» » Fəzilətlər və yüksək bəşəri keyfiyyətlər qarşısında qadının boyun əyməsi, itaətkarlıq göstərməsi təəccüblü deyil


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Fəzilətlər və yüksək bəşəri keyfiyyətlər qarşısında qadının boyun əyməsi, itaətkarlıq göstərməsi təəccüblü deyil
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 27-12-2014, 16:00 | Baxılıb: 1 332
     

    Fəzilətlər və yüksək bəşəri keyfiyyətlər qarşısında qadının boyun əyməsi, itaətkarlıq göstərməsi təəccüblü deyil

    Nə olmuşdu, nə baş vermişdi ki, görkəmli, məşhur bir ərəb qadını – var-dövlət içində yaşamış bir qadın birdən-birə, gözlənilmədən əyan təbəqəsinə məxsus adət-ənənələrə məhəl qoymadan bütün buxovları qırdı, ayaqları altına atdı?! Başıuca halda və qürurla irəli çıxdı ki, onun-bunun heyrətli gözləri qarşısında əlini hər cür işlərə vursun. Hətta elə işlərə ki, bəlkə də adi və sadə ailələrdən çıxmış qadınlar belə əllərini bu cür işlərə bulamazdılar...
    Bu macəranın sirri və rəmzi təkcə bir incə mətləbdə gizlənmişdi: görkəmli şəxsiyyətə, misilsiz etibara malik bir qadın – qarşısında bir çox qadınların, hətta bir çox kişilərin itaətlə dayandıqları bir qadın indi yüksək bəşəri fəzilətlər və ali insani vücudunda işıq saçan bu əlamətlər önündə özünü itaətkar bir vəziyyətdə görürdü. Və burada heç bir təəccüblü şey yoxdur. 
    Bəli, bu Xədicə idi ki, ali bir şəxsiyyət qarşısında, Məhəmmədin (s) yüksək fəzilətləri və ali bəşəri keyfiyyətləri önündə bu cür boyun əyərək itaətkarcasına durmuşdu. Artıq onun üçün əyanlara məxsus adət-ənənələrin heç bir əhəmiyyəti yox idi. Bu görkəmli və tanınmış şəxsiyyət həmin o qadın idi ki, bir çox qadınlara və kişilərə əmrlər verirdi. Həmin o qadın idi ki, yüklə dolu ticarət karvanları Ərəbistana və uzaq-uzaq ölkələrə yola düşərkən gözləri qamaşdırır və onunla danışanların qəlbindəki şövq və həvəslərini qızışdırırdı. Həmin o qadın idi ki, ərəb əyanları, qəbilə başçıları, sərvət və şöhrət sahibləri, nüfuzlu və hörmətli şəxslər dəfələrlə ona elçi göndərmiş, lakin onların heç birinin təklifini qəbul etməmişdi. Çox güman ki, onların heç birini özünə layiq bilməmişdi. 
    Amma indi həmin o görkəmli və hörmətli qadın – bütün Hicaz torpağında tayı-bərabəri ollmayan o qadın böyük bir şövq və həvəslə, tərifə sığmayan bir hiss və 
    duyğularla özü qabağa gəlmiş, ilk addımı özü atmış, Məhəmmədlə (s) evlənmək təklifini özü irəli sürmüşdü. 
    Beləliklə, Məhəmmədlə (s) Xədicənin evlənməsi baş tutdu. Bu mübarək evlənmə üçün tədarük görülməyə başlandı. Xədicə bu evlənmədə nəinki elçilik adət-ənənəsini dəyişdirdi, həmçinin o zamankı cahiliyyə ərəbləri arasında mövcud olan bütün evlənmə qaydalarını da ayaqları altına atdı. Hətta kəbinpulu məsələsində də görünməmiş bir işə əl atdı. Qabaqlar ona elçi gələnlərin böyük sərvətləri, qiymətli malları olmasına baxmayaraq, yenə də Xədicə Məhəmməd (s) barədə başqa cür rəftar etdi. Belə ki, kəbinpulu kişi tərəfindən ödənilməsinə baxmayaraq, o, bunu öz malı, sərvəti hesabına ödədi. Kəbinpulu olaraq danışılmış dörd min dinarlıq məbləği özünün sonsuz var-dövlətindən götürüb Məhəmmədə (s) hədiyyə verdi. 
    Xədicə bu cür yüksək əxlaqi keyfiyyətləri və bir tərəfdən əzəmət və şəxsiyyətini göstərən, digər tərəfdən də sadəliyi və təvazökarlığından xəbər verən bənzərsiz rəftarı ilə göstərdi ki, doğrudan da, onun şöhrəti və imtiyazları sərvət toplamaq, ticarətdən hədsiz gəlir qazanmaq xatirinə deyil. Əksinə, onu bir şəxsiyyət kimi tanıdan, ona sonsuz nüfuz və şöhrət qazandıran fikir dərinliyi, təfəkkür tərzinin aliliyi, mənəvi aləminin zənginliyi idi. Bütün bu cəhətləri Xədicəni başqa qadınlardan fərqləndirir, daha üstün edirdi. 
    Bəli, Xədicə bu cür qəribə və təəccüblü rəftarı ilə aşkara sübut etdi ki, evlənmə məsələsində o, dövrün qadınları arasında yayılmış baxışlardan, fikirlərdən uzaqdır. Xədicə sübut etdi ki, evlənmə məsələsində heç vəchlə gözünü gələcək ərinin sərvətinə, var-dövlətinə dikməmişdir. Böyük sərvəti olan kişinin intizarında və ağır kəbinpulu almaq niyyətində deyil. Ərindən vəzifə və əyanlıq, maddi və dünyəvi şöhrət ummur. Əksinə, elə bir ömür-gün yoldaşının yolunu gözləyir ki, mənəvi sərvətləri gur şəlalə kimi, saf və şəffaf yağış damcıları kimi saysız-hesabsız olsun. Elə bir ər istəyir ki, varlığı fəzilət və dərin mənalarla, yüksək insani dəyərlərlə zəngin olsun. Bəli, o, elə bir ər istəyirdi ki, fəzilət və mənəviyyat kişisi olsun. Aydındır ki, belə bir şəxs Peyğəmbərdən (s) başqa heç kəs ola bilməzdi. 

    Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild
    Müəllif: Əqiqi Bəxşayişi
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 27 Aralık 2014 23:35 | İstifadəçi | Şərh yazdı
    Allahın salamı ve salavatı üzerinize olsun inşAllah.Allah razı olsun bacım İnşAllah.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.