205. Gecə oyaq qalmaq
987. Gecə oyaq qalmaq
3140. Allahın Peyğəbməri (s):«Üç şeydən qeyri səbəbə gecə oyaq qalmaq rəva deyil: Qur‘an oxumaq, elm öyrənmək və gəlini ər evinə göndərmək.»
3141. Allahın Peyğəmbəri (s):«Xiftən namazından sonra oyaq qalmaq iki nəfərdən- namaz qılandan və müsafirdən- başqa heç kəsə rəva deyil.
3142. İmam Əli (ə):«Gecə (ibadəti üçün) oyaq qalmaq, müştaqların (Allahla ünsiyyət axtaranların) gülüstanıdır.»
3143. İmam Əli (ə):«Allaha itaət və bəndəlik etmək üçün gecə oyaq qalmaq övliyaların baharı və xoşbəxtlərin bağıdır.»
3144. İmam Əli(ə):«Ən üstün ibadət, pak olan Allahı zikr və yad etmək üçün gecə oyaq qalmaqdır.»
3145. İmam Əli(ə):«Ey Allahın bəndələri! Allahdan qorxun, (yaradılış və axirət) fikri qəlbini öz hayına qalmağa məşğul edən, Allah və Qiyamət gününün qorxusu bədənini zəiflədən, gecə ibadəti az olan yuxusunu da əlindən alan alimin qorxduğu kimi qorxun.»
989. Bəzi gecələri (ibadət üçün) oyaq qalmağa həvəsləndirmək
3146. Allahın Peyğəmbəri (s):«Kim Fitr, Qurban bayramlarının gecələrini və Şəban ayının 15-ci gecəsini oyaq qalarsa (əhya saxlayarsa), qəlblərin öldüyü gün onun qəlbi ölməz.»
3147. İmam Rza(ə):«Əmirəl-möminin (ə) üç gecəni yatmazdı: Ramazan ayının 23-cü gecəsi, Fitr bayramının gecəsi və Şəban ayının 15-ci gecəsi. Bu gecələr ruzilər bölünər, ömrün müddəti və həmin il baş verəcək bütün hadisələr təyin olunar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild