5694. «Əl-muhəccətul Beyza»: Davudun (ə) xəbərləri barədə deyilir ki, Allah ona vəhy buyurmuşdur: «Ey Davud! Mən müştaqların qəlbini öz razılığımdan yaratdım və onları zatımın nuru ilə naz-nemət içində qərar verdim…»
Davud ərz etdi: «İlahi! Hansı yolla Sənin yanında bu məqama çatdılar?» Buyurdu: «Xoş gümanla və dünyanı, onun əhlini özlərindən uzaq tutmaqla, xəlvətə çəkilib mənimlə münacat etməklə. Bu elə bir məqamdır ki, ona dünya və əhlini kənara qoyan, heç vaxt onu xatırlamayan, ürəyini mənimçün boşaltmayan və bütün yaratdıqlarımdan Məni seçəndən başqa heç kim ona çata bilməz.»
5695. «Əl-muhəccətul Beyza»: «Ey Davud! Məndən üz döndərənlər, onlarçün neçə intizar çəkdiyimi, onlara necə mehr-məhəbbət bəslədiyimi, onların günahı tərk etməsinə necə də həvəs göstərdiyimi bilsəydilər, hər an mənə olan həvəsdən ölər, mənə olan eşqdən bədənləri hissə-hissə bir-birindən qopardı.»
5696. Allahın Peyğəmbəri (s) (Duada): «İlahi! Sənin qəzavü-qədərinə şadlığı, ölümdən sonrakı xoş həyatı, sənin üzünü görməyin ləzzətini, özünü görməyin sevincini dərgahından diləyirəm!»
5697. Allahın Peyğəmbəri (s): «Kim Allahla görüşməyi istəsə, Allah da onunla görüşmək istər. Kim Allahla görüşü xoşlamasa, Allah da onunla görüşməyi xoşlamaz.»
5698. İmam Əli (ə) (Misir camaatına məktubunda): «Mən Allahla görüşün müştağıyam, gözüm yolda, ümidim isə Onun yaxşı mükafatınadır.»
5699. İmam Əli (ə): «Pak olan Allahla görüşü sevən dünyanı yadından çıxarar.»