355. Boş sözlər və əməllər
1617. Boş sözlər və əməllər
Qur‘an:
"O kəslər ki, boş şeylərdən üz döndəriblər.»
"O kəslər ki, yalan yerə şəhadət verməz və boş şeylərlə rastlaşsalar, böyüklüklə ötüb keçərlər.»
Hədis:
5689. Allahın Peyğəmbəri (s): «İnsanların ən hörmətlisi, boş şeylərdən uzaq olanlarıdır.»
5690. İmam Əli (ə): «Onda Allahın anılmadığı hər bir söz puçdur.»
5691. İmam Əli (ə): «Xeyirli olanları kənara atmaqla, özünü boş şeylərin astanasında qoyma.»
5692. İmam Əli (ə) (Abdulla ibn Abbasa məktubundan): «Elə bir şeyi axtar ki, faydalı olsun. Boş-boş şeyləri kənara qoy. Çünki faydasız işləri kənara atmaq xeyirli işlərə çatmağa səbəb olar.»
5693. İmam Sadiq (ə)(«Boş şeylərdən üz döndərənlər» ayəsi haqda): «Yəni sənin barəndə nahaq (sözlər) danışanlardan, səndən olmayan şeyləri sənə aid edənlərdən Allaha xatir üz döndərəsən.»
Başqa bir rəvayətdə deyilir: Məqsəd avazla mahnı oxumaq, bayağı və qəflət yaradan musiqidir.»
Kitabın adı: Mizanul-Hikmət (xülasəsi) 2-cild