» » İmanın və mənəviyyatın gücləndirilməsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6722

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6706

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Ocak 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmanın və mənəviyyatın gücləndirilməsi
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 20-11-2014, 18:00 | Baxılıb: 739
     

    İmanın və mənəviyyatın gücləndirilməsi  

    İkinci amilin, yəni təhdid və tamahlandırmanın qarşısında imanı gücləndirmək lazımdır. İnsanın bu amillərin təsiri altına düşməsinin əsas səbəbi imanın zəif olmasıdır. İmanı zəif olan insanlar haqq səslərini ucaldacağı təqdirdə, öz mövqelərini itirəcəklərindən qorxur, işlərində maneələrin yaranacağından ehtiyat edirlər. Bu neçə ildə haqqı tələb etdiklərinə görə neçə-neçə universitet rəhbərliyi vəzifədən azad edilib. Bəzi yerlərdə hətta bütün idarənin işçilərini, süpürgəçisindən tutmuş rəisinə qədər, işdən kənarlaşdırıblar. 
    Nə üçün? Çünki, bunlar hakimiyyətdə olanlarla eyni siyasi xətdə deyillər! Bu bəlaların hamısı imanın zəifliyi, iradəsizlik və süstlükdən qaynaqlanır. Axı nə vaxta qədər sizinlə belə rəftar edəcəklər? Əlbəttə, müqavimət görsəydilər, sizinlə bu şəkildə rəftar etməzdilər. Biz süstlük edib zəiflik göstərdik ki, arzuolunmaz şəxslər də bizə hakim kəsildilər. Səhv başa düşülməsin, mən bütün dövlət idarələrini nəzərdə tutmuram. Nazirlik və idarələrdə bəzi üzdəniraq ünsürlərin apardığı siyasət eynilə Amerikanın apardığı siyasəti tamamlayır. İndi bu işdən ya başqalarının xəbəri yoxdur, ya onları bir cür aldadırlar, ya da özlərini aldadılmış kimi göstərirlər.
    Bütün bu bəlaların qarşısını almaq üçün imanımızı gücləndirməliyik. İmanın gücü təkcə mütaliə deyil, əməl ilə də bağlıdır. Əlbəttə, ilkin növbədə öyrənib məlumat əldə etmək lazımdır. Lakin öyrəndiklərinizi real həyatda tətbiq etməsəniz, bir nəticə əldə etməyəcəksiniz. Əksinə, elmləri mənimsəmək üçün sərf etdiyiniz enerjini israf kimi qiymətləndirəcəksiniz. Əgər bir insan namaz qılmasa, namaz haqqında nə qədər kitab oxusa belə, imanı güclənməyəcəkdir. Hətta bu sahədə yüzlərlə kitab mütaliə etsə belə, imanına heç bir təsiri olmayacaqdır. İman əməlin, təlimin sayəsində qüvvət tapır. Özünüzə təlqin etməlisiniz ki, millətim, dinim məndən onun yolunda canımı fəda etməyimi istəsə, mən bu şəhadətə hazıram. 
    Bu yerdə yaxşı olardı ki, imam Hüseynin (ə) öz təlimatından istifadə edək. Həzrət (ə) Aşura günü səhabələrinə belə buyurdu:  "Ey azad insanların övladları və ey şərafət sahibləri, dözümlü olun!”  Əvvəl xitab edir ki, sizlər şərəfli və böyük şəxsiyyətlərin övladlarısınız. Daha sonra buyurur:  "Ey igidlərin qəhrəman övladları! Bir az səbr edin, bu ölüm sizi hər cür çətinliklərdən, dərdlərdən, pisliklərdən qurtarıb ucsuz-bucaqsız cənnətlərə, tükənməz nemətlərə çatdıracaqdır.” 
    Bu cümlələr üzərində az da olsa, fikirləşin! Sizcə, ölüm sizi möminlərin zindanı olan bu dünyadan çıxarıb behişt qəsrlərinə çatdırarsa, bu işi sevmək lazımdır, ya ondan qaçmaq? Bundan qorxmalı, yoxsa ona tərəf tələsməliyik? Ölümün siz müsəlmanlara nəsib etdiyi nemət cənnət, düşmənlərinizə nəsib etdiyi isə, cəhənnəmdir. Çünki bu dünya, axirətlə müqayisədə möminə necə zindan olduğu halda, kafir üçün də bütün bədbəxtliklərinə, çətinliklərinə baxmayaraq, cənnət yerindədir. Çünki kafirin axirətdəki əzabı bu dünyanın əzabı ilə müqayisədə şiddətli və çətin olduğundan, bu dünyanın əzablarına dözmək onun nəzərində cənnətə bərabərdir. Kafirlərə görə, ölüm onları cənnətlərindən çıxardıb cəhənnəmə götürür. Lakin mömin üçün ölüm, cənnətə yetişmək üçün bir vasitədir. Bu halda qorxub, çəkinmək nəyə gərəkdir?
    İmam Hüseyn (ə) bu sözlərlə öz dostlarının ruhiyyəsini gücləndirirdi. Cavan bir yeniyetmənin bu sözləri deməsi dəlilsiz deyildi:  "Ölüm mənim üçün baldan da şirindir.”  O, İmam Hüseynin (ə) əli altında böyümüşdü. Biz də əgər özümüzü Hüseyndən (ə) hesab ediriksə, bu təlimlərdən istifadə etməli, zillət altında yaşamaqdansa, ölümün üstün olduğuna iman gətirməliyik.
    Törədilən sitəm və zülmlərə, uydurulan bidətlərə, çıxarılan hoqqabazlıqlara nə qədər dözməliyik? Əgər bütün bunlara son qoyacaq ölümdürsə, şərəfli, ləyaqətli bir ömür yaşaya bilmiriksə, onda ölüm yaşadığımız həyatdan daha yaxşıdır.
    İmam Hüseyn (ə) buyurur:  "Mənim cəddimə, atama, qardaşıma qovuşmaq istəyim necə də çoxdur! Yusif peyğəmbərin qardaşları tərəfindən quyuya salınıb çətinliklərə məruz  qaldığı günlərdə atası Yəqub onu görməkdə nə qədər həvəsli idisə, mənim də cəddimə, atama qovuşduracaq ölümə şövqüm bir o qədərdir.” 
    Elə şah dövründə də imam Xomeyninin (r) ürəklərə can verib, qəlblərdə inqilab yaradan sözləri, onun ruhunun dərinliyindən coşan həyatverici kəlamları idi. Biz Peyğəmbərin (s) və imamların həyatından bu dərsləri öyrənib, başqalarına da öyrətməliyik. Biz Allah yolunda ölümə hazır olduğumuz təqdirdə, heç kəs bizim üzərimizdə hökmranlıq əldə edə bilməz.

    Kitabın adı: Kərbəlada çaxan bir şimşək
    Müəllif: Doktor Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.