Çeşmeyi irfan fəqət səndən gəlir ariflərə,
Çün nəbidən sonra sənsən əsli hikmət sahibi,
![Redaktə üçün giflər [2] Redaktə üçün giflər [2]](http://imgs.su/users/26312/1405495113.jpg)
Eyni nurdan xəlq edibdir Xaliqi - Sübhan bizi
Tərifində çün buyurmuş Ol risalət sahibi
Şəninizdə nazil olmuş Həl - əta vu Adiyat
Böylə vermiş qiymətin vəhyində qüdrət sahibi
![Redaktə üçün giflər [2] Redaktə üçün giflər [2]](http://imgs.su/users/26312/1405495113.jpg)
La fəta illa Əli (ə) La seyfə illa Zülfüqar,
Tək səninçün nazil etmiş, cümlə xilqət sahibi
Cəng meydanında yoxdur bir kişi həmta sənə,
Elm mey<!--dledanında da yox bir rəqabət sahibi
Sən elə bir sirrisən ki, sirri - Bismillahisən,
Fəxr edir çakərliyində hər kəramət sahibi
İsmi - ə`zəmdir mübarək isminiz məşhurudur,
Şad olar sidq ilə gər, səslənsə hacət sahibi
![Redaktə üçün giflər [2] Redaktə üçün giflər [2]](http://imgs.su/users/26312/1405495113.jpg)
Ya Əmirəl - Muminin vəsfində acizdir qələm,
Ey şücaət, ey səxavət, ey xilafət sahibi
Ya qəsimən- nari vəl- cənnəh şəfi ' ol Talibə,
Əfvin üçün gər deyilsə, ol ləyaqət sahibi
![Redaktə üçün giflər [2] Redaktə üçün giflər [2]](http://imgs.su/users/26312/1405495113.jpg)
Müəllif: Hacı Qəzənfər Talib