» » İslam örtüyü qadın üçün təhqirdir, yoxsa qadın şəxsiyyətinə verilən qiymətdir?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İslam örtüyü qadın üçün təhqirdir, yoxsa qadın şəxsiyyətinə verilən qiymətdir?
    +5
    Müəllif: gulsum | 26-05-2014, 19:00 | Baxılıb: 1 490


    İslam bədxahlarının İslama ən çox irad tutduğu məsələlərdən biri İslam örtüyü – qadın hicabıdır. Onlar ya nadanlıqları və məlumatsızlıqları, ya da qərəzçilikləri və düşmənçilikləri üzündən belə hesab edirlər ki, İslam örtüyü İslam cəmiyyətində qadının təhqir olunmasının bir əlamətidir. Ona görə biz də bu kiçik söhbətimizdə - dünyanın ən görkəmli qadınının şəxsiyyəti, bütün keçmiş və gələcək nəsillərin qadınlarının nümunəsi ilə bağlı mövzuya giriş sayıla bilən qeydlərimizdə bu məsələyə çox qısa bir nəzər salaraq onu ötəri və icmal şəklində araşdırmağı məqsədəuyğun sayırıq, çünki necə deyərlər: "Əgər evdə bir kəs varsa, bir söz bəsdir.”
    Heç bir aydın görən baxışdan, ayıq, açıqürəkli vicdandan uzaqda olmayan həqiqət bu məsələnin sirrini və rəmzini bizə tam aydınlığı ilə aşkar edir. Doğrudan da, İslamda qadın örtüyündən məqsəd heç də onun şəxsiyyətinə qarşı etinasızlıq və ya təhqir rəva bilmək deyil, əksinə, "Şarei-müqəddəs”in (müqəddəsqanunvericinin – Peyğəmbərimizin epitetlərindən biridir (tərcüməçi)) qadın şəxsiyyətinə hörmət və ehtiram bəxş edən bu örtükdə məqsədi budur ki, qadının vücudunda onu çirkin, qeyri-insani, nifrətedici cahil görünüşlü bir şeyə çevirən və belə bir görünüşdən kişilərdə ləzzət, təmənna, şəhvət hisslərini oyadan şeylər yox, onun əsl insani keyfiyyətləri ilə bağlı nemətlər görünsün. Bəli, qadın örtüyü İslamın aydın baxışlarına görə, əslində elə bir təsirli vasitə və kəsərli silahdır ki, qadının qadınlıq təbiətində yol verə biləcəyi özbaşınalığın həddini aşmasın. Qadına bir oyuncaq surət kimi tamaşa etmək, bu işdən ləzzət almaq üçün onun nümayiş etdirilməsinə icazə vermir. Əksinə, bütün bu xüsusiyyətləri baxışlardan gizlədir ki, qadınlar da kişilərlə bərabər və eyni şəraitdə bütün ictimail sahələrdə özlərini göstərməkdən, nümayiş etdirilməkdən qayğısız-arxayın halda qurub-yaradan kişilər kimi yalnız öz öhdələrinə düşən bəşəri fəaliyyətləri və yaradıcı iş-gücləri ilə məşğul olsunlar və bu baxımdan qiymətləndirilsinlər.
    İslam hicabının nəticəsində qadın özünün zahiri vücudunun görünən tərəflərini bir kənara qoyaraq öz istedad və bacarığını kişilərlə çiyin-çiyinə həyatın müxtəlif qurucu sahələrində göstərə bilir. Yəni Allahın bəxş etdiyi bütün istedad və bacarığını əbəs yerə təkcə özünə bəzək-düzək verməkdə, gözəl görünmək üçün əlləşməkdə və özünün qadınlıq əlamətlərini təhqiramiz bir şəkildə nümayiş etdirməkdə göstərməsin və həyati dəyərlərə yalnız bir meyarla nəzər salmasın.
    Qeyri-İslam cəmiyyətinə, xüsusilə də kapitalist ölkələrinə qısa bir baxış göstərir ki, orada qadın üçün onun insanlıq və şəxsiyyətini örtən pərdə nəzərə alınmamışdır. Bundan məqsəd qadının təbii gözəlliyindən qeyri-qanuni qazanc vasitəsi kimi istifadə etməkdir. Belə ölkələrdə qadın şəxsiyyəti, onun cəmiyyətdəki layiqli yeri nəinki nəzərə alınmır, əksinə, ona yalnız bir oyuncaq və əyləncə, eyş-işrət vasitəsi və ya istehlak cəmiyyətinin bazarda satılan bir məhsulu kimi baxırlar.
    İslam isə, əksinə, qadına tamam başqa gözlə baxır, onun yalnız insani keyfiyyətlərini nəzərə alır. Həyatın bütün mərhələlərində nəinki kişilərə qadına bir "oyuncaq vasitə” kimi baxmağa qadağan edir, eyni zamanda qadınlara da icazə vermir ki, islami şəxsiyyətlərini ayaqlar altına atsınlar və öz özlərini bir alçaqlıq, həqarət əskisinə çevirsinlər.Bu ali hədəf İslamın bütün hökm və təlimlərində, xüsusilə də müqəddəs Quran ayələrində hər yerdə özünü büruzə verir. Məsələn, Qurani-Kərim, məlum olduğu kimi, qadınlara öz zinətlərini başqalarına göstərməyi, bərkdən və səs sala-sala yeriməyi, başqalarının diqqətini cəlb edən tərzdə yol getməyi, naz-qəmzə ilə danışmağı, özgə kişilərlə kəlmə kəsməyi qadağan etmişdir.Qadının maddi, mənəvi, iqtisadi və siyasi şəxsiyyətinə ehtiramla bağlı Qurani-Kərim və yaradıcı İslam məktəbinin həyatverici təlimləri elə iri addımlar atmışlar ki, dünyanın başqa məktəbləri hələ o ali və yüksək həddə çatmağı təsəvvürlərinə belə gətirməmişlər.Bəli, İslam və Quranın qadına və onun kişi ilə həqiqi bərabərliyinə münasibətlə bağlı fikri, nəzəri belədir. İslamın qadına nisbətən kişiyə dərəcə verməsinə gəldikdə isə bu dərəcə kişinin qdına nisbətən üstünlüyünə görə deyil. Həmçinin ona görə deyil ki, kişi qadına nisbətən Allah dərgahında və İslam aləmində daha çox dəyər və etibara malikdir. Əksinə, yalnız ona görədir ki, kişi özünün oynadığı əsaslı roluna görə (ailəyə başçılıq etmək, ailə üzvlərini yemək-içməklə təmin etmək) daha yüksək dərəcəli məsuliyyətləri öz çiyninə götürmüşdür. Bu məsuliyyət dərəcəsi də elə məsələdir ki, qadınların özü də onun kişilərə verilməsinə müxalif deyillər. çünki qadın ümumiyyətlə götürdükdə daxili təbiətinə və əlaqəsinə görə maddi işlərə o qədər meyl göstərmir və bu işlərin məsuliyyətinin kişidə olmasına üstünlük verir, özü isə qadınlıq xüsusiyyətinə daha uyğun gələn məsuliyyətləri, yəni evdarlığı, ailə işlərini öhdəsinə götürür.Odur ki, kişi üçün dəyər və rütbə, mənəvi məqam baxımından heç bir üstünlük yoxdur. Hər iki məxluq üçün yeganə fəzilət və üstünlük meyarı sözsüz ki, dindarlıq, mənəviyyat, iman, paklıq, tovhid, Allahı tanıma, Allahdan qorxma dərəcələridir. İstər kişi olsun, istər qadın, öz cinsi və növündən asılı olmayaraq bu dərəcələrdən ən yüksəyinə nail ola bilər. Hər bir fərdin ən yaxşı göstəricisi, təbiət və şəxsiyyətini səciyyələndirən cəhəti əslində onun varlığının izlərindən, nişanə və zatından, təbiətindən irəli gələn xüsusiyyətlərindən başqa bir şey deyil. Bu baxımdan insanın hansı cinsdən olması onun fəzilət və üstünlüyü üçün meyar ola bilməz. Qədim astronomiya elminə görə hərarətli, enerji doğuran günəş qadın surəti şəklində, ay isə kişi surəti şəklində təsvir olunurdu. Bu fərziyyə ola bilsin ki, qədim dövrlərdən kişi ilə qadın arasında fərqi göstərən dəlillərdən biri olmuşdur. Lakin bu fərz olunan ikiliyə baxmayaraq, nəzərə almaq lazımdır ki, günəş şüalarının təsir dərəcəsi aydan daha çoxdur, belə ki, ay öz nurunu, işığını günəşdən alır. Ona görə də günəşin simasının qadının şəkli olduğunu və qadınla günəşin hər birinin o biri üçün simvol sayıldığını qəbul etsək belə, yenə də günəşi aydan daha üstün və dəyərli, daha səmərəli olduğu
    üçün o, daha özəl və faydalı, daha cazibəli və dəyərli sayılmalıdır.
    Beləliklə aydın olur ki, əgər müasir qadınlar bəşər tarixində ən kamil, ən görkəmli nümunəsi olan pak Zəhranın (ə) müqəddəs vücudundan, o həzrətin fəzilətlə dolu məktəbindən ilhamlanaraq öz varlığının təkamülü istiqamətində iri və təsirli addımlar atsalar, kişilərlə müqayisədə tərəzinin gözü şübhəsiz ki, fəzilət və elmsiz, din və imansız kişilərin yox, fəzilət sahibi qadınların xeyrinə olacaqdır. Fəzilətli bir qadının pak adından ilhamlanan müəllif Peyğəmbərin (s) əziz qızının əbədi xatirəsinin, təmiz nəfəsinin bərəkəti ilə bu böyük işin layiqincə yerinə yetirilməsində Allah-təaladan kömək və yardım diləyir.
     
    Mənbə: "Siddiqeyi tahirə" kitabı 1-ci cild
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 1 Haziran 2014 17:25 | İstifadəçi | Şərh yazdı
    ALLAH KOMEYIN OLSUN BACIM.ALLAH HER KESE ANAMIZ XANIM ZEHRA (e) HICABINI NESIB ETSIN IN WA ALLAH.AMIN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 26 Mayıs 2014 23:08 | Sayt nəzarətçisi | Şərh yazdı
    Dikkat! Gizli yazıları görüntüleme yetkiniz bulunmuyor.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 26 Mayıs 2014 22:53 | İstifadəçi | Şərh yazdı
    tost  RAZI OLSUN BACI ALLAH BIZI ANAMIZ XANIM FATIMEYI ZEHRANIN EMANETI OLAN HICABMIZA LAYIQLI KAMIL HICAB SAHIBI ETSIN... tost tost tost tost tost tost tost tost









































    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: .:.Esqi_Kerbela.:. | Status: İstifadəçi Offline | 26 Mayıs 2014 20:35 | İstifadəçi | Şərh yazdı
     bizder Allah razi olsun insallah ki Xanim Zehraya ve bizlere emanet etdiyi bu Hicaba layiq bendeler olariq amin insallah...

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.