Ətşan səqqayəm
Atdan yıxıldım torpağa gəl Hüseynim gəl,
Torpağa üz qoydum əxa, gəl Hüseynim gəl,
Səqqayi-ətşanam - qanıma qəltanam.
Qaldı susuzlar teşnələb xeymədə,qardaş,
Cam əldə qızlar teşnələb xeymədə,qardaş,
Əsğər çalıxlar teşnələb xeymədə, qardaş,
Qəmxanə oldu Neynəva gəl Hüseynim gəl.
Səqqayi-ətşanəm - qanimə qəltanam.
Müşkün düşübdü bir yana nəhr Əlqəmədə,
Pərçəm batıbdı al qana nəhr Əlqəmədə,
Qollar düşübdü torpağa nəhr Əlqəmədə,
Can eylərəm dinə fəda, gəl Hüseynim, gəl,
Səqqayi-ətşanam - qanıma qəltanam.
Rütbeyi-vala verib Əbbas, həqq yekta sənə,
Bəsdi bu şənidə oğlum səsləyib Zəhra sənə,
Ənbiya həsrət çəkibdir bir Hüseyn tək qardaşa,
Verməyib heç bir kəsə Allah verib tənha sənə,
Səqqayi-ətşanam - qanıma qəltanam.
Əzizi-Fatiməyə sahibi-ləvasan, Əbəlfəzl,
Əbul-əimmə kimi məzhəri vəfasan, Əbəlfəzl,
Üzün qoyan qapına mətləbin alar səndən,
Deyər məqamına qurban düyün güşasən Əbəlfəzl,
Səqqayi-ətşanam - qanıma qəltanam.
Bağban ölsə gül dərəndə kim ağlar,
Bülbül getsə bu çəməndə kim ağlar,
Sən öləndə mən ağladım, Əbəlfəzl,
Başım üstə mən öləndə kim ağlar?
Səqqayi-ətşanam - qanıma qəltanam.