» » Bizim dövrümüzlə imam Hüseyn əleyhissəlamın dövrünün oxşarlığı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Bizim dövrümüzlə imam Hüseyn əleyhissəlamın dövrünün oxşarlığı
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 7-11-2014, 20:00 | Baxılıb: 793
     

    Bizim dövrümüzlə imam Hüseyn əleyhissəlamın dövrünün oxşarlığı 

    Bu günün özündə də bir nəfər İslam cəmiyyətini öz həqiqi yolundan azdırmaq istəsə, həmin üç amil olan tamah, təhdid və təbliğ vasitələrindən istifadə etmək məcburiyyətində qalacaq. Siz elə fikirləşməyin ki, bir millətin taleyini dəyişmək üçün hökmən ayrı-ayrı dövlətlər rol oynamalıdır. Xeyr, o millətin öz arasında olan münafiqlər, İslamın əvvəllərində olan münafiqlərin imam Hüseynin (ə) başına gətirdikləri işdən az iş görmürlər. O zamanın özündə də ehtiyac yox idi ki, Rum, Çin və ya İrandan gəlsinlər. İmam Hüseyn əleyhissəlamın qatilləri öz əmioğlanları idi. 
    Qüreyş qəbiləsinə çatan tayfaları nəzərdə tutmuram. Bəni-Üməyyə və Bəni-haşimdən olanlar əmioğlu idilər. Bu günkü cəmiyyətdə özümüzkülərin xəyanəti az imiş kimi, xaricdən də bunlara kömək edirlər. Amma birbaşa rolu daxildəki amillər ifa edirlər. Düşünməyin ki, bir millətin dəyərlərini əzmək üçün hökmən kənardan kimsə gəlməlidir. Xaricilər daxili amilləri araşdırıb üzə çıxardıqdan sonra onlara təbliğatın himayəsi, maddi köməklik göstərmək və ya digər formalarda yardım edirlər; məsələn onu aranı qarışdırıb, suyu bulandırmaq və fitnə-fəsad törətməklə gücləndirirlər. Düzdür ki, belə fitnələrin çoxu daxili qüvvələrin əli ilə olur. Amma münafiqlər xarici deyillər? Elə burada doğulub, boya-başa çatan adamlardır. Bunların çoxu din və millətin xidmətçisi adı ilə ortalığa çıxıblar. Bu gün İslamın, imam Hüseynin (ə) əleyhinə çıxış edən düşmən öz cəmiyyətimizdə böyümüş adamlardan seçilir. Bu şəxslər bir müddət İslam adından danışıb, din və milləti müdafiə edən şəxslər olur. Amma bu gün bu dəyərləri inkar edir, ona qarşı çıxır! Deyir: "İslam dini bu günün tələblərinə cavab vermir”. 
    Belə şəxslərin Amerikadan gəlməsi lazım deyil; özümüzdə də bu kimi mənfur simalar tapılır. Qeyd etdik ki, bunlar adi şəxslərdən olmur, onlar bir zaman millətin hamisi sayılırdılar. Belələri demokratiya adı, azadlıq şüarı ilə istədikləri xəyanəti edirlər. Əgər bu arada xarici qüvvələr də at oynadıb, meydan sulayırlarsa, məhz bu cür xainlərin hesabına olur. Təəssüflər olsun ki, belələri yüksək məqamlara asanlıqla yiyələnir, hökumət dairələrinə nüfuz edir, kütləvi informasiya vasitələrində tez-tez peyda olaraq, din haqqında öz qərəzli mövqeyini bildirirlər. Əgər İmam Hüseyn (ə) "hidayət nuru”dursa və bu nur xalqın ürəklərinə saçaraq, onların yolunu aydınlaşdırırsa, bu zamanda həmin nurdan istifadə olunmalıdır. İslam düşmənləri o zaman dinimizi necə təhrif edib, başqa cür qələmə vermiş, böyük şəxsiyyətlərə töhmət vurub, nəhayət İmam Hüseyn əleyhissəlamı qətlə yetirmişdilərsə, bu gün də İslam düşmənləri həmin üsulla zamanın Hüseynini öz yolundan döndərməyə çalışırlar. Bu gün də həmin amillərdən, vasitələrdən istifadə edirlər. Ümumi yolları da həmin təbliğ, təhdid və tamahlandırmadır. Mən nə qədər fikirləşdimsə də, dördüncü amili tapa bilmədim. Əlbəttə, şəraitlər mühitdən asılı olaraq, bir-birindən fərqlənir. Mümkündür, indi başqa şəraitlərdən istifadə olunur. Amma istifadə olunan amillər qeyd edilən üç amildir.
    Görün İslam düşmənləri bu gün dünyada İslama qarşı hansı yollardan istifadə edirlər. Təbliğat üsullarına və məzmunlarına diqqət yetirin? Görəsən vurmadıqları iftira, töhmət qalıbdırmı? Bu xalqın büdcəsi hesabına əksər informasiya vasitələrində istədikləri iftira, töhməti yazıb-danışır, camaata yayırlar. Əksər xəbərsiz cavanlar da bunların təsiri altına düşür. Sizcə bunların günahı imam Hüseyni qətlə yetirən adamların günahından azdırmı? Bunların onlardan nə fərqi var ki? Bu adamların günahı Müaviyənin və tərəfdarlarının günahından azdırmı? Din pərdəsi altında bu cür fitnə-fəsad yayan şəxslərin Əbu Hüreyrə və onun kimilərdən nə fərqi var? Bəlkə də İslamın geniş yayıldığı, İslama diqqətin artıdığı bir vaxtda belə adamların günahı, eləcə də xalqına xidmət göstərən şəxslərin əcr və savabı daha çoxdur. Çünki, istər xidmət olsun, istərsə də xəyanət, hər ikisinin təsir əhatəsi çox böyükdür. Müaviyə hakimiyyətə gəldikdə, xalqın səviyyəsi də aşağı idi. Necə deyərlər, iki ulağın arpasını bölə bilmirdilər. 
    Müaviyə bəzən bu xalqın nadanlıq və ya "itaətkar”lığını sübuta yetirmək üçün cümə namazını çərşənbə günü qılır, heç kəs də ona etiraz etmirdi. Hətta Əməvi xəlifələrindən biri kefli halda camaat namazına durub, sübh namazını iki rəkət əvəzinə dörd rəkət qılmışdı; ona sübh namazının iki rəkət olduğunu söyləyəndə, belə demişdi: "Bu gün kefim kökdür, istəyirsiniz bir-iki rəkət də artıq qılım”. O zamanlar İslam düşmənləri bu cür avam kütlə üzərində hakimiyyət edirdilər. İndiki zamanda cavanları belə asanlıqla aldatmaq olmaz. Amma müasir dövrdə düşmənlərin hiylələri də insanların səviyyəsinə mütənasib şəkildə artmışdır.
    Siz hətta İslamdan qabaqkı cahiliyyət dövrünə də nəzər salsanız görərsiniz ki, ərəblər arasında Hərmələdən daha rəhimsiz adam tapmaq olmaz. Son nəfəslərini yaşayan altı aylıq bir körpəni boğazından zəhərli oxla vuran belə yırtıcı harada tapmaq olar? İslamdan qabaq bu həddə qədər adam var idi? Mən inanmıram İslamdan qabaq törədilən vəhşiliklər arasında bundan alçaq bir hərəkət olsun.
    İslamın zühur və inkişafından sonra Yezid, Şimr və Hərmələ kimi şeytanlar meydana çıxaraq, İslam əleyhinə mübarizəyə başladılar. Çox qəribədir, Quran nazil olmağı ilə bir tərəfdən möminlər hidayət olunur, digər tərəfdən də zalımların zülm, küfr və azğınlığı daha da artırdı.
    Yağış suyunun təsiri də belədir. Bir yerdə xoş ətirli gözəl güllər bitirir, digər yerdə zəhərli ot və tikanlara can verib, qüvvətləndirir.
    İslam cəmiyyətində bir tərəfdən salmanlar, əbuzərlər, əmmarlar, meysəm təmmarlar, səid ibni cübeyrlər kimi xalis möminlər yetişir. Elə kəslər ortaya çıxır ki, Aşura gecəsi deyirlər: "Bizi əgər yetmiş dəfə qanımıza qəltan edib yenidən diriltsələr, yenə də sənin bayrağın altında şəhid olmağı arzu edərik”. Digər tərəfdən də rəhimsiz və azğınlar baş qaldırır. Elələri tapılır ki, ilahi hidayəti ayaqlar altına salır, Allahın rəhmətindən üz döndərir, get-gedə azğınlaşıb, daha da qəddarlaşırlar.
    Bizim özümüzdə də İran İslam İnqilabı bir tərəfdən elə ürəkaçan güllər yetişdirdi ki, İslam tarixi boyunca belələrinə rast gəlmək çox çətin olar. Tələbəlik illərində İslam tarixini yenicə öyrənməyə başladığım vaxtlarda, rast gəldiyim bir hadisə məni həddən artıq mütəəssir edib təəccübləndirmişdi. Dediyim hadisə Hənzəleyi Qəsil adlı bir nəfərdən bəhs edir: 
    İslamın əvvəllərində Hənzələ adlı bir cavan oğlan olur. Bu cavan özünə toy edir, toyun səhərisi qalxıb Ühüd müharibəsinə gedir. Toy axşamının səhərisi fürsət tapıb qüsl ala bilmədiyinə görə, elə cənabətli halda da şəhid olur. Peyğəmbər (s) onun şəhadəti zamanı bir anlığa ayağa qalxıb buyurur: "Bu anda mələklərin asimandan su endirib, Hənzələyə qüsl verdiklərini müşahidə edirəm”. Bu münasibətlə də ona tarixdə "mələklərin qüsl verdiyi Hənzələ” deyirlər. "Hənzəleyi-Qəsil” qüsl verilmiş Hənzələ deməkdir. Bir cavanın öz bəxt gecəsinin səhərisi müharibəyə gedib şəhid olması məni çox təəccübləndirdi. Amma bizim inqilabda yüzlərlə, minlərlə Hənzələ kimi cavanlarımız var idi. Neçə-neçə şəhidlərimiz vardır ki, şəhadətə yetişən zaman tikələrinin belə, tapılmamasını arzu edirdilər. 
    Mənim yaxın tələbə yoldaşlarımdan biri neçə il müharibədə vuruşduqdan sonra batalyon komandiri oldu. O deyirdi: "Allahdan ancaq bir arzum var; seyyid bir qızla evlənmək istəyirəm". Nəhayət on min tümən borc tapıb, seyyid bir qızla toy edir. Neçə il müharibədə can qoymasına baxmayaraq, toyunun üçüncü günü cəbhəyə qayıdır və qayıdan kimi də şəhid olur. Allahdan arzu etmişdi ki, şəhid olan zaman tikə-tikə olsun, cəsədindən əsər-əlamət qalmasın...; belə də oldu...
    Bu inqilabda bir tərəfdən elə cavanlar çıxırdı ki, ariflərin yüz ilə getdiyi yolu bir gecədə başa vururdular. Bunun müqabilində elə münafiqlər də üzə çıxırdı ki, nifaq salmaqda, şeytanlıqda tayı-bərabəri yox idi. Təəssüflər olsun ki, bu günlər belə münafiqlər cəmiyyətimizdə böyük ehtiramla yaşayıb fəaliyyət göstərirlər.
    Niyə? Ona görə ki, əvvəldən təbliğat maşınını işə salıb zorakılığı pisləyir, demokratiyadan dəm vurub, azadlıqdan danışır, sazişçilik hisslərini aşılayaraq, xalqın qeyrətini süstləşdirib, istədikləri işi görürdülər ki, namərdcəsinə bütün dini əsaslara zərbə vura bilsinlər. Əgər bir nəfər cürət tapıb onlara etiraz etsə, o saat "mürtəce”, "zorakı”, "fundamentalist”, "şovinist” adı ilə damğa vurub səhnədən silə bilsinlər. 
    Bu, təbliğatın ilkin mərhələsidir. Hələlik bu yol nəzərdə tutduqları son mərhələyə qədər davam etməkdədir. Bu Müaviyənin və bütün dünya şeytanlarının siyasət kürsüsünə çatdıqda, oynadıqları həmin roldur. Müxaliflərini zorakılıqda günahlandıran belələri, öz siyasətləri tələb etdikdə onları hər cür təhdid etmək və hər cür zorakılıq göstərməkdən belə çəkinmirlər. Eynən Müaviyənin apardığı siyasət kimi.

    Kitabın adı: Kərbəlada çaxan bir şimşək
    Müəllif: Doktor Mishab Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ya Fatime ya Zehra | Status: İstifadəçi Offline | 8 Kasım 2014 12:40 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun.dinimizin tarixn bilmek bizm borcmuzdurki neycun wie oldyqumuzu.ve huseynimizi taniyib aglayaq ve.bawa.duwek
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ya Fatime ya Zehra | Status: İstifadəçi Offline | 8 Kasım 2014 12:25 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun.dinimizin tarixn bilmek bizm borcmuzdurki neycun wie oldyqumuzu.ve huseynimizi taniyib aglayaq ve.bawa.duwek
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Neyneva | Status: | 8 Kasım 2014 06:02 | Qonaq | Şərh yazdı
    Allah razi qalsin insallah bacim Gul
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Rehime | Status: İstifadəçi Offline | 7 Kasım 2014 22:11 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN REHIMLI ALLAHIM QARSINIZA XEYIR CIXARSIN AMIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.