İmam Əlinin (ə) hikmətli kəlamları 5
Ey oğul, məndən dörd yenə də dörd şeyi (tövsiyəni) yadında saxla ki, onlara əməl edərək gördüyün heç bir iş sənə ziyan vurmaz: ən üstün var-dövlət ağıl, ən böyük qorxu xudpəsəndlik və ən üstün böyüklük xoşxasiyyətlilikdir.
Ey oğul, axmaqla dostluq etməkdən çəkin! Çünki o sənə xeyir vermək istəyər, amma ziyan vurar. Xəsis adamla dostluq etməkdən çəkin! Çünki o, çox ehtiyacın olan şeyi səndən əsirgəyər. Pis əməl sahibi ilə dostluq etməkdən çəkin! Çünki o səni çox ucuz qiymətə satar. Çox yalan danışan adamla dost olmaqdan çəkin! Çünki o, uzağı yaxın və yaxını uzaq edən ilğım kimidir.
Müstəhəb əməllər vacibata zərər yetirərsə, onların vasitəsi ilə Allahın rəhmətinə yaxınlaşmaq rəva deyil.
Ağıllı adamın dili qəlbinin, axmağın isə qəlbi dilinin arxasındadır.
İmam (ə) xəstələnmiş səhabələrindən biri dedi: Allah sənin xəstəliyini, günahlarının silinməsi qərar verib. Həqiqətən, xəstəlik üçün savab yoxdur, lakin xəstəlik günahları aradan aparır və onları yarpaqlar ağacdan tökülən kimi tökür. Savab və mükafat yalnız dilə gətirilən əl-ayaqla yerinə yetirilən əməllərə verilir. (Bir halda ki, xəstəlik, nə zikrdir, nə də ki, əməl). Hər bir nöqsandan pak və uzaq olan Allah, istədiyi bəndəsini niyyətinin paklığı və batininin saflığına görə Cənnətə daxil edir.
Allah Xəbbab ibn Ərətti bağışlasın. Çünki o, İslamı rəğbətlə qəbul edərək,itaətkarlıq üçün vətənindəm hicrət edib. (Dünya malından)-biləcək (dolana biləcək) Keçinə miqdara qane olan bir şəxs idi. O,Allahdan razı və məmnun halda, mücahid olaraq yaşadı.
Xoş o adamın halına ki, məad və dönüş yerini yadına salır, hesab-kitab və sorğu-sual üçün iş görür, dolana biləcəyi gündəlik ruziyə qane olur, eləcədə Allahdan razı və məmnun olur.
Əgər mənimlə düşmən olsun deyə, bu qılıncımla möminin burnun vursam, heç vaxt bunu etməyəcək (mənimlə düşmən olmayacaq). Həmçinin əgər məni sevsin deyə, bütün dünyanı (dünya var-dövlətini) münafiqin başına töksəm, əlbəttə məni sevməyəcəksən.Bu, ilahi hökmdür və (bu ilahi hökm) təhsil görməmiş Peyğəmbərin (s) dilində belə cari olub: "Ya Əli! Mömin səninlə düşmən olmaz və münafiq səni sevməz”
Səni qəmləndirən pis bir iş, Allah yanında, səni məğrurluq və öyünməyə vadar edən yaxşı əməlindən daha xeyirlidir.
İnsanın qədir-qiyməti onun himməti, düzlüyü onun cömərdliyi, şücaəti isə onun şərəfi çirkin və nalayiq işləri ar bilməsi qədərindədir. Eləcə də namus və isməti onun qeyrəti qədərdir.
Kitabn adı: İmam Əlinin (ə) xatirələri