Qarəti-xiyam
Dadə gəl odlandı xiyam, Hüseynim, Hüseynim,
Düşdü çölə əhli-hərəm, Hüseynim, Hüseynim!
Oldu ürək tiri-qəmə nişanə, nişanə,
Saldı bizi gözdən əcəb zəmanə, zəmanə,
Qızlar olub dəşti-qəmə rəvanə, rəvanə,
Kama çatıb qövmi züləm, Hüseynim, Hüseynim!
Əhli-hərəm oldu bəla düçari, düçari,
Şölə çəkib artdı ürək şərari, şərari,
Ovçu necə damə salar şikari, şikari,
Damə düşüb əhli-hərəm, Hüseynim, Hüseynim!
Dildə mənim dərdi-dilim nihandı, nihandı,
Xeymə yanıb izzətimiz talandı, talandı,
Ey şəhi-din çarə elə amandı, amandı,
Zülm eliyir əhli-sitəm, Hüseynim, Hüseynim!
Qızlarının parçalanıb dodağı, dodağı,
Sili dəyib nili olub yanağı, yanağı,
Çoxlarının yarəlidir qulağı, qulağı,
Yandırar afaqı bu qəm, Hüseynim, Hüseynim!
Taqətü-aramımızı alıblar, alıblar,
Qəlbimizə tiri-qəmi çalıblar, çalıblar,
At döşünə qızlarını salıblar, salıblar,
Şövkətimiz oldu behəm, Hüseynim, Hüseynim!
Ey şəcəri por səməri-risalət, risalət,
Fəxridi alillahə bu şəhadət, şəhadət,
Ölməmisən eylə kərəm, Hüseynim, Hüseynim!
Ali-Əlinin pozulub nizamı, nizamı,
Almış ələ indi ədu zamanı, zamanı,
Yandırır odlarda qoşun Imamı, Imamı,
Çarə qıl ey miri üməm, Hüseynim, Hüseynim!
Taqətimi əldən alıb Səkinə, Səkinə,
Gül kimi qəmdən saralıb Səkinə, Səkinə,
Bilmirəm heç harda qalıb Səkinə, Səkinə,
Ol gülü Siddiqəsiyəm, Hüseynim, Hüseynim!
Dama düşübdür o gözəl qənari, qənari,
Döndü xəzan oldu onun bəhari, bəhari,
Düşsə gülüstanə əgər güzari, güzari,
Sərvin edər qəddini xəm, Hüseynim, Hüseynim!
Yoxdu dünyanın Hüseyn səfası, səfası,
Çoxdu qəmi yoxdu vəli vəfası, vəfası,
Nökərinin ərşə çıxıb nəvası, nəvası,
Etdikcə nöhə rəqəm Hüseynim, Hüseynim!