» » İmanın dəyəri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmanın dəyəri
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 20-09-2015, 21:00 | Baxılıb: 1 045
     
     
    İmanın dəyəri

     "İlahi, Səndən həmişə qəlbimdə olası sabit iman və sadiq yəqin istəyirəm ki, təqdir qələminin yazdığından başqa bir şeyin mənə çatmayacağına inanam. Məni yaşayış vasitələrindən qismətimə verdiklərin üçün razı və xoşhal et. Ey mehribanların ən mehribanı”. 
    Bu hissə "Əbu-Həmzə” duasının axırıncı cümlələrindəndir. İmam Səccad (ə) duadan sonra, axırıncı və ən üstün istəyini bu iki cümlədə xülasələşdirərək Allahdan "sabit iman” və "ilahi qəzavü qədərə razılıq” tələb edir.
    Məlum olur ki, iman çox əhəmiyyətli olduğundan imam Səccad (ə) bu uzun münacatdan sonra Allahdan ona iman əta etməsini istəyir. Həmçinin iman yarandıqdan sonra xətər qorxusu olduğu üçün Allahdan ona qəlbində sabit və əbədi qalacaq bir iman əta etməsini istəyir. Əgər insanda iman yaranarsa, o qürurlanıb bu imanın onda həmişəlik və sabit qalacağını təsəvvür etməməlidir.
    İnsanın dili imanın dəyərini vəsf etməkdə acizdir. İman insan ruhunun sakitlik mayası, həyat çətinliklərində insanın pənahgahı, ən əsası, əbədi səadət və axirət əzabından qurtuluş səbəbidir.
    İman (zəif də olsa) Allahın insana mərhəmət etdiyi ən böyük nemətdir. Belə bir imanın təsiri çox zəif olsa da, o həm də çox dəyərli, dünya və axirət səadəti üçün əhəmiyyətlidir. İnsanın imanla münasibəti balığın su ilə münasibəti kimidir. Balıq nə qədər ki sudadır, suyun qədrini bilmir. Lakin sudan çıxan kimi necə də böyük nemət içində olduğunu, indi isə bu nemətdən məhrum qaldığını anlayır. Biz də, həmd olsun Allaha, bu böyük ilahi nemətdən bəhrələnirik. Zəif olsa da həyatımız onun əhatəsindədir. Əgər Allah eləməmiş, həmin zəif iman bizdən alınarsa, şəkk və zəlalət halına düçar olarıq. Bu zaman necə də böyük nemətə sahib olduğumuzu və bu nemətin bizdən alındığını anlayarıq.
    Bir şəxs nəql edir ki, səfərdə bir nəfərlə tanış oldum. Onun bütün əməl və halları təbii idi. Lakin cümə gecələrini səhərə qədər oyaq qalır, əhya saxlayırdı. Bu işin səbəbini soruşdum. O dedi: "Bir çətinliklə qarşılaşmışdım. Əhd etdim ki, Allah onu aradan qaldıran gündən ömrümün axırınadək cümə gecələrini əhya saxlayım. Ondan soruşdum: "Sizin çətinliyiniz nə idi?” (Biz elə təsəvvür edirik ki, onun çətinliyi kasıblıq, xəstəlik və ya bu kimi başqa problemlər olduğundan əhd etməyə məcbur olub.)
    O belə cavab verdi: "Bir etiqadda şəkk-şübhəyə düçar olmuşdum və imanım zəifləmişdi. Özümü bu haldan çıxarmaq üçün nə qədər çalışdımsa, bacarmadım. Bir çox şəxslərə müraciət etdim. Hərəsi bir kitab göstərdi. Çoxları ilə söhbət etdim. Amma bunların heç bir həqiqi təsiri olmadı. Əksinə, iztirabım artırdı. Eşitdim ki, müqəddəs Məşhəddə şeyx Həsən Əli İsfahani adlı bir alim yüksək məqam və kəramət sahibidir, xalqın çətinliklərini həll edir. Ona bir məktub yazıb öz şərhi halımı açıqladım. Əhvaz əhalisindən olduğum üçün məktubun cavabında belə yazdı: "Filan gün, filan saat Karun çayının kənarına gedib, xurmalıqların bir guşəsində otur, bəlkə Allah sənin çətinliyini aradan qaldırdı!” Həmin gün təyin olunmuş saatda ora gedib bir guşədə oturdum. Çaya tamaşa etdiyim vaxt bir camışın suyun ortasında üzdüyünü gördüm. Camış tədricən mənə tərəf gəlib sahilə çatdı. Sudan çıxıb bir neçə dəqiqə xurmalıqda dayandı və qarnında olan balasını doğdu. Sonra onu təmizləyib süd verdi. Bu mənzərəyə tamaşa etdikdən sonra bütün şəklərim aradan qalxdı, ruhum sakitləşdi. Yenidən imanımı tapdığım üçün bu nemətin şükrü olaraq özümlə əhd bağladım ki, hər cümə axşamı sübhə qədər oyaq qalam.
    Bir müddət iman nemətindən məhrum olub, yenidən Allah tərəfindən bu nemətə çatan şəxslər iman nemətinin qədrini daha yaxşı bilirlər. İmansızlığın pis təsirini, etiqadın zəifləməsini və onun acısını dadan şəxslər imanı qənimət sayırlar. Lakin heç bir zaman imanımız bizdən alınmadığı üçün (zəif də olsa) onun nə qədər dəyərli olduğunu anlamırıq. Zərifinin dediyi kimi "Allahsızlıq görməmişik ki, Allaha imanın nə qədər böyük nemət olduğunu anlayaq!” Gərək imanımızın xətərə düşməməsi və möhkəm qalması üçün çalışaq. Beləcə, inşaallah, imanlı halda dünyadan gedək. Əgər bir gün insanın Allahla əlaqəsi kəsilsə və o yolu itirsə, yol tapmaq üçün çalışıb kiçik bir baca belə tapmadıqda necə böyük bəlaya düşdüyünü anlayar.

     
    Kitabın adı: Rəbbin dərgahında  
    Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.