Öpərik bu təşti cami
Öpərik bu təşti cami, edərik fəğan, Əbəlfəzl.
İki qolların su üstə qələm oldu, can, Əbəlfəzl.
Sənin o müqəddəs adın yazılıbdi təşti-camə
Edirik Hüseyn əzasın adına biz, ya Əbəlfəzl.
Nə qədər cahanda su var tapaçaq bu qəmi idamə
Su görəndə əhli aləm deyəcəkdir-can, Əbəlfəzl.
Eyləyir adın gələndə Sənə kainat da təzim
O məzarına həmişə eyləyər Fərat da təzim.
Sənə həsr olunca eylər hamı pakizatı təzim.
Adına həmişə təzim eyləyir cahan, Əbəlfəzl.
Bu məqamü-şənini yox eyləyən cahanda inkar
Eyləyir-vüsuli-izzət, qapına dəxil olanlar
Sənə dərdini həmişə eyləyən ürəkdə izhar
O nəhani-dərdə dərman olacaq əyan, Əbəlfəzl.
Necə yanmayaq bu qəmdan, necə gəlməyək vəqanə?
Necə xuni-qəlbi gözdən üzə etməyək rəvanə?
Boyanıb Sənin su məşqin, su yolunda laxta qanə
Su görəndə seyli-əşgil edirik rəvan, Əbəlfəzl.
Yetişəndə başın üstə, şahi teşnə gördü nagah
Səni torpağa yıxıblar, sitəm ilə qövmü gumrah
Başın üstə acdı başın, dedi vay vəzirim ol şah
Başını alıb diz üstə, şəhu ünsü-can Əbəlfəzl.
Dedi dur ayağa qoyma məni bikömək bu çöldə.
Gülür əşgiyə görəndə məni beylə tək bu çöldə.
Ürəyim yanır əlin yox, verək əl-ələ bu çöldə.
Eyləyir bu qəmli ahım məni bağrı qan, Əbəlfəzl.
Sənin adın ilə Nasir dilini edibdi mənus
Onu daimə bəladan eyləyən adını məhrus
Budur arzusu dildə, ola birdə asitan bus
Öpə pak dərgahından, ala təzə can, Əbəlfəzl.