» » Xalqın düzgün və yüksək səviyyədə məlumatlandırılması


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Xalqın düzgün və yüksək səviyyədə məlumatlandırılması
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 18-11-2014, 18:00 | Baxılıb: 1 060
     

    Xalqın düzgün və yüksək səviyyədə məlumatlandırılması 

    Azdırıcı təbliğatın qarşısında nə etməliyik? 
    Bunun üçün İslama, imam Hüseyn (ə) məktəbinə və bu günlər imam Xomeyninin (r) xəttinə olan məlumatımızı genişləndirməli, bu məsələlərlə əlaqəli biliyimizi artırmağa çalışmalıyıq. Bununla düşmənlərin fürsət tapıb, öz batil fikirlərini zehnimizə yeritmələrinin qarşısını almış olarıq. Bu cür işləri Müaviyə öz zamanında etmişdi, indi də dövrün müaviyələri bu üsuldan istifadə etməkdədirlər. 
    Müasir dövrdə də İslami hərəkata və onun aparıcı liderlərinə arxadan zərbə vurmaq üçün bu üsullardan istifadə edir, gözqamaşdırıcı əlvan sözlərlə insani dəyərlərlə hər yerdə mübarizə aparırlar. Hal-hazırda daha çox istifadə edilən metod azadlıq, insan hüquqları, söz və mətbuat toxunulmazlığı şüarlarıdır. İslam əleyhinə ürəkləri istəyən sözləri danışırlar, onlara qarşı tənqidi fikirlər söyləyənlərə isə azadlıq düşməni damğası vururlar. Bir gün Tehranda keçirilən Cümə namazının xütbələrindən qabaqkı çıxışlarımın birində qeyd olunan təxribat sahiblərinə iradımı bildirərək, axı bunların istəyi nədir? - dedim. Bundan sonra əleyhimə onlarla məqalə yazmaqla məni, guya imam Xomeyninin xalqa bəxş etdiyi azadlığın ziddinə çıxmaqda ittiham etdilər. İranın Zərdüştlikdən qalma adət-ənənələrini dirçəltməyə çalışırlar, bunun üçün ümumi büdcədən kifayət qədər pul da ayırırlar. Bununla kifayətlənmir, hələ üstəlik iddia edirlər ki, imam Xomeyni də elə bunları istəyirdi. Bu insanlar imamın azadlıq, istiqlal şüarlarının öz nəzərlərindəki məfhumlarla bir olduğunu zənn edirlər. Məgər imam (r) bunlar üçün inqilab etmişdi. Səhv fikirdədirlər; imam (r) düşmən əlindən azad olmaq istəyirdi, Allahdan, dindən, müqəddəs dəyərlərdən uzaqlaşmaq yox! İmam uşaqlıq çağlarından başlayaraq son nəfəsinə qədər bütün ömrünü İslami dəyərlərin qorunub-saxlanılması üçün sərf etmişdi. Onun qiyamı bu dəyərləri qorumaq üçün idi, xalqı bu dəyərlərdən azad etmək üçün yox! 
    Bu günlər bəzi dövlət məsulları bizə minnət qoyurlar. Onlara irad tutanda ki, siz mədəniyyət işlərində İslami dəyərlərə, meyarlara riayət etmirsiniz, deyirlər: "Azadlıqdan daha yaxşı bir dəyər vardırmı!” 
    Bu söz Müaviyənin imam Hüseynə (ə) qarşı işlətdiyi həmin məntiqdir. Müaviyə də deyirdi: "Sən Yezidin qeybətini edirsən, xalqın azadlığını istəmirsən!” 
    Danışıqda müğalitə və cədəl üslubundan istifadə etmək belə olur. Belə müğalitələrin təsirinə düşməmək üçün xalqın dini-elmi məlumatlarını genişləndirmələri lazımdır. Əziz cavanlar! Hər gün vaxtınızdan heç olmasa bir saatın da dini maarifə və dini elmləri öyrənməyə sərf edin. Dinin dəyər və əhəmiyyətinin yeyib-içməkdən, filmlərə baxmaqdan, idman etməkdən o qədər də az bilməyin. Dini elmləri öyrənmək üçün xüsusi proqram tutmalı, məclislər təşkil etməli, günün müəyyən vaxtını bu sahəyə ayırıb mütaliə etməlisiniz. Allaha şükürlər olsun ki, bu sahədə son zamanlar kifayət qədər kitab yazılmışdır. Yığıncaq təşkil edib, elmi bəhslər də aparmaq olar. Lazım deyil, hökmən müəllim ya da ruhani dəvət edəsiniz. Ustad Mütəhhəri kimi şəxsiyyətlərin kitablarını istədiyiniz mövzu üzrə mütaliə üçün seçib müzakirə edə bilərsiniz. Hər mövzu ətrafında elə öz aranızda fikir mübadiləsi aparmaqla, istənilən qaranlıq məsələni aydınlaşdıraraq düzgün nəticə əldə edə bilərsiniz. Həllini tapa bilmədiyiniz qaranlıq məsələyə rast gəlsəniz həftədə, ya da ayda bir dəfə bu məsələlərdə daha elmli olan münasib bir şəxsi dəvət etməklə, suallarınızın cavablandırılmasına nail ola bilərsiniz. Bu boşluqları dini yığıncaqlarda iştirak etməklə də doldurmaq mümkündür. Bu azdırıcı və şeytani təbliğatın qarşısında mütaliə və dərs lazımdır. Bunsuz insanın müxtəlif məsələlər haqda olan tanışlığı inkişaf etməz. Dini özümüzə əziz və lazımlı biliriksə, ona vaxt ayırmalıyıq. Din özünə məcburiyyətlə qəlblərdə yer açmaz, iman da öz-özünə yetişməz. İctimai amillər iman yaratmırlar, əksinə imanı dağıdırlar. Xüsusilə də, indiki mədəni əlaqələr və humanitar yardımlar adı altında müxtəlif siyasətli iş adamlarının ölkəmizə ayaq açdığı bir zamanda.
    Bir sıra mədəni-ictimai birliklər adı altında əslində xalqı öz mədəniyyətindən, kökündən uzaqlaşdırıb, dini uçruma sürükləyir, ictimaiyyətin milli, dini köklərini, həqiqi çöhrəsini yabanı fikri kol-koslarla örtürlər. Müntəzəm olaraq bu təbliğatı aparır və xalqı öz dinindən uzaqlaşdırırlar.

    Kitabın adı: Kərbəlada çaxan bir şimşək
    Müəllif: Doktor Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: huseyin asiqi | Status: | 19 Kasım 2014 11:57 | Qonaq | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACI
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.