Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İnsanların qəlbində sönməz Kərbəla ocağı var
İldən-ilə Aşura məktəbinin yaşadılması ilə bağlı həm kəmiyyət, həm də keyfiyyət artır. Bu artım yalnız bizim məmləkətimizdə müşahidə edilmir. On beş, iyirmi il öncə İraqda Kərbəla ziyarətinə gedənlər bunu çox yaxşı bilirlər. Çox az sayda insan böyük çətinliklər, təzyiqlərlə ziyarətə gedirdi. O qədər çətinlik, o qədər repressiya, o qədər sıxışdırılma var idi ki, insanlar beş-on nəfərdən çox ziyarətgaha buraxılmırdı. Onilliklərlə Səddam kimi diktatorlar öz missiyalarını həyata keçirir və zəlil halda aradan gedirlər. Bundan sonra cəmi bir neçə ay bəs edir ki, növbəti Məhərrəm-Səfər və Aşurasında bütün dünyanın gözü oraya yönəlir. Zəvvarların sayı milyonlara çatır. Dünyanın bütün yerlərində eyni proses müşahidə olunur. Harada ki, Aşuraya qarşı nəsə işlər görüləcək, müvəqqəti olaraq, zahirdə aradan getmiş kimi görsənə bilər, lakin insanların qəlbində bu, heç bir zaman itməyəcək.
Bu, necə baş verir? Bu, nə məsələdir ki, xalq aşağıdan yuxarı, elliklə bu məktəbi yaşadır? Kişilər, xanımlar, yaşlılar, cavanlar - bütün dərk edən təbəqələr bu məktəbi yaşadır. Bəzi şeylər olur ki, o yaşlı üçün aktual olur, bir məsələ olur ki, cavanlar üçün aktual olur və s. Lakin, Aşura elə bir məktəbdir ki, yaşından, sosial durumundan, imkanlarından asılı olmayaraq, hər bir insan üçün aktualdır. Burada məsələ çox köklüdür. Belə ki, insanların qəlbində bu məsələ var və imanlarının nəticəsidir. Ötən bəhslərimizdə bu mövzuya işarə etdik. Həzrət Peyğəmbər (s) dəfələrlə bildirir ki, iman sahiblərinin qəlbində İmam Hüseynin (ə) şəhadəti ilə bağlı xüsusi bir hərarət var və o insanı hərəkətə gətirər. Qiyamətə qədər həmin hərarət sönməz və soyumaz...
Əgər İmam Hüseyn (ə) olmasaydı...
İkinci önəmli məsələ isə budur ki, dinin mövcudluğu bu məsələlərə bağlıdır. İnsan gerçək inanclılıq yaşatmaq istəyirsə, o, fərqində olur ki, İmam Hüseyn (ə) olmasaydı, İslam adına yalnız dekarasiya qalmış olardı. İmam Hüseyn (ə) olmasaydı, İslamın cövhərindən heç bir şey qalmazdı. Bir Ramazan ayında bu məsələ var ki, Ramazan ayında oruc tutanın nəfəsi zikrdir. Oruc tutanın bütün işləri ibadətdir. Oruc tutanın vəziyyəti elədir ki, hətta yatsa da, yenə ibadət halındadır. Eyni məsələ Məsum İmamlardan (ə) məhərrəm ayı ilə bağlı da göstərilib. Əhli-beyt (ə) bildirir ki, məhərrəm ayının əzadarları üçün də bu durum, bu mənəvi yüksəliş var. Oruc tutan yemək yemir, su içmir, orucu pozan digər işləri görmür, əzadar isə isə iradəvi olaraq İmam Hüseyn (ə) və onun pak ardıcılları üçün kədərdə olur. Buna görə də əzadarın bütün varlığı ibadi hala gəlir. Əzadarın aldığı hər nəfəs zikrə çevrilir.
Bu yüksəklik nədən qaynaqlanır, haradan mənbələnir? Əba Əbdillah (ə) Aşura günü öz vəzifəsini icra etməsəydi, İslam adına kamil din qalmayacaqdı. Müsəlman toplumları üçün tamamlanmış nemət həyata keçməyəcəkdi. İslam və dindarlıq bəyənilmiş hala çatmamış olacaqdı. İmam Hüseyn (ə) öz hərəkatı ilə imanı yaşatdı, dini məhv olmağa qoymadı. Bu yolda öz canını verdi. Əzadar da öz iradəsi ilə bu məktəbi yaşadır, faktiki olaraq, bu hərəkatı davam etdirir.
Rəsulallahın (ə) insanlığa İmam Hüseyn (ə) xəbərdarlığı
Coğrafiyasından asılı olmayaraq, dünyanın harasında ki, İmam Hüseyni (ə) sevənlər var, məhərrəm ayı gələn kimi o toplumun halı dəyişir, ruhiyyəsi əvəzlənir, ovqatı dəyişir, hətta geyimi də dəyişir. Bir, iki, on il deyil, əsrlərlə insanların içərisində belə bir hal var. İnsanların içərisində bir həratər, sızıltı var. İmam Hüseynin (ə) adı gələndə, həmin sızıltı, hərarət onu hərəkətə gətirir. Əziz İslam Peyğəmbəri (s) bu istiqamətdə çox nurani bir xəbərdarlıq edir. Əziz Rəsulallah (s) insanlığa, bəşərə xəbərdarlıq edib ki, imanı olan insanların içərisində xüsusi hərarət mövcud olar. Həmin hərarət Əba Əbdillah (ə) ilə bağlıdır. Həmin hərarət heç bir zaman sönmür və soyumur. Qiyamət gününə qədər həmin istilik və hərarət öz təsirini göstərməkdədir. Həzrət Peyğəmbər (s) mübarək hədisdə buyurur: "Möminlərin qəlbində İmam Hüseynin (ə) şəhadəti ilə bağlı bir hərarət var ki, heç vaxt sönməyəcək və soyumayacaq”. Həzrət Peyğəmbərin (s) İmam Hüseyn (ə) barədə xəbərdarlıq etdiyi istilikdir ki, indi bizi əzadarlıq məclislərinə aparır. Həmin hərarətdir ki, İmam Hüseyni (ə) sevəni məhərrəm ayı daxil olarkən hərəkətə gətirir.
Hüseyn (ə) əzadarlarının halı dəyişər
Əxlaq ustadları, ariflər Məhərrəm-Səfər əyyamı ilə bağlı xüsusi tövsiyələr edir. Xüsusilə, onların tövsiyələri əyyamın birinci ongünlüyü ilə bağlıdır. Dəyərli tövsiyələrdə buyurulur: "Bu ongünlükdə məqsədəuyğundur ki, Əhli-beyt (ə) dostlarının halı dəyişsin, qəlblərində və üzlərində böyük və ağrılı müsibətin qəminin və ağrısının əlamətləri görsənsin. Allaha və Rəsuluna (s) sevgi, vəfadarlıq və iman buna hökm edir”.
Bəli, gərək bu ayda hallarımız dəyişsin. Qəlblərimizdə, üzlərimizdə bu böyük və ağrılı müsibətin qəminin və ağrısının əlamətləri görsənsin. Əgər iman sahibiyiksə, içərimizdə bu istilik və hərarət varsa, bu hərarət hallarımızın dəyişməsinə səbəb olacaq. Biz onsuz da həmişə bu dünyanın məşğuliyyətləri, cürbəcür əyləncələri ilə başımızı qatırıq. Dünyanın işləri hamımızı məşğul edib. Kimsə düşünürsə ki, beş işi olacaq və onları qurtarandan sonra Allaha bəndəlik edə biləcək, yanılır. O beş işi görüb qurtardıqdan sonra insan görəcək ki, daha on beş işi çıxıb. Bunlar niyə həll olub qurtarmır? Çünki, insanın içərisində sönməyən nəfsani istəklər var. Onlar şölələnir, alovlanır, alovlandıqca da insanı müxtəlif işlərin ardınca olmağa motivləşdirir.
Daxilimizdə də bir Kərbəla var
Gedək Kərbəla səhnəsinə... Kərbəla səhnəsinin tərəfləri bəllidir. Bir tərəfdən Həzrət Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn - Əba Əbdillah (ə), digər tərəfdə isə Yezid (lən).
Amma bu səhnə həm də bizim içərimizdə mövcuddur. Müsbət daxili tutumumuz, ağlımız, mənəvi halətimiz bir şeyi deyir, nəfsani istəklər isə insanı başqa istiqamətə aparır. Bunlar hər gün içərimizdə toqquşur, hər gün içərimizdə savaş gedir. Bizim daxilimdə də bir Kərbəla var. Hər zaman ki, nəfsani istəklər qalib gəlir, o zaman içərimizdəki Yezid (lən) qalib gəlir. O zaman insanın öz müsibəti başlayır. Biz hər gün bu müsibəti yaşayırıq. Bir tərəfdən daxilimizdəki mənəvi hal bizi müsbətliklərə doğru aparır, digər tərəfdən isə nəfsani istəklər bizi uçuruma doğru aparır. Bunlar hər gün içərimizdə toqquşur. Bəzən vəziyyət o qədər pisləşir ki, içərimizdəki yezid (lən) daha çox hallarda qalib gəlir.
İnsan hər şeyə vaxt çatdırır, bircə özündən başqa. İnsan özü ilə məşğul olmur. Zaman baxımından Ərəbistan coğrafiyasında da vəziyyət o cür idi, indi də bu cürdür. Texnoloji inkişaf vəziyyəti bir qədər də qəlizləşdirib. Nəfsani istəklər bir qədər də rəngarəngləşib. Hər şey daha əlçatan olub.
İmam Hüseyn (ə) özü də bu hərəkatın hədəfini belə açıqlayır ki, "Mən əmr-be-məruf və nəhy-əz-munkər üçün, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək üçün ayağa qalxdım”. Qiyamətə qədər bu məktəb, bu təlim həmin missiyanı həyata keçirdir. Hər zaman müsəlman toplumlarının yoldan sapmış haldan düz yola qayıtması üçün Kərbəla məktəbi canlı bir məktəbdir. Bu, təkcə o dövrdəki insanlar üçün ibrət götürülməli məsələ deyil. Biz günümüzdə də hər birimiz hər an, hər dəqiqə hər məkanda haqla batil arasında seçimdəyik. Nəfsani istəklərmizin ardınca getməyin və bunun əksi olan - Allaha doğru yönəlişlər arasında seçimdəyik. Hərəmizin içində bir Hüseyn (ə) var. Hərəmizin içində yezidlər (lən) də var. Biz bunların arasında seçimdəyik. Allaha bağlantıya tərəf yönələ bilərik, nəfsimizin istəklərinə tərəf də yönələ bilərik. Şəhvətin, qəzəbin, bütün mənfiliklərin cəzzabiyyəti ilə həyat bataqlığında Allahı unudaraq, məhv ola bilərik və yaxud da Allahın dərgahında olmağımızın fərqinə varıb, Allaha tərəf yönələ bilərik.
İçimizdə bir Kərbəla meydanı var. Həmin iştirakçılarla birlikdə içimizdə davamlı, daimi bir Kərbəla meydanı var. Bu meydanda, bu döyüşdə Allaha tərəf sövq edən tərəfi qalib gətirə biləriksə, içimizdəki Hüseynlərin yanında ola biləcəyiksə, varlığımızdakı aliliklərin, gözəlliklərin yanında ola biləriksə, həmd olsun Allaha. Bu, çox diqqət olunmalı məsələdir. Eyni zamanda təkcə içimizdə deyil, ictimai həyatımızda da, həyatımızın bütün səhnələrində də belə seçim qarşısındayıq. Ona görə də əslində, Kərbəladan götürüləcək ən böyük dərslər bu hədəfə - islaha yüklənməlidir. Fərdin islahı, toplumun islahı, içimizdəki dəyişikliklər, toplumdakı dəyişiliklər, insanların dəyişməsi, Allahla öz rabitələrini bərpa etmələri – budur İmam Hüseynin (ə) hədəfi. Allahdan bu istiqamətdə hər birimizə öz lütfünü əsirgəməməyini istəyirik.
Əba Əbdillah (ə) və Əhli-beytin (ə) böyüklüyü bundadır ki, savaşlarında əql və mənəvi tutumları həmişə, hər zaman qalib gəlib. Onlar nəfsani istəklərini nəzarətə ala biliblər, daima cilovlaya biliblər. Bu nəfsani istəkləri nəzarətə aldıqdan sonra mənəvi tutum üstün gəlir. Əgər nəfsani istəklərin dəyəri olsaydı, onların həyatımızda üstünlük təşkil etməsinin həyatımıza müsbət təsiri olsaydı, Əba Əbdillah (ə) onları seçərdi. Əgər Əhli-beyt (ə) nəfsani istəklərin üstünlüyünü, onların prioritetliyini seçməyiblərsə, deməli onların heç bir dəyəri yoxdur. Tarixin sözün ən müsbət mənasında ən zirək insanı Həzrət Əmirəlmöminindir (ə), İmam Əlidir (ə). Amma, Əmirəlmöminin (ə) bunları seçməyib. Dünya özünü təqdim edəndə də Həzrət Əli (ə) bunu seçmir.
Kitabın adı: Eşq qibləsi Kərbəla
Müəllif: Hacı İlqar İbrahimoğlu
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |