Amma bax Huseyn adı pirayədi fərşə,
Misbahi hidayət yazılıb fəhleyi ərşə.
Var kimdə Huseyndən sonra ayabi cəlalət,
İnsanlara öyrətdi Huseyn dərsi şəhadət.
Bir dəstə kiçildəndə Huseyni yanıram mən,
İddia eləyir Fatimə oğlun tanıram mən,
Əccani sənani necə insan saniyam məs,
Sirri şəbi qədruhini heç kim tanıyammaz.
Ayineyi əzəli kimdi? HUSEYNDİ!
Zəhra balası cani Əli kimdi? HUSEYNDİ!
Xilqətdəki ruhi hərəkət kimdi? HUSEYNDİ!
Göylərdə də yerdə bərəkət kimdi? HUSEYNDİ!
Zəhra dilinin tabu-təbi kimdir? HUSEYNDİ!
Zini şərəfi duşi Nəbi kimdi? HUSEYNDİ!
Həxdən çatan ovcu şərəfə kimdi? HUSEYNDİ!
Təfsiri duai ərəfə kimdi? HUSEYNDİ!
Zəhra ona köynək toxuyan kimdi? HUSEYNDİ!
Sərnizədə Quran oxuyan kimdi? HUSEYNDİ!
Mülkünü tarac eliyən kimdi? HUSEYNDİ!
Qundaqda merac eliyən kimdi? HUSEYNDİ!
Belə məktəb şərəf onnası becərdər
Ustad Huseyn olsa gəl Əbbası becərdər!