» » » Fatimə (s.ə)-ın yaşadığı dövr


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Fatimə (s.ə)-ın yaşadığı dövr
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 14-12-2014, 16:00 | Baxılıb: 1 200
     

    Fatimə (s.ə)-ın yaşadığı dövr

    Fatimeyi-Zəhra (ə) dünyaya qədəm qoyan zaman əziz atası bərəkətli həyatının ən çətin dövrünü yaşayırdı. Bir müddət idi ki, Peyğəmbərin (s) ən möhkən və qatı düşmənləri Qüreyşin bir qrup nadan və qəlbiqara adamları ilə əlbir olaraq cahil və dinsiz adamlardan bir qoşun təşkil etmiş, İslam Peyğəmbərini (s), onun fədakar köməkçilərini düşmənçilik mühasirəsinə almışdır. Bu mühasirə təkcə siyasi mühasirə deyildi, eyni zamanda hədə-qorxu müharibəsi və, hər şeydən daha pis, həm də iqtisadi mühasirə idi. Müşriklər möhkəm və üzücü mübarizələrdən sonra nəhayət, müsəlmanları öz şəhər və yurdlarından – Məkkədən qovdular və onları şəhərin kənarındakı tarixdə Şibi Əbi-Talib adı ilə məşhur olan dərənin içində mühasirədə saxladıılar. Müsəlmanlar burada sürgün edilmiş adamlar kimi yaşayırdılar. Qüreyş başçıları bütün qəbilə üzvlərinə bu qorxulu sığınacağa yaxın düşməyi qadağan etmişdilər. Heç kim Peyğəmbərlə (s) və onun köməkçiləri ilə təmasda ola, alış-veriş edə bilməzdi. Kimin hünəri nə idi ki, onlara müraciət etsin, əborcu pul versin və ya bir çörək satsın. 
    Beləliklə, Peyğəmbərin (s) və köməkçilərinin həyatı o əzablı sürgündə dərd, məhrumiyyət və aclıq içində keçirdi. Ərzaq məhsulları norma ilə verilirdi. Bəzən çörək elə az olurdu ki, qocalar aclıqdan nalə çəkir, uşaqlar isə huşsuz düşürdülər. 
    Qıtlıq və aclıqla bərabər xəstəlik və ölüm də gəlmişdi. Allahın elçisinin bir qrup yaxın adamı və ən yaxşı köməkçilərindən bir neçə nəfəri həmin sürgündə o qorxulu mühasirənin və ondan doğan xəstəliyin, aclığın nəticəsində canlarını tapşırdı. 
    Belə bir qara və dərdli dövrdə Fatimeyi-Zəhra (ə) dünyaya göz açdı. Südəmər çağını həmin mühitdə keçirtdi. Həmin o yandırıcı qumluqda ayağa durmağı və yeriməyi öyrəndi. Mühasirə altında olan həmin dərədə ac və məhrum uşaqların fəryad və nalələrini eşitdi. Bəli, o, əzab və dərdlə qarışıq mübarək təvəllüdünün ilk günlərini məhrum kəslərlə yaşadı, məhrumiyyətlər görmüş zəif adamlarla oturub durdu. Dərdlilərlə, zülm görmüşlərlə birgə addımladı və ömrünün günlərini beləcə arxada qoydu. 
    Amma bütün bu dərd, əzab və məhrumiyyətlərlə yanaşı ən böyük nemət də onunla idi. Çünki o əvəzsiz qız Allahın Peyğəmbərinin (s) lütfündən, məhəbbət və şəfqətindən bəhrələnirdi. O, Allahın elçisinin (s) insan tərbiyələndirən məktəbində və Xədiceyi-Kübranın səfalı ətəyində tərbiyə alırdı. Hər gün o yaradıcı məktəbdə paklıq və səfa ilə, mənəviyyat və dərin dünyagörüşlə, mənəvi düzlüklə dolu bütöv bir dünyanı tanıyır, hər bir kəlamda Allahı tanımanın, Allahı axtarmanın və Allahı görmənin sirr və rəmzlərini öyrənirdi. 
    Buna görə də Fatimeyi-Zəhra (ə) bənzərsiz və kamil bir qadının ən parlaq nümunəsi, İslam tərbiyəsinin və əzəmətli İslam ilahi məktəbinin həqiqi və ləyaqətli  yetirməsi oldu. Bu səbəbdən də, həmin yeniyetməlik yaşlarından, həyatının qönçə dövrünün başlanğıcından əziz varlığı çətinliklər və müsibətlər qarşısında möhkəm dayandı, cəmiyyətin məhrum, zavallı şəxslərinə sonsuz əlaqə və məhəbbət göstərdi və əbədi əsatirə çevrildi. 
    Uşaqlıq yaşlarında əziz və istəkli anasını – Şibi Əbi Talibdə çoxlu müsibətlərə dözmüş anasını itirdi. Həmin uşaqlıq çağından incə və körpə çiyinlərinə ağır məsuliyyət düşdü. Bütün bunlara dözdü. Bu məsuliyyətlərin ən yüksəyi - əziz atasına baxmaq, o həzrətin xidmətində durmaq idi. Bu zaman Xədiceyi-Kübra kimi həyat yoldaşını itirmiş o həzrətin qəlbinin dərinliyində bir kədər var idi. Kiçik yaşlı qız özünü o kədərə şərik etdi, atasına həmdərd oldu. Həmişə çalışdı ki, atasının dərdinə təskinlik versin, anasının boş yerini kədərli daxili aləmində, varlığında olan lütflə, fəhm və dərklə, ağıl və biliklə, fəzilət və kamalla doldursun...
    Fatimeyi-Zəhra (ə) "atasının anası”- "Ümm Əbiha”nın yerinə yetirə biləcəyi analıq vəzifəsini özü yerinə yetirmişdi. Fatimənin istəkli atası da öz sevimli qızını qəlbinin və canının meyvəsi sayırdı. Bu atalıq məhəbbəti həm də məhrum və başıbəlalı qadına olan etibarın təcəssümü idi. İllər, əsrlər boyu cahiliyyə ərəblərinin cəmiyyətində əzilən və İslamdan qabaqkı axır illərdə tamamilə yox olmaq dövrünü yaşayan qadına olan inamın nişanəsi idi. Həmin illərdə qeyd olunduğu kimi, qız uşağı doğulan andaca ya yerə basdırılır, ya da əgər sağ qalırdısa, ləkəli, çirkin və nifrətəlayiq bir şey kimi anbar və zirzəmilərin küncünə atılır və qaranlıqda gizlicə əzab-əziyyətlə, zillətlə dolu bir həyat keçirirdi... Yeniyetmə yaşına çatan kimi isə dəyərsiz bir mal kimi başqalarına verilirdi ki, ondan oğlanlar doğması üçün istifadə olunsun. Bu oğlanlar da ərəblərə işçi, döyüşçü kimi lazım idi. Fatimənin atasının qızına olan bu məhəbbəti ərəb qızları üçün yeni xoşbəxt tale sayıla bilər. Bu məhəbbət qızları öz atalarının əlləri ilə diri-diri basdırılmaqdan xilas edə bilərdi...
    Amma Fatimeyi-Zəhranın (ə) əziz varlığı atasının ona bəslədiyi dərin ehtiramı və böyük məhəbbəti sayəsində qadınlar cəmiyyətinin həyatını birdəfəlik dəyişdirdi və onlar üçün yeni tale yazdı. İslam tərbiyəsi və əxlaqının bərəkəti ilə ev mühitindən səfa və səmimiyyətlə, lütf və mehribanlıqla dolu bir cəmiyyət yaratdı. Evi böyük bir tərbiyə ocağı kimi yenidən qurdu ki, orada Həsən (ə) və Hüseyn (ə) kimi oğulları, Zeynəb və Ümm Gülsüm kimi aslana bənzər qızları dünyaya gətirsin və tərbiyə etsin. 
    Bəli, o, İslam cəmiyyətində, bəşəri cəmiyyətdə bir qadın nümunəsi kimi möhkəm iman və dindarlıq yolunda, İslamın yeni, inqilabi əsaslarını gücləndirmək istiqamətində əziz atası və ömür-gün yoldaşı ilə səngər-səngər, ev-ev, meydan-meydan gəzdi və irəli gedə bildi. Axırda da özünün dərin İslami məsuliyyətini və borcunu yerinə yetirmək yolunda əziz canını fəda etdi...
    İslamın nümunəvi qadını öz evi içərisində kamil bir ev sahibəsi, əri qarşısında bir fədakar və cəsur ömür-gün yoldaşı, övladları üçün bənzərsiz və ürəyəyatan bir ana və tərbiyəçi idi. Mübarizə və çalışmaq meydanında yorulmaq bilməyən, əzmkar bir insan, İslam aləmində nümunəvi bir müsəlman, İslam inqilabı nailiyyətlərinin qorunub saxlanılması sahəsində bir qurucu, yaradıcı mübariz və öz Yaradanı qarşısında bir pəhrizkar, namuslu, pak, mömin idi... Öz evində işləməkdən cadar-cadar olmuş qabarlı əlləri ilə əl dəyirmanını işlədir,  buğda döyür, çörək bişirirdi ki, sadə, rəngi solmuş süfrəsinin üstündə həmişə yemək olsun. Kiçikyaşlı olmasına baxmayaraq qonaq-qaralı evin bütün ağır işlərini şəxsən özü yerinə yetirirdi. Evin səliqə-sahmanı da yalnız onun öhdəsində idi... Gecələr yorğun və sustalmış halda, dincəlmək, istirahət etmək əvəzinə gecə yarısına kimi, bəzən sübhədək səccadənin üstündə oyaq oturur və bir olan Yaradanına dua və sitayiş edirdi... Müharibə zamanı haqla batil döyüşərkən yaralıların köməyinə tələsir və mehriban əllərilə onların yaralarına məlhəm qoyurdu...
    Siyasət aləmində yerni İslam siyasətinin həyata keçirilməsində yorulmuz mübariz, əsl mücahid, cəsur döyüşçü və sözün həqiqi mənasında bir inqilabçı idi...
    O özünün və ailəsinin hüququnun müdafiəsi yolunda bir an da dayanmırdı. Bu, əslində müsəlman cəmiyyətinin və məhrumlar təbəqəsinin müdafiə demək idi, çünki öz hüquqları tapdandıqda cəmiyyətin də hüquqları tapdanır və deməli, İslam inqilabının həqiqəti ayaqlar altına atılırdı. Çətinliklər qarşısında dağ kimi möhkəm dayanır və vuruşurdu. Məscidə gedir, alovlu xitabları, aydın nitqi ilə özünün və ailəsinin hüquqlarını bildirir, o dövrün hökumətinin iç üzünü açıb göstərir və dövlətin yolunu azmış başçılarını, onların qəlbiqara davamçılarını həqiqət yoluna dəvət edirdi. Fatimənin (ə) bu açıq-aşkar əməlləri, işləri aydın göstərir ki, Peyğəmbərin (s) qızı, Peyğəmbərin (s) canişininin (ə) ömür-gün yoldaşı, haqq-ədalət İmamlarının anası təkcə ev qadını və ocaq sahibi deyildi, həm də mübarizə qadını idi, həyatın hər cür sahələrində ləyaqətli bir qəhrəman və döyüşkən qadın idi. İş və siyasət aləminin, ibadət və təlim-tərbiyə dünyasının, cihad və şəhidlik meydanının qəhrəmanı idi. Və nəhayət, fəzilət və bilikdə ən yüksək bir şəxs idi. Fatimeyi-Zəhra (ə) fərdi və ictimai həyatda əsl həqiqətləri tez görə bilir və bütün məsələlərə elə incəliklə yanaşırdı ki, onlardan hər biri bizim İslam cəmiyyətimizdə yaşayan qızlar və xanımların üzləşdiyi bir çox ailəvi çətinliklərin və problemlərin həllində açar ola bilər. Bu kitabda həmin məsələlərin hamısı haqqında danışılır, onlar bir-bir açıqlanır və nəzərdən keçirilir.

    Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild
    Müəllif: Əqiqi Bəxşayişi

     
     
    Bölmə: Əhli Beyt / Fatimeyi Zəhra (s.ə)
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 7 Mart 2015 20:43 | Redaktor | Şərh yazdı

    Mən qunutumda desəm Fatimə,işkal eləmə.
    Fatimə ruhidi taətlərə, cəncal eləmə.
    İki aləm dola gər nemətilən, Fatiməsiz,
    Hər iki aləmə ikrah elə, iqbal eləmə.
    Mən Xanım Fatimənin əşki-fişan nokəriyəm,
    Şahlara qoşma məni, qədrimi pamal eləmə.
    Desələr: ruh nədir? İsməti Zəhradı! - denən,
    Olma kəm bin gülə, bu isməti timsal eləmə.
    Dedi Zəhra ölünü eylədi əhya,
    Vər nə olmaz İsadə bu qüdrət, məni iğfal eləmə.
    Sayeyi ğeyr yüz il, sayeyi Zəhra bir dəm,
    Bir dəm ey əhli-nəzər ömr elə,səd sal eləmə.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 14 Aralık 2014 16:37 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razı olsun bacım,Allah-Taala bizləri xanım Zəhra(ə)şəfaətçilərindən qərar versin İlahi Amin....

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.