» » Bütün mənəvi xəstəliklərin müalicəsi Aşuradır


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Bütün mənəvi xəstəliklərin müalicəsi Aşuradır
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 16-11-2014, 16:00 | Baxılıb: 2 061
     
     

    Bütün mənəvi xəstəliklərin müalicəsi Aşuradır 

    Aşuranı yaşatmaq istəyər, Aşura ilə ruhiyyəsini həmahəng etmək istəyər, Hüseyn (ə) eşqinə məclislər qurular...

     

    Nədən dəyişir insanların haləti?

    İnsanların, toplumun içindən gələn bir haldır bu. Ağlagəlməyən, gözlənilməyən qapılarda, evlərdə, müxtəlif məkanlarda İmam Hüseyn (ə) məclisləri qurular. Bizim dəyərli xalqımız, əziz xalqımız bu ruhiyyəni minbir əziyyətlərlə əldə edib və əldən də verməyəcək. Bu, Allahın bu topluma bir lütfüdür, inayətidir. 70 illik Sovet yönətimi də bir il yox, beş il yox, on il yox - yetmiş ilə qədər bu ruhiyyəni sıxışdırdı, amma insanların qəlbindən bu ruhiyyəni yığışdıra bilmədi. Zaman-zaman bəzi nihilist klassiklər meydana çıxdı, xalqın içindən gələn bu nurani İmam Hüseyn (ə) anma məclislərini, Kərbəla məktəbini yaşatma məclislərini, əzadarlıqlarını tənqid etmək istədilər, cürbəcür sözlər istədilər qoşsunlar, guya ki, onların "oxumuş” durumları xalqın içindən gələn bu səmimi eşqi anlaya bilməmişdi. Belələri mahiyyət etibarilə, əvvəllər Çar imperiyasının, bu gün də bir başqa qalıqların, tör-töküntülərin sifarişlərini yerinə yetirirlər. Belələri Çar imperiyasında "ziyalı” siması ilə xalqın ənənələrini, duyğularını, ruhiyyəsini aşağılayıblar. Bu hal günümüzdə də davam edir. Amma heç bir təsiri yoxdur. Əksinə, qürurverici bir hal var: bu toplumun Hüseyn (ə) məclisləri, Hüseyn (ə) əzadarlıqları olan yerlərində cavanlaşma gedir. Yaş həddi daha da aşağı enir. Gənclər, yeniyetmələr Hüseyn (ə) məktəbinin şagirdliyinə yazılır. Təşəkkür düşür o ağsaqqalara, o pak ətəkli ağbirçəklərə ki, onların duaları ilə, bərəkəti ilə bu ab-hava, bu ruhiyyə günümüzə də gəlib çıxıb. Bu ruhiyyənin gözəl bir xüsusiyətti var: nə qədər sıxacaqlar, bir o qəfər bu məclislər keyfiyyətcə də, kəmiyyətcə də daha da nuraniləşəcək və şükürlər olsun ki, nuraniləşməkdədir də.

    Hər kəsin bu ruhu yaşatmaq missiyası var

    Hər kəsin bu məktəbdə olan bu nuru yaşatma missiyası var. Bu əyyam təkcə Tasua ilə, Aşura ilə, İmamın 3-ü, 7-si ilə və s. simvolik rəqəmlərlə bitmir. Bu əyyamın hamısını yaşatmaq lazımdır, evlərimizdə, küçərəlimizdə, dostlarımızla, yaxınlarımızla, ailələrimizlə fürsətlər tapıb, yaşatmaq lazımdır. Həmd olsun Allaha ki, bu əyyam yaşanır, ildən-ilə daha da çox yaşanar, inşəallah. Bu, hansısa maddi təfəkkürlə hesablamaların, təhlillərin anlaya bilcəyi bir məsələ deyil. Sırf maddi amillər nəzərə alınsaydı, gərək "Lə iləhə illəllah” nidasını gətirən və bu nidaya görə min cür müsibətlərə, əziyyətlərə dözən 124000 peyğəmbərin (ə) bu nidasından ümumiyyətlə bəşərdə, dünyada bir əsər-əlamət qalmamaydı. Amma əksinə bir hal baş verir. Çünki burada Allahın lütfü var, qeybi köməklikləri var. İnsanların pak fitrətləri var, içlərindən gələn səmimi duyğuları var. Ən daşlaşmış qəlblər, qəsavət bağlamış qəlblər Hüseyn (ə) məclisində bir titrəyişə gəlir, tövbə halına gəlir, peşmançılıq əldə edir, özünəqayıdışa nail olur. Bu məktəbin bu nuraniyyəti, bu incəliyi hər kəsə bəllidir.

    Aşura – mərəzlərin müalicəsidir

    Bu mərasimlərin, bu məclislərin çoxlu faydaları var. Bunlardan ən mühümü budur ki, biz ibrət götürürük. Bu məktəbdən, bu nuraniyyətdən ibrətlər götürürük. Çünki bu məktəbdə çoxlu ibrət götürməli, öyrənilməli nüanslar var. Çoxlu bəhrə aparılmalı məsələlər var. Aşura məktəbi ibrətlərlə doludur. Ən böyük ibrətləridən biri də budur ki, Aşura məktəbi bizə içimizdəki mərəzlərə, xəstəliklərə, naqisliklərə, eybəcərliklərə qarşı ayıq-sayıq olmağı öyrədir. İçimizdəki viruslara qarşı diqqətli olmağı öyrədir. İnsanın cisminin müəyyən xəstəlikləri, mərəzləri var və bu mərəzlər, mikroblar münasib bir məqam gözləyərlər ki, üzə çıxsınlar. Həmin mərəzlər fürsət axtarırlar, bəzən adam gözləmədən onlar üzə çıxır. Bədəndə olan bu mərəzlər üzə çıxanda bizdən icazə almadığı kimi, istədikləri vaxt hərəkətə keçdikləri kimi, bizim mövcudiyyətimizin əsas hissəsi olan ruhumuzda da bu cür mərəzlər, mikroblar mövcuddur. Həmin mikroblar da münasib vaxt gözləyirlər. Bu mikrobların tarix boyu ümmətə vurduqları zərbələr göz önündədir.

    Necə olur ki, Həzrət Peyğəmbərin (s) dövründəki bir toplum müsəlmandır, iman gətirib, mömindir, amma Kərbəlada belə bir müsibət törədir?! Peyğəmbər (s) zamanından cəmi 50 il keçməsinə rəğmən, həmin toplumun üzvlərinin öz daxilindəki xəstəlikləri, mikrobları müalicə etmədiyinə görə, bir gün şəxsiyyətlərinin bu səviyyəyə qədər deqradasiyası, tənəzzülü baş verə bilir.

    Mənəviyyat karvanının qarşısını heç bir qüvvə ala bilməz

    Əsrlərdir ki, matəm, əza ayı olan mahi-Məhərrəm yetişəndən Hüseyn (ə) aşiqi, Hüseyn (ə) sevən insanların yaşadığı dünyanın hər bir nöqtəsində əzadarlıqlar keçirilər. Hansı coğrafiyada, hansı yerdə, hansı məkanda olmasından asılı olmayaraq, Hüseynsevərlər bu böyük matəmi yaşadarlar. Bəzən insanları sıxarlar və nəticədə zahirdə bu əzadarlıqların keçirilməsi görsənməz. İllər keçər və ilkin fürsət yarananda bu məktəbi, bu nuru, bu işığı, bu mənəviyyat karvanını aradan aparmaq istəyənlərin arzularının puça çıxdığı məlum olar.

    Bir neçə tarixi məqama toxunmaqla, bu tezisin nə qədər dəqiq olduğunu görmək olar. Belə tarixlərdən birini də elə xalqımız yaşayıb. Çar dövründə hədəf qoyulur ki, Aşuranın mahiyyəti unudulsun, Aşuranın o zahiri çalarları saxlansın ki, nəhayətdə xalqın oxumuş hissəsi ilə xalqın özü arasında fərqlilik, fikir ayrılığı meydana çıxsın. Çar imperiyası bu missiyanı yerinə yetirmək üçün bəzi nanəcibləri də yetişdir. Çar "uşkolları”nın yetirmələri olan bu ünsürlər imperiyadan yediyi pulların hesabını öz işləri ilə ödəməli idi. Onlar xalqının, toplumunun, millətinin ənənələrini, dinini, milli kimliyini sual altına qoymağı missiya olaraq üzərilərinə götürür. Bu danışdığımız hansısa uzaq bir diyarın deyil, öz xalqımızın tarixidir. Sonradan Sovet dövrü, qırmızı ideologiya, bolşevik təfəkkürü gəlir və oxşar ənənəni davam etdirir. Çar dövründə yetişmiş həmin "uşkollar”ın məzunları onların da dərdlərinə yarayır. Onlar xalqın kimliyini, dinini, adət-ənənəsini aradan aparmaq hədəfində eynidirlər. Bu məsələdə iki dövr arasında bir müttəfiqlik meydana gəlir. Çar imperiyası da bir yeri işğal edir və bu yerdə insanların milli kimliyini məhv edib özlərinə tabe etdirmək üçün insanlara ləyaqət verə biləcək hər bir şeyi sıradan çıxarmağa çalışırdı, Sovet dönəmi də oxşar siyasəti həyata keçirir. Hər iki dövrdə o zamanın yerli insanlarından istifadə olunur.

    Xalqımız tarixi müsibətlərində Kərbəla məktəbinə qayıdıb

    Sovet bəlası qurtarandan sonra belə sadəlöhv düşüncə meydana çıxmışdı ki, artıq hər bir şey qurtarıb və artıq Çar dövrünün və Sovetin bəlaları yaşanmayacaq. Lakin, indi iki dövrün zümrəsi ilə bərabər, üçüncü zümrə də əmələ gəlir. Bu üçüncü zümrə də müasir dönəmin İslam düşmənçiliyi, islamofob düşüncə ilə qidalanmış təbəqənin yetirmələridir. Onlar da bu gün özlərinə vəzifə bilirlər ki, bu mərhələdə Çar dövründə çara xidmət edən "uşkol” məhsulu olan "ziyalılar”ın, Sovetə xidmət edən qırmızı vəsiqəli "ziyalılar”ın gördüyü işləri indi onlar davam etdirsinlər. İndi belə bir zümrə meydana çıxır. Bu zümrənin Aşura məktəbinə qarşı təhtəlşüur səviyyəsində güclü qarşıdurması var. Bu zümrənin manqurt mahiyyəti Aşurada olan dəyərlərə antaqonistdir. Bu motivlər ucbatından, bacardıqlarını edirlər ki, Aşuranı unutdursunlar.

    Amma, bütün bunların nəticələri necə olur? Nəticə bu cür olur ki, çar dövrünü, Sovet dönəmini yaşamış bir xalq, ondan sonrakı mərhələdə davam edən bütün çətinliklərə rəğmən, Aşura məktəbini daha təmtəraqla yaşadır. Bir halda ki, televizor buna qarşı danışır, radio buna qarşı danışır, ictimai rəy buna qarşı qaldırılır, oxumuş təbəqəni bir formada buna qarşı danışdırırlar, ildən-ilə xalq bu Kərbəla məktəbini daha böyük eşqlə, daha böyük sevgi ilə, daha keyfiyyətlə yaşadır. Artıq indiki dövrdə Kərbəlanın bütün çalarları da meydana çıxarılır. Həm maarif yükü artıb, həm eşqin cuşa gəlməsi artıb, həm keyfiyyət, həm də kəmiyyət artıb. Tarixən də bütün ağır şəraitlərdə, ekstremal şəraitlərdə xalq bu vəziyyətlərdə həmin tarixi yaddaşına qayıdıb. Alt yapıdan insanlar bu məktəbə müraciət edib. 20 yanvar hadisəsi hər bir kəsin yadındadır ki, cinayətin baş verməsinin səhəri günü insanlar Sovet qoşununun qarşısına matəmlə çıxarkən, şəhidlər üçün hüzn bu məktəbin ənənələrinə uyğun yaşadılıb.


    Kitabın adı: Eşq qibləsi Kərbəla  

    Müəllif: Hacı İlqar İbrahimoğlu


     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 17 Kasım 2014 08:27 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun bacim, Əlhəmdulillah qəlbimizdə Əhli-beytin məhəbbəti böyükdür.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 16 Kasım 2014 20:58 | İstifadəçi | Şərh yazdı
    BİZ HÜSEYN(ə) AŞİQİYİK ZİLLƏT BİZDƏN UZAQDIR.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 16 Kasım 2014 20:56 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM,ALLAH BIZLERI DA QIYAMETE QEDER EHLIBEYTDEN AYRI SALMASIN IN SE ALLAH AMIN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: huseyin asiqi | Status: | 16 Kasım 2014 20:10 | Qonaq | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACI 
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 16 Kasım 2014 20:03 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN GÖZEL BACIM.BİZ HÜSEYN(e) AŞİQİYİK ÖLENE KİMİ DE OLACIQ
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.