Ya Hüseynim, qəlbim sənin yerindədr,
Sənin üçün ağlamaq da şirindir,
Sənin dərdin dərindən də dərindir,
Dərdinə biz şəfadarıq Hüseynim.
Əsgərini qucağında uyudan,
Çıxarmısan bizi dərin quyudan,
Heç vaxt olmaz bizi səndən soyudan,
Biz aşiqi-vəfadarıq Hüseynim.
Qəlbimizin içində bir ocaqsan,
Sən İslama ümid yeri, dayaqsan,
Bizə nicat gəlmisisən, çıraqsan,
Biz də sənə əzadarıq Hüseynim.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.