329. Allaha yaxın olanlar
1508. Allaha yaxın olanlar.
Qur‘an:
«Və öndə olanlar. Bunlar yaxın olanlardır.»
«Amma (o) yaxın olanlardandırsa asayişdə, rahatlıqda və nemətlə dolu cənnətdə olacaq.»
«Yaxın olanların ondan içdiyi bir çeşmə.»
Hədis:
5209. Allahın Peyğəmbəri (s): «Allah buyurmuşdur: «Heç bir bəndə, vacib buyurduqlarımdan Mənimçün daha əziz olan bir vasitə ilə Mənə yaxınlaşmadı. Həqiqətən o, nafilə namazı ilə Mənə, onu sevməyimə qədər yaxınlaşar. Sevdiyimə görə onun qulağı olaram ki, onunla eşitsin, gözü olaram ki, onunla görsün, dili olaram ki, onunla danışsın və əli olaram ki, onunla zərbə vursun. Məni çağırsa ona cavab verərəm və əgər məndən bir xahiş etsə, ona verərəm.»
5210. İmam Əli (ə): «Doğru və gözəl yəqinlik sizlərlə olsun. Çünki bu ikisi, yaxın olanların ibadətlərinin ən üstünləridir.»
5211. İmam Səccad (ə): «Sizlərdən Allaha ən yaxını, böyük əxlaq sahibi olanlardır.»
5212. İmam Sadiq (ə): «Allahın Davuda (ə) vəhylərindən biri də bu idi: Ey Davud! Həqiqətən, Allaha insanlardan ən yaxın olanı təvazökarlar, ən uzaq olan isə dikbaşlardır.»
1509. Allaha çatmaq.
5214. İmam Əli (ə): «Kim Allaha çatmaq naminə dözsə, Ona çatar.»
5215. İmam Əli (ə)(Şəbaniyyə münacatında):–«İlahi! Hamıdan bütünlüklə qopmağı (nemətini) və yalnız Sənə üz tutmağı mənə nəsib et. Qəlbimizin gözlərini Özünə baxmağın nuru ilə işıqlandır ki, qəlblərimizin gözləri qaranlıq pərdələri yırtıb (Sənin) əzəmət və böyüklük mədəninə qoşulsunlar.»
5216. İmam Əskəri (ə): «Allaha çatmaq, gecənin miniyinə minməkdən qeyri bir vasitə ilə qət edilməyən bir səfərdir.»
5210. Allaha yaxınlaşmağın vasitələri.
5217. Allahın Peyğəmbəri (s): «Ey Əli! Bəndələr yaxşılıq etməklə öz xaliqlərinə yaxınlaşdıqda, sən ağıl işlətməklə Ona yaxınlaş ki, onlardan öndə olasan.»
5218. İmam Əli (ə): «Bəndənin pak olan Allaha yaxınlaşması, onun niyyətlərini xalisləşdirlməsilədir (mümkündür).»
5219. İmam Baqir (ə): «Allahın Tur dağında Musaya (ə) pıçıldadıqlarından biri də bu idi: Ey Musa! Öz qövmünə çatdır ki, yaxınlaşmaq istəyənlər Mənim qorxumdan ağlamaqdan qeyri bir şeylə Mənə yaxınlaşmadılar. Abidlər haram etdiklərimdən çəkinməkdən qeyri bir yolla Mənə ibadət etmədilər. Bə‘zənənlər dünyadan ehtiyacları olmadıqları şeylərə etinasızlıqdan qeyrisi ilə özlərini bəzəmədilər.
Musa ərz etdi: Ey əzizlərin ən əzizi! Onları bu yolda nə sabitqədəm və möhkəm edər? Buyurdu: Ey Musa! Mənim qorxumdan Mənə yaxınlaşmağın yollarını axtaranlar yüksəkliklərin ən uca zirvələrindədir və onların (bu mərtəbədə) heç bir şərikləri yoxdur.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild