Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bizə çatan bərəkətlər - Kərbəladandır
Böyük alimlərimizdən biri tövsiyələrində buyurur: "O sünnəti rövzələri və o müsibətləri diri saxlayınız. Bizə çatan nə bərəkət varsa, onlardandır. Bu bərəkətlər - Kərbəladandır. Kərbəla və Seyyiduş-Şühədanın (ə) mübarək adını diri saxlayınız ki, onun diri qalması ilə İslam diri qalır”. Rövzə və mərsiyələri diri saxlamaq - o deməkdir ki, onları qorumalıyıq, yaşatmalıyıq. Əzadarlıqlar təşkil olunmalı və həmin əzadarlıqlarda İmam Hüseynin (ə) Kərbəla müsibəti insanlara çatdırılmalıdır. Necə ki, İmam Hüseyn (ə) Kərbəlanı yaşamaqla İslamı diriltdi, onu bir din olaraq aradan getməyə qoymadı, eləcə də Kərbəla müsibətini diri saxlamaqla İslam dininin diri qalmasına səbəb olarıq. Bizim əldə etdiyimiz bütün bərəkətlər - İmam Hüseynin (ə) əzadarlığındandır.
Hər bir Hüseynçinin üzərində olan məsuliyyət
Hər il dünyanın istənilən yerində yaşayan Hüseyn (ə) aşiqləri, Hüseyn (ə) əzadarları Məhərrəm əyyamı başlayandan İmam Hüseyn (ə) hərəkatının yalnız tarixi deyil, həmişəyaşar, diri bir fenomen olmasını, bunu yaşatmaları ilə təsdiqləyirlər. Məhərrəm ayının onuncu günü – Aşura günü baş verən bu hadisəni ildən-ilə, əsrdən-əsrə ötürərək, bu günü bir təqvim günündən daha yüksəklərə qaldırırlar.
Məhərrəm-Səfər əyyamını yaşatmaq hər birimizin üzərindədir. Böyük alimlərdən birinin buyurduğu kimi, bu əyyamın yaşadılması vacibi-kifayədir, yəni hər kəsin üzərindədir. Aşuranı yaşatmaq, Məhərrəm-Səfər əyyamını yaşatmaq – hər kəsin üzərindədir. Necə ki, dünyadan bir müsəlman köçəndə bir qrup onun dəfni ilə məşğul olana qədər həmin insanın dəfn olunması hər kəsin üzərindədir və əgər bir qrup onun dəfn mərasimi ilə məşğul olsa, bu zaman digərlərinin boynundan bu vəzifə götürülmüş olur – o cür də məhərrəm-səfər əyyamını yaşatmaq da belədir. Bu, hər birimizin üzərindədir. Bəli, kimlərsə bunu yaşatmağa başlayarsa, biz də gedib kömək edərik. Amma bu baş verməyənə qədər, hər kəsin üzərindədir. Bu qədər bu əyyamın yaşadılması baxınmından üzərimizdə Allah qarşısında məsuliyyət var.
Bizim el-obamızın, ata-babalarımızın, ağsaqqal-ağbirçəklərimizin qarşısında bu məsuliyyətimiz var. Hansı ki, Sovetin ən ağrılı dönəmində, ən ağır illərində bu əyyamı yaşadıblar. Bu əyyamın yaşanmasını qoruyublar. İçlərindən təbii olaraq gəlib bu. Günümüzdə də bu yaşanır. Təbii yaşanır. İnsanların içindən gələrək yaşanır. Bu, xalqın içindən gələn bir məsələdir. Bizim məmləkətimizdə çox az məsələlər var ki, o günlər gələndə, o hadisələr olanda insanların içindən gəlmə bir hərəkətlənmə olur. Məhərrəm də belə hadisələrdəndir. Elə bir hadisə, elə fenomen tapa bilmərik ki, xalqın iki ay müddətlik həyatına təsir göstərmiş olsun. Bir il deyil, iki il deyil, on il deyil, yüz il deyil - hər il bu hal təkrarlanmış olsun. Hər il xalq qərara gələ ki, iki ay biz belə yox, başqa cür yaşayacağıq.
İmam Hüseynə (ə) məhəbbət – fitrətdədir
İmam Hüseynə (ə) məhəbbət insanın fitrətindən gəlir. İmam Hüseynə (ə) sevgi – gözəlliklərə sevgidir. Bu müsibətdə, faciədə üz-üzə gələn tərəflər - haqla batildir. Bu müsibətdə gözəlliklərlə eybəcərliklər qarşı-qarşıya gəlib. Bir tərəfdə İmam Hüseyndir (ə), digər tərəfdə lənətlik Yeziddir. Bir tərəfdə bəşərin ən alisi, ən gözəli - Hüseyndir (ə), bir tərəfdə bəşərin ən eybəcəri - lənətlik Yezidddir. Bir tərəfdə Abbaslar, Əli Əkbərlər, Əli Əsğərlərdir, Həbiblərdir, Hürrlərdir – insanlığın ən nəcib, ən fədakar, ən şücaətli şəxsiyyətləridir. Digər tərəfdə isə ən iyrənc, ən zəlillərdir – şimrlər, ömər sədlər, ibn ziyadlar, hərmələlər və digər tör-töküntülərdir.
Həmd olsun Allaha ki, xalqımıza bu xeyirlə şər arasında sərhədi bilmək nəsib olub, bu duyğuları yaşatmaq nəsib olub. Həmd olsun Allaha ki, məmləkətimizdə Aşura yaşadılır - xüsusən də gənclər tərəfindən. O gənclərin, o yeniyetmələrin əllərindən öpülməlidir ki, bu əyyamın günlərində, Tasua, Aşura günlərində Əba Abdullahın (ə) bayrağını götürüb, piyada ziyarətgahlara gedirlər. Onlar İmam Hüseyni (ə) yaşadırlar. Ədəblə, ərkanla, içdən gələn duyğularla yaşadırlar.
Duyğuların təzahürü
Məhərrəmliyi yaşatmaq, ruhu məhərrəmlik ovqatına gətirmək mövzusu, İmam Hüseynə (ə) göz yaşı tökmək mövzusunun açıqlanmasını labüd edir. Məhərrəmlik əza ayıdır, əzadarlıq ayıdır. Bir aydır ki, burada Əba Əbdillahın (ə) müsibətini yaşatma baş verir. Bu ayda müsəlmanar İmam Hüseynin (ə) başına gələn müsibəti yaşayırlar. İnsanlar bu dönəmdə əzadarlıq edirlər. Şüurlu surətdə, iradəvi surətdə insanlar qəmli olarlar məhərərəmlikdə. Necə Qədir-Xum günü şadlanmaq, şadlıq zəminləri yaratmaq günün əməllərindəndlir, Aşura günü də qəmlənmək günün əməllərindəndir. Dinimiz Qədir-Xum günündə müsəlmanın iradəvi şadlanmasını necə istəyirsə, məhərrəm dönəmində də iradəvi qəmlənməsini istəyir.
Bunun iradəviliyindədir bərəkət. Təbərrüklük - qəm fəlsəfəsini dərk edərək, iradəvi surətdə bunu yaşatmaqdan qaynaqlanır. Bu müsibəti yaşatmağın, əzanı saxlamağın ayrılmaz xüsusiyyəti, ünsürü - səmimi göz yaşlarıdır.
Kitabın adı: Eşq qibləsi Kərbəla
Müəllif: Hacı İlqar İbrahimoğlu
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |