3. Fatimə - Kərbəla düzündə bir lalə
Gözəl "Fatimə” adını ismət və paklıq ailəsində, peyğəmbərlik və imamlıq sülaləsində bir daha kiçik fasilədən sonra böyük bir evdə - heyrətli və dəhşətli bir faciədə görürük. Bu dəfə azadlıqsevərlərin başçısı, şəhidlərin öndə gedəni, şiələrin üçüncü imamı Hüseyn ibn Əlinin (ə) evində başqa bir Fatimə ilə üzbəüz dayanmışıq.
Qan və üsyan meydanının öndə gedən başçısı imam Hüseyn (ə) – şəhidlik məktəbinin əsasını qoyan o həzrət böyük və müqəddəs, məsum anasının xatirəsi şərəfinə öz qızına onun müqəddəs adını qoymuşdu. Və imam Hüseynin (ə) qızı Fatimə Kərbəla düzündə tarixin ən böyük faciəsini – bəşəriyyət tarixində ən böyük ar hesab olunan o qanlı günü öz gözləri ilə görən ətirli lalələrdən biri idi. İmam Hüseynin (ə) Aşura müsibətinin şahidi olan imamlıq nəslinin üzvlərindən biri idi...
Bəli, kədər hissi ilə görürük ki, körpə Fatimə Kərbəla düzündə yanmış çadırların yanında qalaraq qan və şəhidlik məktəbinin ətirli qanlarının axmasını, qönçələrin yerə düşməsini öz gözləri ilə görür. Yenə də onu görürük: bu dəfə imamın (ə) əhli-beytinin başqa üzvləri ilə birgə əsirliyə gedərkən gözümüzə dəyir. Budur o, başqa əsirlərin arasında Kufəyə daxil olur. Əslində onları əsir edənlərin özləri əsir idilər. onların böyüklük və əzəmətinin əsiri. Fatimə o zaman böyük atası Hüseynin (ə) məktəb və məntiqini görür – hörmətli qardaşı səccadə imamı müdafiə yolunda mübarizə meydanına daxil olur. Onu, atasının və qardaşının həqiqətlərini bəyan edərkən, atəşin və alovlu müdafiə xütbələri oxuyarkən görürük. Bu vəziyyətdə onu görənlərin gözləri qamaşır, ağılları heyran qalır. Və nəhayət onu ulu bibisi həzrət Zeynəbi-Kübra ilə çiyin-çiyinə görürük. O bibisi ilə ki, Aşuranı qəlblərdə oyadan, Kərbəlanın aslana bənzər qadını idi. O qanlı Hüseyn (ə) inqilabının müdafiəsinə qalxdı və böyük atasının müqəddəs hərəkatını aydınlaşdırmaq işində bir an belə yorulmaq bilmədi.
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild