5659. İmam Əli (ə): «Tərslik düşüncəni kəsər.»
5660. İmam Əli (ə): «Tərs adamın fikri və düşüncəsi yoxdur.»
5661. İmam Əli (ə): «Tərs adamın uzaqgörənliyi olmaz.»
5662. İmam Əli (ə): «Tərslik müharibələr törədər və qəlbləri kinli edər.»
5663. İmam Əli (ə): «Məbada tərslik atı səni ölümə atsın.»
5664. İmam Əli (ə): «Məbada tərslik atı dikbaşlıq edib səni təhlükələrə tərəf aparsın.»
5665. İmam Əli (ə): «Tərslikdən çəkin ki, onda üzü-üstə dəyməkdən xilas olasan.»
5666. İmam Əli (ə): «Danlamaqda ifrata varmaq tərslik alovunu şö‘lələndirər.»
5667. İmam Əli (ə): «Xasiyyətlərin ən yaxşısı, onların tərslikdən ən uzaq olanıdır.»
5668. İmam Əli (ə): «Tərslik edən və bu tərslikdə israrlı olan, Allahın qəlbinə (qəflətdən) pərdə çəkdiyi, başının üstünü ağır hadisələrin haqladığı bəxtidönmüşdür.»
5669. İmam Əli (ə): «Vaxtı çatmamış işlərdə tələsməkdən, vaxtı çatanda iş görməkdə lənglikdən, onlar mübhəm olanda və tanınmayanda tərslikdən, aşkar və aydın olanda onlarda süstlükdən çəkin. Buna görə də hər şeyi öz yerinə qoy.»