O İmam Cəfəri Sadiq
Bir İmam Quran elmin aləmə islah elədi,
Bir İmam sirri olan məhsini aşkar elədi.
Bir İmam islam adın hər tərəfə car elədi,
Elmi başdan-başa sirrdir, elmidə, eşqidə birdir.
Kimdi bu tərifə layiq? Kimdi bu elmə müğafiq?
Kimdi bu eşqidə faiq? o imam Cəfəri Sadiq.
İslamın elimi əgər sirri olub qalmış idi,
Sirri aşkar etmək əmri İmam almış idi.
Bütün aləm nəzəri bu İmama salmış idi,
Mədrəsə şəklinə saldı, sədası aləmi aldı.
Yüzlərcə aləmi qaldı, bizlərə hədiyyə oldu,
Kimdi bu tərifə layiq? Kimdi bu elmə müğafiq?
Kimdi bu eşqidə faiq? O İmam Cəfəri Sadiq.
Bir İmamın adı Sadiq, özü sadiq,
Sözü sadiq, əməli həm gözü sadiq,
Kimdi bu tərifə layiq? Kimdi bu elmə müğafiq?
Kimdi bu eşqidə faiq? O İmam Cəfəri Sadiq.
Həzrəti Əlinin oğlu Həsənin qardaşı Huseyn,
Huseynin oğlu Zeynalabidinin oğludur Baqir.
Baqirin oğludu Sadiq, Sadiqin oğludu Musa,
Musanın oğludu Rza və Rzanın oğlu Cavaddır.
Cavadın oğlu Əliyyən Nəqi, Nəqinin oğlu Həsən Əskəri,
Həsənin oğlu İmam Məhdi Sahibi Zamandı.
Salavatla onları zikr et, çün onlar 12 İmamdı.