Quran oxu sən!
Quran oxu sən, natiqi Quransan Hüseynim
Bilsin hamı Quranivə qurbansan Hüseynim
***
Aramımı aldı sitəmi əhli nifaqın
Amma bu keçən şəblərə sər saldı fəraqın
Çox başüvə müştaq idim dil əfsus saraldın
Tutsun dedilər Xuliyə mehmansan Hüseynim
***
Gəl nizədə Quran oxu sən, surəbəsurə
Gah döndərirsən mətbəxi Musa kimi nurə
Gahi qoyursan gül üzivi künci tənurə
Gah nuki cidadə məhi tabansan Hüseynim
***
Qol bağlı çəkərlər məni hər şəhrü-diyarə
Hər yerdə vurarlar yaralı başivə yarə
Çarəm kəsilib eylə Hüseyn, dərdimə çarə
Biçarələrin dərdinə dərmansan Hüseynim
***
Allah Özü rüsva eləsin ibni Ziyadı
Övladi Rəsulə qoyub o xarici adi
Başun qabağıyca çöküri qari Minadı
Quran oxu bilsinlər müsəlmansan Hüseynim
***
Gər versələr başın öpərəm bir də üzündən
Silləm o tənurun külünü qanlı gözündən
Xuli eliyən zülmü xəbər allam özündən
Ehsas edərəm hali pərişansan Hüseynim
Ol dad edirəm var bacuvin bəndi tənabı
Ya Şümri vuran qəmçilərin çoxdu əzabı
Amma deyirəm Zeynəbivin çoxdu əzabı
Sən peykəri, ya qeyrəti Yəzdansan Hüseynim
***
Mən şahi vilayət qızıyam duxti Əliyəm
İsmətdə nümayəndeyi Zəhrayi Bətuləm
Bu zülmi cəfadəndən Hüseyn cani məluləm.
Mən naqədə, sən nizədə nalansan Hüseynim
***
Ey kaş, anam Fatimə gəlsin bu diyarə
Etsin özü öz bəslədiyi barə nəzarə
Başüvə rəvadır vuralar bir belə yarə
Gülşəndə solan gül kimi xəndansan Hüseynim
***
Bax gör necə bir halı pərişandı Ruqəyyə
Zəcri sitəmi cövridə odlandı Ruqəyyə
Həm xəstədi, həm acdı, həm ətşandı Ruqəyyə
Al könlünü, qəmxari yetimansan Hüseynim
***
Qardaş bu həmən şəhridi Zeynəb sənə qurban
Hər övrətin halını soruşdum məni nalan
Bir ömri oleydi mənə fəxriyyə sənə xan
İndi mənim əhvalimə giryansan Hüseyim
***
Asi "Kərimi”nin əli boşdur üzü qarə
İstər gələ bir ol şeş guşə məzarə
Bəlkə gələ qəbrindən ala dərdinə çarə
Məhşər günü sən şafei üsyansan Hüseynim
Qurani Kərim buyurur: "Hər kəs məzlumcasına qətlə yetirilsə, Biz onun üçün vəli (intiqamçı, qisasçı) qərar verərik və o da qisas hökmündə israfçılıq etməsin, həddi aşmasın. Həqiqətən o, (qətlə yetirilən) nüstətə yetmişdir.” Bəni üməyyə İmam Hüseyni zülm ilə qətlə yetirdi, amma hələ də onun qisası alınmayıb. Hədislərdə var ki, onun, həmçinin Xanım Fatimənin intiqamını İmam Zaman (əleyhis-salam) zühur edib kafirlərdən alacaqdır.