1228. Üzrxahlığa səbəb olan işlərdən çəkinmək.
4044. «Misbahul Şəriyyə»: (Allahın Peyğəmbəri) Buyurmuşdur: «Onun səbəbinə üzr istəyəcəyin işdən çəkin. Çünki, onda bir şirk gizlənmişdir.»
4045. İmam Hüseyn (ə): «Ona görə üzr istəyəcəyin işdən çəkin. Çünki, mömin nə pislik edər, nə də üzr istəyər. Münafiq isə hər gün pislik edər və üzr istəyər. »
4046. İmam Sadiq (ə): «Möminin özünü xar etməsi yaraşan iş deyil.» Ərz etdim: «Özünü necə xar edər?»Buyurdu: «Üzr istəməsinə səbəb olacaq iş görməklə.»
1229. Üzr diləyənin üzrünü qəbul etməyə həvəsləndirmək.
4047.Allahın Peyğəmbəri (s): «Kimsə başqasının üzrxahlığını- istər əsaslı olsun, istərsə də, əsassız- qəbul etməsə Kövsər hovuzunun kənarında mənimlə görüşməz.»
4048. İmam Əli (ə): «Qardaşının üzrxahlığını qəbul et. Onun üzrü olmasa da, özün bir üzr fikirləş.»
4049. İmam Əli (ə): «İnsanların ən ağıllısı üzrləri ən çox qəbul edəndir»
4050. İmam Səccad (ə): «Kimsə sənin sağ tərəfindən səni söyüb sonra da sol tərəfinə keçib üzr istəsə, üzrxahlığını qəbul et.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild