Lə Fəta illə Əli, lə Səyfə illə Zülfiqar
Lə Fəta illə Əli, lə Səyfə illə Zülfiqar
Məkkədə Kəbə içində doğulan can kimdi?
Peyğəmbərə canişin, ilkin müsəlman kimdi?
Allahın sevimlisi o ali insan kimdi?
La fəta illa Əli, la Səyfə illa Zülfiqar.
Qollarında qırx kişinin gücü vardı Əlinin,
Bəlağəti ,kəsəri, sərtliyi vardı dilinin,
Siratəl Müstəqimdi O --düzlüyü vardı yolunun.
La fəta illa Əli ,la səyfə illa Zülfiqar.
Şir kimi atılanda Haqqın yolunda savaşa
Qılıncının zərbəsindən kəramət gəldi daşa.
Heydəri-Kərrar eşqiylə mələklər gəldi cuşa:
"La fəta illa Əli, la səyfə illa Zülfiqar"
Canfəda məktəbinin qoydu təməlin-binasın,
Hər döyüşdə, hər zəfərdə qurdu Şeytanın yasın.
Tək bircə zərbəsiylə qopardı Xeybər qapısın,
La fəta illa Əli, La səyfə illa Zülfiqar.
Ühüd döyüşü idi ,qan uddurdu kafirlərə.
"Allahu Əkbər!"deyib dönmüşdü aslana-şirə.
Öz canıyla sipər oldu Muhamməd(s.av) peyğəmbərə
Cəbrail nazil olub gətirdi Tanrıdan xəbər:
" La fəta illa Əli
la səyfə illa Zülfiqar!"
Müəllif: Tamara Rüstəmova Şirvan şəhər 21 saylı məktəbdə müəllim
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.