbəri (s): «Peyğəmbərlərin və siddiqlərin əxlaqı başqa-ları ilə qarşılaşanda gülərüzlülük və onlara çatanda əl verməkdir».
5941. Qətadə: «Allah xoş sifət və gözəl səsi olmayan peyğəmbər göndərmədi.»
5942. İmam Əli (ə) (Peyğəmbərləri vəsf edərkən): «Bir dəstəsi zəif idi və Allah onları aclıqla sınadı, çətinliklərə mübtəla etdi, qorxu-hürkülərlə imtahana çəkdi və ağır həyatla altlarına üstlərinə çevirdi. …Musa ibn İmran qardaşı Harunla (ə) əyinlərində yun paltar və əlində taxta əsa Fironun yanına getdilər…»
Pak olan Allah peyğəmbərlərini seçəndə xalis qızıl mədən və xəzinələrini, ağaclarla dolu bağlarını onların üzlərinə açmaq istəsəydi... hər an bu işi görərdi və belə etsəydi, onda sınaq aradan gedər və mükafat götürülərdi...
Ancaq, Pak Allah göndərdiklərini möhkəm iradə sahibləri, zahiri vəziyyətlərinə görə kasıb etdi. Ancaq onların bu haləti ürəkləri və gözləri, ehtiyatsızlıqdan aşıb-daşıran qənaətlə və gözləri qulaqları narahatlıqdan dolduran ehtiyac və yoxsulluqla birgə idi.
5943. İmam Sadiq (ə): «Allah-taala elə bir peyğəmbər göndərməmişdir ki, camaatı idarə etməyi ona öyrətmək üçün əvvəlcə onu qoyunlara çoban təyin etməmiş olsun.»
5944. İmam Kazim (ə): «Allah səxavətli olmayan heç bir nəbi və vəsi göndərmədi.»
5945. İmam Rza (ə): «Peyğəmbərlərin xislətindən biri də paklıqdır.»
5946. İmam Rza (ə): «Xoş ətirdən istifadə peyğəmbərlərin əxlaqındandır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild